Cəlilabad rayonunda ""Escape room" STEAM araşdırmaları" layihəsinin açılış mərasimi keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, 4 ay müddətində davam edəcək layihənin məqsədi Cəlilabad rayon kənd məktəblərinin şagirdlərinin cəlb olunduğu, beynəlxalq yanaşmada mühəndis-dizayn, proqramlaşdırma, layihələndirmə vərdişləri formalaşdmaq üçün uğurlu və innovativ “Escape room” üsulunda fəaliyyətlər tətbiq edərək, problem həlletmə bacarıqlarına malik olan, çevik nəsli yetişdirmək və bu bacarıqları STEAM əsaslı müxtəlif yerli və beynəlxalq müsabiqələrdə sınamaqdır.
Layihə çərçivəsində Cəlilabad məktəblərində təhsil alan 30 şagird "Escape room" fəaliyyət planı hazırlayacaq, mühəndis-dizayn, proqramlaşdırma, layihələndirmə fəaliyyətlərinə cəlb olunacaq, kiçik qruplarla və tapşırıqlar icra edəcəklər.
Qeyd edək ki, layihə Cəlilabad rayonu Günəşli kənd Əfilağa Həsənov adına 2 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Zülfiyyə Əmənova tərəfindən həyata keçirilir.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)