Bütün xəbərlər
25 fevral, 16:24

Azərbaycanda təhsil alan əcnəbi tələbələrdən biri də Aişə Malikdir. Aişə Malik hazırda Bakı Mühəndislik Universitetində biznes idarəçiliyi və maliyyə üzrə magistratura təhsili alır.

“Azərbaycan müəllimi” onunla müsahibəni təqdim edir:

– Nə üçün məhz Bakı Mühəndislik Universitetini seçmisiniz? 

– Bakı Mühəndislik Universitetini seçməyimin əsas səbəbi universitetin texniki və biznes elmlərini inteqrasiya etməsidir. Bu universitet sizi təkcə nəzəri biliklər ilə deyil, eyni zamanda, təcrübə ilə də təmin edir. Bildiyiniz mövzular haqqında sizə təcrübə qazandırır. Universitetdə müxtəlif hakatonlar və keys müsabiqələri keçirilir. Üstəlik, universitetin bir sıra sənaye müəssisələri ilə əməkdaşlığı var və tələbələrinin təcrübə keçməsinə, məzun olduqdan sonra karyera qurmasına və iş tapmasına yardım edirlər.

Bakı Mühəndislik Universitetində mühit çox maraqlıdır, çünki çoxistiqamətlidir. Çoxistiqamətli deyəndə, yəqin ki, nəyi nəzərdə tutduğumu anladınız. Burada dərslərlə yanaşı, mədəni tədbirlər keçirilir. Tələbələrin bu mühitdə qaynayıb-qarışmasına, tədbirlərdə özünü yaradıcı tərəfdən ifadə etməsinə diqqət yetirilir. Xüsusilə əcnəbi tələbələrə belə yanaşırlar. 

Burada mühit əməkdaşlıq yönümlüdür. Hətta professorlar da əcnəbi tələbələri tədqiqat aparmağa həvəsləndirir, onları dəstəkləyir və məqalələrini dərc etmələrinə kömək edirlər. Karyeraları üçün fürsətlər yaradırlar. Gələcəkdə onlara tövsiyə məktubları da verə bilərlər.

– Bakı Mühəndislik Universitetində oxumağın üstünlükləri nələrdir?

– Qeyd etdiyim kimi, ixtisasımızı praktiki şəkildə öyrənməyimizə kömək edirlər. Məsələn, burada texnopark var. Orada hakatonlar keçirilir. Mən biznes tələbəsi olaraq karyerama başlamazdan əvvəl startap planımı qura bilirəm. Layihənin ilkin versiyasını hazırlamağıma kömək edirlər və məni hakatonlarda, müsabiqələrdə iştiraka yönləndirirlər. Beləliklə, əminəm ki, burada təcrübə qazanacağam və bu, əlbəttə, gələcəkdə mənə çox kömək edəcək. Yəni, hər hansı işə və ya sənaye sahəsinə getməzdən əvvəl bacarıqlarımı inkişaf etdirirəm.

– Bəs tələbəlik həyatınızı necə keçirirsiniz? 

– Tələbəlik həyatım, buradakı əməkdaşlıq mühiti, tələbə dostlarım, müəllimlərim, müəllimim Xatirə xanım, bir sözlə, hər şey ürəyimcədir. Şəxsi məsələlərimdə, iş tapmaqda, yeni təcrübələr qazanmaqda və öyrənmək imkanları, tədqiqatlarım – hər məsələ ilə bağlı yardımlarını məndən əsirgəmirlər. Həmçinin burada müxtəlif tədbirlər, idman oyunları keçirilir. Tələbələrin bir araya gələ biləcəyi müxtəlif qruplar var. Məsələn, Gənclər Klubu, Beynəlxalq Klub və s. Həmin klublarda tələbələr problemlərini müzakirə edir, yeni həll yolları tapır, yeni imkanlar axtarırlar. Bu baxımdan universitetimi sevirəm. 

– Azərbaycan haqqında təəssüratını da bizimlə bölüşərdin… 

– Azərbaycanda olduğum üçün çox xoşbəxtəm. Bu ölkə haqqında təəssüratım çox müsbətdir. Ona görə ki, ölkə qonaqpərvərdir, insanları mehriban, səxavətli və yardımsevər, xeyirxahdırlar. Hər zaman sizə kömək etməyə hazırdırlar. Qısaca, təəssüratım tamamilə müsbətdir. Azərbaycan ənənəvilik və müasirliyin sintezidir. Mən həmişə fərqli mühitdə, fərqli mədəniyyətdə nəsə kəşf etmək, öyrənmək istəmişəm. Ona görə də Azərbaycanı seçdim, onun mədəniyyəti məni cəlb etdi. Çox gözəl ölkədir. Mədəniyyəti Bakı mənzərəsindən İçərişəhərə – müasirlikdən tarixə qədər uzanır. Həqiqətən, buranın möhtəşəm mədəniyyəti var. 

– Yeməklərə və iqlimə öyrəşmək çətin olmadı?   

– Burada bir çox yeməyi dadmışam. Məsələn, dolma və plov, həqiqətən, çox dadlıdır. İqlimlə bağlı heç bir çətinlik çəkmədim. Asanlıqla uyğunlaşdım. Buradakı insanlara, iqlimə, hər şeyə tez öyrəşmək olur. 

– Gələcəkdə Azərbaycanda qalıb təhsilini davam etdirmək və ya işləmək istərdinmi?

– Azərbaycana, Bakı Mühəndislik Universitetinə, rektorumuza və tədqiqatımda, təhsilimdə, hər mövzuda mənə kömək göstərən bütün müəllimlərimə təşəkkür edirəm. Bu ölkə, bu universitet və buradakı insanlar məndə çox dərin təəssürat yaradıb. Ona görə də gələcəkdə bacarıqlarıma uyğun gələn iş fürsəti tapa bilsəm, Azərbaycanda işləməyi və yaşamağı istərdim.

Şərhlər

Xəbər lenti

17 avqust, 12:19

Ekspert: Müəllimlərdən əvvəl onları hazırlayan müəllimlər sertifikasiya olunmalıdır

16 avqust, 12:45

Qarabağ Universiteti “Enactus Azərbaycan” Milli Yarışının qalibi olub

16 avqust, 12:40

“Qafqazinfo” 15 yaşını qeyd edir

16 avqust, 12:28

BANM-in 34 məzunu Dövlət Proqramına qəbul olunub

16 avqust, 11:07

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir 

15 avqust, 23:17

Gəncə məktəbliləri "AROVC 2025" yarışının qalibi olublar

15 avqust, 18:59

ADNSU ilə Çin universitetləri arasında təhsil və elm sahəsində əməkdaşlıq müzakirə edilib

15 avqust, 18:16

Peşə təhsili üzrə boş qalan plan yerlərinə tələbə qəbulunun vaxtı açıqlandı 

15 avqust, 18:10

Peşə təhsili müəssisələrinə qəbul imtahanının nəticələri AÇIQLANDI 

15 avqust, 17:16

Yerdəyişmə imtahanla aparılan lisey və gimnaziyalara qəbul başlayır

15 avqust, 17:02

SDU ilə Bayburt Universiteti arasında əməkdaşlıq qurulur

15 avqust, 16:57

“Mərkəzi Asiya+ Akselerasiya” proqramı çərçivəsində “bootcamp” keçirilir

15 avqust, 16:40

Stenford araşdırması: Müəllimlər süni intellektə “tədris tərəfdaşı” kimi baxırlar

15 avqust, 16:21

Tələbələr sahibkara çevrilirlər – Qəbələdə başlayan layihə Bakıda davam edəcək

15 avqust, 15:36

Təhsilə ayrılan investisiya açıqlanıb

15 avqust, 14:54

Hansı universitetlər müəllimlik ixtisaslarına qəbulu dayandırdı? 

15 avqust, 14:50

Ən bahalı universitetlərimiz: illik təhsil haqqı nə qədərdir? – SİYAHI

15 avqust, 14:11

Ali məktəblərdə pedaqoji ixtisasların təhsil haqları nə qədər artıb? – ARAŞDIRMA

15 avqust, 14:02

Gəncədə beynəlxalq şahmat festivalı keçiriləcək

15 avqust, 13:35

Türkiyə III yerdə: 25 DP iştirakçısı təhsil üçün bu ölkəni seçib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.