Bütün xəbərlər
11 noyabr, 11:59

Bu gün Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başlayır.

"Azərbaycan müəllimi" xəbər verir ki, 11-22 noyabr tarixlərində keçiriləcək bu mötəbər tədbirə COP28 zamanı qəbul edilən qərara əsasən, Azərbaycan ev sahibliyi edir.

Bakı Olimpiya Stadionunda baş tutan COP29 Azərbaycanın indiyə qədər təşkil etdiyi ən böyük tədbirlərdən biridir və regionda ilk dəfə təşkil olunur.

COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə və adaptasiya məsələləri ətrafında geniş müzakirələr və tədbirlər nəzərdə tutulub.

Əsas tədbirlərdən biri olaraq noyabrın 12-13-də Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti baş tutacaq. Sammitdə 80-dən çox dövlət və hökumət başçısı iştirak edərək, iqlim dəyişikliklərinə qarşı mübarizə ilə bağlı fikirlərini bildirəcək, milli bəyanatlar verəcəklər.

Yüksək səviyyəli sessiyalarda iqlim maliyyəsi, adaptasiya və davamlı gələcək məsələləri müzakirə olunacaq.

Xatırladaq ki, COP29-un məqsədi qlobal iqlim dəyişikliklərinə qarşı səyləri gücləndirmək, tərəf dövlətlərin əməkdaşlığını və milli tədbirləri inkişaf etdirməkdir.

Konfrans iqlim fəaliyyətinə dair ambisiyaların artırılması və tədbirlərin icrasının təkmilləşdirilməsi üçün platforma rolunu oynayır. Gözləntilər arasında iqlim maliyyəsi üzrə ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılması və xüsusilə inkişaf etməkdə olan ölkələr üçün maliyyə dəstəyinin artırılması yer alır.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqələri gücləndirmək üçün yaşıl enerji dəhlizləri, təmiz hidrogen, metanın azaldılması və yaşıl rəqəmsal fəaliyyət daxil olmaqla 14 təşəbbüs təqdim edilib. Bu təşəbbüslərdən biri olaraq, iqlim maliyyəsi üzrə fəaliyyət fondunun yaradılması da nəzərdə tutulub.

Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi ölkənin ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığa verdiyi əhəmiyyətin göstəricisidir.

1 /4

Xəbər lenti

5 fevral, 15:53

Elm və təhsil naziri Emin Əmrullayev sabah brifinq keçirəcək

5 fevral, 15:43

Özəl bağçalar davranış pozuntuları olan uşaqları uzaqlaşdırmağı çıxış yolu sayırlar - Mütəxəssis

5 fevral, 15:30

NASA: Yeni yanacaq texnologiyası ilə Marsa cəmi 45 günə gedilə bilər

5 fevral, 15:19

Şuşada STEAM Mərkəzi fəaliyyətə başlayıb

5 fevral, 15:11

Ayın iki nəhəng kanyonu 10 dəqiqədən az bir vaxtda formalaşıb

5 fevral, 14:52

Mil-Muğan regionunda 2 yeni məktəb binası istifadəyə veriləcək

5 fevral, 14:31

Mingəçevirdə dərs zamanı halı pisləşən məktəbli vəfat edib

5 fevral, 14:21

Şagirdlərin peşə bacarıqlarının inkişafında yaradıcı düşüncənin rolu

5 fevral, 14:06

“Fevral məruzələri 2025: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” adlı konfrans başlayıb

5 fevral, 14:02

Keçmiş və müasirlik bir arada - Hənifə kənd məktəbində bir gün

5 fevral, 13:56

İdmanda gender ayrı-seçkiliyi yoxdur - Altıqat Azərbaycan çempionu 

5 fevral, 12:47

Eksternat imtahanlarının nəticələri bəlli olub

5 fevral, 11:48

"Azərbaycan məktəbi" jurnalı alim və tədqiqatçıları əməkdaşlığa dəvət edir

5 fevral, 11:30

Çağdaş təhsildə təşkilatlanma: yeni nəsil tərbiyəsi

5 fevral, 11:25

Fil Bati: Azərbaycan universitetləri öz tədqiqat fəaliyyətlərini əhəmiyyətli dərəcədə artırır

5 fevral, 11:02

Mingəçevir Gənclər Evində uğur və ilham dolu günlər - REPORTAJ

5 fevral, 10:51

İcma əsaslı məktəbəqədər təhsil xidməti göstərən 188 qrant layihə həyata keçirilir

5 fevral, 10:16

Azərbaycanlı tələbələr layihələrini Niderlandda təqdim ediblər

5 fevral, 10:09

Agentlikdə yeni təyinatlar olub

5 fevral, 10:05

BSU-da Tələbə Məşvərət Şurasının iclası keçirilib

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.