Bütün xəbərlər
19 iyun, 13:31

Bakı Mühəndislik Universiteti (BMU) dünya ölkələrini əhatə edən ali təhsil ocaqlarının reytinq siyahısında (QS World University Rankings 2026) ciddi irəliləyişə nail olub. 

Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, siyahıda dünya üzrə ilk TOP 1000-ə daxil olan BMU ötən illə müqayisədə 550 pillə irəliləyərək 901-950 aralığında qərarlaşıb.

BMU-nun əldə etdiyi bu mühüm nəticə universitetin tarixində bir ilk olmaqla yanaşı, bütövlükdə ölkəmizin ali təhsil sisteminin inkişafından xəbər verir. Son illər BMU-da elmi potensialın gücləndirilməsi, infrastrukturun yenidən qurulması, təhsil və idarəetmənin müasir standartlara cavab verməsi, həmçinin beynəlxalq əlaqələrin gücləndirilməsi və keyfiyyət göstəricilərinin qlobal miqyasda tanınması istiqamətində mühüm addımlar atılıb. Bununla yanaşı, məzunların işlə təminatında ciddi irəliləyişlərə nail olmaq üçün sənaye və özəl sektorla əməkdaşlıq daha geniş müstəvidə davam etdirilib. Eyni zamanda, elmmetrik bazalara əlçatanlığın təmin edilməsi, elmi nəticələrin kəmiyyət və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, nüfuzlu elmi jurnallarda məqalə sayının artırılması istiqamətində önəmli işlər gerçəkləşdirilib. Görülən işlər nəticəsində BMU-da son bir ildə əcnəbi tələbə sayı 4 dəfə artıb və hazırda 28 ölkədən xarici tələbə təhsil alır. Bütün bunlar, habelə innovativ siyasət və sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi yönündə məqsədyönlü fəaliyyət universitetin gələcək inkişaf üzrə strateji proqramında bu sahələrə, xüsusən elmi göstəricilərin yaxşılaşdırılmasına diqqətin daha da artırılması BMU-nun əldə etdiyi nailiyyətdə mühüm rol oynayıb.

Qeyd edək ki, ümumilikdə 6 universitetimiz “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə TOP 1000-ə daxil olub. “Akademik nüfuz”, “İşəgötürənlər arasında nüfuz”, “Müəllim-tələbə nisbəti”, “Əcnəbi müəllim payı”, “Əcnəbi tələbə payı” və “Məşğulluq nəticələri” indikatorları üzrə Azərbaycan universitetlərinin göstəricilərində müsbət dinamika müşahidə olunub. Reytinqin nəticələrinə əsasən, Azərbaycan Cənubi Qafqaz regionunda lider mövqedədir və ölkəmizdən reytinqə daxil olan universitetlərin sayı Cənubi Qafqazın digər dövlətlərindən reytinqə düşən universitetlərin toplam sayından 3 dəfə çoxdur. 

Şərhlər

Xəbər lenti

19 iyun, 20:50

Həkim olmaq istəyirik - Qəbul imtahanında maksimum bal toplayanlar

19 iyun, 18:45

“Sertifikasiyanın müəllimlərin inkişafına çox faydası var” – Bölgə müəllimləri ilə söhbət

19 iyun, 18:02

Sertifikatlaşdırmada maksimum bal toplayan müəllim Vətən müharibəsi iştirakçısı imiş – FOTO

19 iyun, 18:01

Tibbdə yeniliklər etmək istəyirəm Respublika 3-cüsü 

19 iyun, 17:29

Xaçmaz müəllimi sertifikatlaşdırmada maksimum bal toplayıb

19 iyun, 17:29

“Baku ID” innovasiya festivalı keçirilir

19 iyun, 17:20

“Uğur üçün əlavə hazırlıq yox, məsuliyyət kifayətdir” – Sertifikatlaşdırma təcrübələri

19 iyun, 17:15

Maksimum bal toplayan abituriyent: “Özümü gələcəyin savadlı kadrı kimi görürəm”

19 iyun, 17:10

Region müəllimləri sertifikasiya təəssüratlarını bölüşdülər

19 iyun, 16:48

Beynəlxalq Kimya Olimpiadasında iştirak edəcək komanda üzvlərinə laboratoriya dərsləri keçirilir

19 iyun, 16:29

“Uğurlu nəticə əldə edənlər daha üstün bacarıqlara sahibdirlər” - Naxçıvan müəllimləri 

19 iyun, 16:27

Şəkidə sertifikasiya imtahanı – müəllimlərin gözü ilə

19 iyun, 16:27

Sertifikatlaşdırma imtahanları vahid sistem vasitəsilə izlənilir

19 iyun, 16:20

Nazir reytinqdə yer alan ali məktəblərin heyətini təbrik edib

19 iyun, 15:53

“Sertifikatlaşdırma müəllimlərin karyerada irəliləmələri üçün vacibdir– Mehriban Vəliyeva

19 iyun, 15:50

Azərbaycan Dövlət İqtisad Universitetinin 95 illik yubileyi qeyd olunub

19 iyun, 15:45

“İstirahət edəndə özümü günahkar hiss edirdim” – 400 bal toplayan məktəbli

19 iyun, 15:30

LDU dünyanın ən nüfuzlu universitetləri siyahısında yer alıb

19 iyun, 15:25

SDU ilk dəfə “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə yer alıb

19 iyun, 15:16

Sertifikatlaşdırmada yüksək nəticə göstərənlərə ŞAD XƏBƏR

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.