
Ümumtəhsil müəssisələrinə direktor və direktor müavinlərinin işə qəbulunda yeni yanaşmalar tətbiq olunacaq.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev bugünkü brifinqdə məlumat verib.
Nazir bildirib ki, ümumi təhsil müəssisələrinə direktorların işə qəbulunda onların sertifikatlaşdırma balı nəzərə alınacaq əsas şərtlərdən biri olacaq.
"Həmçinin ümumi təhsil müəssisələrinə direktor müavinlərinin işə qəbulunda onların sertifikatlaşdırma balı və direktorun rəyi nəzərə alınacaq. Şərtləri ödəyən namizədlər müsahibə mərhələsində iştirak edəcəklər. Ötən il müsabiqədə iştirak etmiş namizədlərin nəticələrinə yeni qaydalar çərçivəsində baxılacaq".
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər