Bütün xəbərlər
30 aprel, 10:24

“Azərbaycan müəllimi” qəzeti, 6 avqust 1953-cü il, №32

Dərs saatının bütün dəqiqələri qiymətlidir. Müəllim bu dəqiqələrin hamısından səmərəli istifadə etməyə çalışmalıdır.

Siyəzən rayonunun Qızılburun qəsəbəsindəki fəhlə-kəndli orta məktəbində isə bəzi müəllimlər dərs saatlarından səmərəli istifadə etmir, çox zaman dərs saatının qiymətli dəqiqələrini havayı keçirirlər. Misal göstərək.

Zəng çalındı. Şagirdlər siniflərə girdilər və müəllimin gəlməsini səbirsizliklə gözləməyə başladılar. 

Beşinci sinifdə ana dili dərslərini aparan Rayon Xalq Maarif Şöbəsinin inspektoru Məmməd Hüseynov şöbə müdiri ilə nə barədəsə şirin söhbətə məşğul idi. Məktəbin dərs hissə müdiri H.Nuriyev onların söhbətini kəsərək:
- Məmməd müəllim, beşinci sinifdə dərsiniz var.

İnspektor təəccüblə soruşdu:
- Bu gün neçənci gündür ki?
- Birinci.
- Hə, yaxşı, xəbər ver, bir az gözləsinlər, bu saat gəlirəm.

15 dəqiqədən sonra müəllim M.Hüseynov sinfə daxil oldu. Sinifdə 11 nəfər əvəzinə 4 nəfər şagird var idi. Müəllim sinfə müraciət etdi:
- Tapşırdığım yerləri oxumusunuzmu?
- Müəllim, keçən dərsimizi deyirsiniz?

M.Hüseynov başını buladı:
- Axı, mən sizə tapşırmışdım ki, cümlələrdən ta nitq hissələrinə qədər oxuyasınız.

Şagirdlər kitabları varaqlamağa başladılar...
- Kim deyər, isim nəyə deyilir?
Heç kəs əlini qaldırmadı.
- Xüsusi və ümumi isimləri kim izah edər?
Şagirdlərdən biri fikirləşib cavab verdi:
- Eyni cinsli əşyanın adlarını bildirən isimlərə xüsusi isimlər deyilir.
Müəllim şagirdə kömək etmək məqsədilə:
- Niyə tələsirsən, bu dediklərini öz sözlərin ilə izah et görək…
- Müəllim, xüsusi isimlər xüsusi olur, ümumi isimlər isə ümumi. Məsələn, götürək "kolxozu". Bu, xüsusi isimdir, "kolxozlar" isə ümumidir, hamısı bir yerdədir.
- Gəl yazı taxtasına elə bir cümlə yaz ki, orada həm xüsusi isim olsun, həm də ümumi.

Şagird "Biz Moskva şəhərinə getmişdik" cümləsini yazdı və izah etdi ki, buradakı "getmişdik" sözü xüsusi isimdir.
Müəllim başqa şagirdə sual verdi:
- Sən de görək, cümlə nədir?
- Cümlədə hər hansı bir suala... müəllim, kitabım olsa öyrənərdim.
- Yaxşı, de görək, cümlə üzvləri hansılardır?
- Cümlə üzvləri 4 yerə bölünür: sual, nida...
- Yox, sən yaxşı öyrənməmisən, otur.

M.Hüseynov indiyə qədər 5 dəfə durub oturmuş bir şagirdə müraciət etdi:
- Tək və cəm isimlər hansılardır?
- Cümlədə bir sözdən ibarət olan isimlərə tək isimlər, bir çox sözdən ibarət olan sözlərə isə cəm isim deyilir…

Müəllim Hüseynov əvvəldən axıra kimi dərsi belə yeknəsəq sual-cavabla davam etdirdi. Verdiyi sualların heç birinə düzgün cavab almadısa da, heç bir məsələni yenidən izah etməyə də təşəbbüs göstərmədi.

Beləliklə, dəqiqələr – havayı geçən dəqiqələr sona çatdı...
                                         *
Həmin məktəbin IX sinfində Möhsün Bağırovun “Darvinizmin əsasları” fənnindən ilk dərsi idi. O, bu dərsdə fənnin məqsəd və vəzifələri ilə şagirdləri tanış etməli, böyük alim Darvinin elmdə yaratdığı yeniliklərdən danışmalı, sovet alimlərindən Miçurin və Lısenkonun təbiyyat elminə gətirdiyi yenilikləri ümumi şəkildə başa salmalı idi.

Təəssüf ki, belə olmadı. Möhsün müəllim əvvəl 5 dəqiqəlik bir giriş müsahibəsi apardı. Şagirdlərə dedi ki, dərs lazımlı dərsdir. Kamal attestatına da düşür. Ona görə də kitab tapmalısınız. O, bu sözləri dedikcə kitabı varaqlayır, sərlövhələrə baxırdı. Nəhayət, müəllim əsas mövzuya keçdi. “Üzvü aləmin müxtəlifliyi”ndən söhbət açdı. Düz beş dəqiqə Darvinin nəzəriyyəsi haqqında anlaşılmaz fikirlər söylədi, idealistlərdən, metafiziklərdən danışdı. Müəllim yeni dərsi bu sözlərlə bitirdi: “Mikroskopun kəşfi biologiya elmində bir cığır mənbəyi oldu”.

Yeni dərsdən heç bir şey anlamayan şagirdlər müəllimə hər tərəfdən sual verməyə başladılar:
- Müəllim üzvü aləm nə deməkdir?
- Müəllim metofizika nədir?

Müəllim Möhsün Bağırov vəziyyətdən çıxmaq üçün əlindəki qələmi stola döyüb şagirdləri sakit elədi.
- Uşaqlar, yaman şuluq salırsınız ha… Elə istəyirsiniz ki, bütün şeyləri bir saata biləsiniz. Bunların hamısını gələn dərslərimizdə öyrənəcəyik. İndi isə keçirik qiymət cədvəllərini paylamağa…

Müəllim uşaqların qiymət cədvəllərini paylamağa başladı. Sinfi yenə səy-küy başına götürdü:
- Məllim, mən birinci rübdə haçan dərs buraxmışam?
- Müəllim, bəs mənim tabelim hanı?
- Müəllim, mənimkinin möhrü yoxdur!
- Müəllim, bu qiymətlər jurnal üzrə yazılıb?
- Müəllim mənim qiymətlərim düz yazılmayıb! 

Möhsün müəllim bilmirdi ki, nə etsin, uşaqlara nə cavab versin. Yenə stol tıqqıldadı.
- Diqqət, diqqət!.. Uşaqlar, daha dərsimiz olmayacaq, durun gedin evinizə.
- Müəllim, axı dərsimiz var.
- Ay canım, əgər sinif rəhbəri mənəmsə, deyirəm dərsimiz yoxdur, vəssalam…

Müəllim jurnalı qoltuğuna sinifdən çıxdı. Ancaq dərsin qurtarmasına hələ 30 dəqiqə qalırdı.

Əlfi QASIMOV

Şərhlər

Xəbər lenti

14 avqust, 11:01

Yapon alimləri yeni akustik levitasiya cihazı hazırlayıblar

14 avqust, 11:00

Orta ixtisas təhsili müəssisələrinə qeydiyyat başladı

14 avqust, 11:00

MDU-nun tələbələri hotellərdə təcrübə keçəcəklər - Yeni memorandum imzalandı

14 avqust, 10:54

Zoologiya İnstitutunun əməkdaşlarının məqaləsi nüfuzlu jurnalda dərc edilib

14 avqust, 10:39

Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alacaq ADNSU məzunları ilə görüş keçirilib

14 avqust, 10:36

“Maarifçi”lər büdcə formalaşdırdı, məktəb təmiri üçün hesabat hazırladılar – REPORTAJ

14 avqust, 10:23

Elmin obyektivində: alimlərin çəkdiyi 11 maraqlı FOTO

14 avqust, 09:41

İlk lisey sinfindən uğurlu nəticə: 23 şagirdin 13-ü fərqləndi

13 avqust, 17:42

Türkiyə Elmlər Akademiyasının prezidenti BDU-da olub

13 avqust, 17:11

Kollecə qəbul olanlar üçün qeydiyyat başlayır 

13 avqust, 16:53

Lisey və gimnaziyalara seçim prosesi başa çatır

13 avqust, 16:46

Xaricdə təhsil alan tələbələrin NƏZƏRİNƏ!

13 avqust, 16:44

HTP çərçivəsində xaricdə təhsil alacaq tələbələrlə görüş keçirilib

13 avqust, 16:43

Məktəbdən elm dünyasına: FRİTL-in uğurlu məzunlarının hekayələri

13 avqust, 16:22

Dövlət bağçalarında ödənişli xidmət göstərilə bilərmi? – RƏSMİ AÇIQLAMA

13 avqust, 15:01

Sabunçuda Azərbaycanın ilk açıq hava elm mərkəzi açılır

13 avqust, 14:48

SABAH qruplarının tələbələri üçün yataqxana qeydiyyatı başlayır

13 avqust, 14:38

Rezidentura üzrə ixtisas seçimi başlayıb

13 avqust, 14:07

Ölkə birincisi olan DP iştirakçısı: “Xəyallarımızın ardınca getməliyik”

13 avqust, 13:31

İncəsənət məktəblərinə ixtisas seçimi başlayır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.