Bütün xəbərlər
25 noyabr, 14:28

Biləsuvarın təhsil uğurları ilə tanınan Kəmaləddin Ağayev adına Texniki fənlər təmayüllü internat tipli məktəb liseyin bu il 60 yaşı tamam olur. Azərbaycan müəllimi”nin regional təmsilçisi bu təhsil ocağının keçmişi və bu günü haqqında ətraflı məlumat almaq üçün sözügedən müəssisədə olub.

1964-cü ildə tikilib istifadəyə verilən məktəb lisey 1976-ci ilədək internat profilli olmaqla ümumi orta, 1977-ci ildən 2009-cu ilədək tam orta təhsil müəssisəsi kimi fəaliyyət göstərib. 

Burada Biləsuvardan başqa 10 rayon və şəhərin şagirdi oxuyur

2009-cu ildən isə fəaliyyətini Texniki fənlər təmayüllü internat tipli məktəb lisey kimi davam etdirir. Məktəbin vaxtilə 2 mərtəbəli 1 tədris korpusu, 1 mərtəbəli yeməkxana binası, 3 mərtəbəli 2 yataqxana binası olub. 

Ötən il tədris ilində liseyin yeni binası istifadəyə verilib. Məktəbin sinif otaqlarından başqa, fizika, kimya, biologiya laboratoriyaları, hərbi hazırlıq, əmək, informatika kabinetləri, kitabxanası, oxu, akt və idman zalları, yeməkxanası və 100 yerlik yataqxanası var. 

Hazırda məktəb liseydə 634 şagird təhsil alır. Məktəb internat tipli olduğuna görə şagird kontingenti arasında aztəminatlı ailələrin uşaqları üstünlük təşkil edir. Təhsil ocağında 70-ə yaxın müəllim və tərbiyəçi şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olur. 

2022-ci ildən məktəb liseyə şagird qəbulu mərkəzləşdirilmiş qaydada imtahanla həyata keçirilir. Bu il imtahanda yüksək bal toplamış 188 şagird məktəbin 5-8-ci siniflərinə qəbul olub. Məktəbdə Biləsuvardan olan şagirdlərlə yanaşı, ölkəmizin digər 10 rayon və şəhərindən  - Cəlilabad, Masallı, Astara, Qobustan, Sabirabad, Samux, Şəmkir, Kürdəmir, Şirvan və Salyandan olan təhsilalanlar da var. Hazırda məktəbin yataqxanasında 42 şagird yaşayır. 

Məktəbin tanınmış və qəhrəman məzunları

Məktəbin məzunları arasında həm ölkə, həm də ölkədən kənarda əmək fəaliyyəti ilə xüsusi seçilən şəxslər var. Bu təhsil müəssisəsi vaxtilə şagirdi olmuş vətənpərvər gənc, I Qarabağ müharibəsi dövründə torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan Kəmaləddin Ağayevin adını daşıyır. Məktəbin şagirdləri olmuş Asif Qasımov, Mahir Məmmədov, Ərəstun Mirzəyev, Aydın Həsənov I Qarabağ, Nicat Qasımzadə və İlkin Məmmədov isə Vətən müharibəsi zamanı şəhadətə yüksəliblər.

Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətdə olan zabitlər Elçin Hacıyev, Elman Məmmədov, Həsənağa Axundov, Tahir Mirzəyev məktəbin məzunlarındandır.

Məktəbin tanınmış məzunları arasında Azərbaycan Silahlı Qüvvələrinin generalı, müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı Hikmət Mirzəyevin də adı var. 

Bununla yanaşı, Rusiyanın Moskva şəhərinin meriyasında yüksək vəzifədə çalışan Mirəşrəf Fətiyev də bu təhsil ocağının məzunlarındandır. Moskvanın fəxri memarı olan, iqtisad elmləri doktoru M.Fətiyev Dünya Azərbaycanlıları Konqresinin Rusiyadakı nümayəndəliyinin rəhbəri, Moskva şəhər Yaşıllaşdırma İdarəsinin Baş direktoru işləyib. 

Məktəb lisey uğurları ilə həmişə öncüllər sırasında olub. Lisey 3 dəfə təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin qalibi seçilib. Məktəbin məzunu Aysel Rəhimli Biləsuvarın ali məktəblərə qəbul üçün keçirilən blok imtahanında maksimum 400 bal toplayan ilk şagirdi olub.  2022-2023-cü tədris ilində VIII sinif şagirdi olmuş Orxan Quliyev coğrafiya fənni üzrə respublika üçüncüsü olaraq bürünc medal qazanıb. Müəllimlərin ötənilki  sertifikasiya imtahanında iştirak edən Azərbaycan dili və ədəbiyyat müəllimləri - Mətanət Xanhüseynova, Nigar Bayramova 55 bal, Pərvin Məmmədova 58 bal, ibtidai sinif müəllimləri Mehriban Bədəlova 54 bal, Şəhruzə Ağayeva 53 bal toplayıb. Ötən tədris ilində məktəbi bitirən məzunlar yüksək ballarla ölkənin nüfuzlu ali təhsil ocaqlarına qəbul olublar.

“Şagirdlərin olimpiadalara hazırlıqlarına xüsusi önəm veririk”

Mehman Əliyev ötən il məktəb liseyin direktoru təyin edilib. O, təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin bir neçə dəfə qalibi olub. "Şagirdlərin vətənpərvərlik tərbiyəsi ilə yanaşı, olimpiadalara hazırlıqlarına da xüsusi önəm veririk. İnanıram ki, növbəti illərdə uğurlarımız daha da çox olacaq", - Mehman müəllim deyir.

Yurdumuzun dörd bir yanından gəlib Biləsuvarın bu məktəbində oxuyan şagirdlər burada əsl vətəndaş və şəxsiyyət kimi yetişirlər. Böyük təcrübəyə malik olan bu məktəbin gələcəkdə daha böyük uğurlar qazanacağına inanırıq. 

Şərhlər

Xəbər lenti

11 mart, 22:26

Şimali Makedoniyanın Prezidenti Azərbaycanda tələbələrlə görüşəcək

11 mart, 20:58

Şimali Makedoniyanın Prezidenti: Elm sahəsində əməkdaşlığın qurulmasına nail ola bilərik

11 mart, 20:40

Siqaret və içkiyə aludə, mobil asılılıq: Zərərli vərdişlərin fəsadları

11 mart, 20:02

İstedadını incəsənətlə göstərənlər - Qalib şagirdlərlə söhbət

11 mart, 19:00

Uşaqların ekran vaxtının məhdudlaşdırılması onların psixi sağlamlığına təsir edir

11 mart, 18:20

Övladları 1-ci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

11 mart, 17:43

Xaricdə təhsil almaq istəyənlər üçün sənəd qəbulunun tarixi yaxın günlərdə açıqlanacaq

11 mart, 17:27

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

11 mart, 17:25

Xaricdə doktorantura təhsili üçün tələb olunan sənəd sayı azaldılıb

11 mart, 17:13

Türkiyədə doktorantura təhsili üçün təqaüd imkanı

11 mart, 16:40

İmtahandan üzü qara çıxanlar - Onlara münasibət necə olmalıdır?

11 mart, 16:36

Rektor: Dünyanın tanınmış univesitetlərinin təcrübəsi əsasında ixtisaslaşmaların yeni siyahısı hazırlanır

11 mart, 16:36

“Korrupsiyaya qarşı mübarizə” mövzusunda görüş keçirilib

11 mart, 16:15

Texniki, texnoloji və Xüsusi təyinatlı ixtisaslar üzrə qrupun iclası keçirilib

11 mart, 16:02

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

11 mart, 15:42

Paytaxtda məktəblərin mikroəraziləri ilə bağlı 1630 müraciət cavablandırılıb

11 mart, 15:13

Şagirdlərimizin uğuru bizi daha da həvəsləndirir” – MÜSAHİBƏ 

11 mart, 15:00

Aqrar sahə üzrə yeni təhsil proqramlarının hazırlanması üçün müzakirələrə başlanılıb

11 mart, 13:52

Buraxılış imtahanlarının tarixləri dəyişdirilsinmi?

11 mart, 13:43

UNEC-in 95 illik yubileyinə həsr olunan TEDx konfransı keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.