Bütün xəbərlər
3 fevral, 16:30

Dubayda açılacaq 100 milyon dollarlıq orta məktəb şagirdləri gələcəyin imkanlarına hazırlamağı hədəfləyir.

“Azərbaycan müəllimi” xəbər verir ki, beynəlxalq təhsil şirkəti olan “GEMS Education” 2025-ci ilin avqust ayında Dubayda “GEMS School of Research and Innovation” məktəbinin təsis olunacağını elan edib. 

Məktəbə ilkin hazırlıq mərhələsindən 6-cı sinfə qədər olan şagirdlər qəbul ediləcəklər.
Məqsədyönlü şəkildə inşa edilmiş bu məktəb ingilis kurikulumu əsasında fəaliyyət göstərəcək. Məktəb olimpik ölçülü üzgüçülük hovuzu və helikopter enişinə uyğunlaşdırılmış futbol meydançası ilə təchiz olunacaq. Yeni məktəbdə illik təhsil haqqı 31 500-56 000 ABŞ dolları arasında dəyişəcək.

“GEMS Education” və “The Varkey Foundation” şirkətlərinin qurucusu və sədri Sani Varkey bildirib: “Biz inanırıq ki, gələcək nəsilləri daha yaxşı bir dünya qurmaq üçün gücləndirmək vacibdir. Dünyanın müxtəlif yerlərindən seçilmiş ən yaxşı müəllimlər, ən son texnologiya və misilsiz imkanlarla biz elə bir unikal məktəb yaradırıq ki, burada hər bir şagird öz daxili maraqlarını kəşf edərək inkişaf edə biləcək”.
“GEMS Education” şirkətinin yaydığı məlumata görə, məktəbin hər bir elementi şagirdlərə daha dərin duyğu təcrübəsi qazandırmaq üçün xüsusi olaraq dizayn edilib. Məktəb müasir STEM və innovasiya laboratoriyaları, xüsusi oxu və oyun sahələri ilə təchiz olunacaq.

Bundan əlavə, şagirdlər üçün AR (artırılmış reallıq) və VR (virtual reallıq) texnologiyalarına əsaslanan təhsil mərkəzləri, robototexnika və elm laboratoriyaları yaradılacaq.
“GEMS Education” şirkətinin baş təhsil direktoru Lisa Krasbi deyib: “Bu sadəcə bir məktəb deyil. Bu, təhsillə innovasiyanın qovuşduğu transformativ bir məkandır. “GEMS School of Research and Innovation”da şagirdlər fərdi təhsil yanaşmalarından faydalanacaq, dünya səviyyəli müəllimlər və mükəmməl infrastrukturla dəstəklənəcək. Biz şagirdlərimizi yalnız bu günün deyil, gələcəyin imkanlarına da hazırlayırıq”.

Məktəb akademik mükəmməlliyi və gələcəyə fokuslanan fənləri birləşdirən genişləndirilmiş Britaniya kurikulumu əsasında fəaliyyət göstərəcək. Şagirdlər erkən yaşlardan kompüter elmləri, süni intellekt, robototexnika, elektron idman (“e-idman”) və oyun dizaynı kimi sahələrlə tanış olacaq, eyni zamanda, ixtisaslaşmış dillər, incəsənət, idman, mühəndislik və biznes sahələrində də biliklər əldə edəcəklər.

Məktəbin genişləndirilmiş dərs proqramı şagirdlərin inkişafına yönəlmiş müxtəlif əlavə tədris fəaliyyətlərini əhatə edəcək. Bunlara gimnastika, üzgüçülük, musiqili teatr, klassik rəqs və küçə performansı kimi sahələr daxildir.

Bundan əlavə, məktəb “Microsoft”, “HP” və “Apple” kimi sənaye liderləri ilə əməkdaşlıq edəcək. Bu əməkdaşlıq şagirdlərə real dünya təcrübəsi qazandıraraq onları sahibkarlıq düşüncəsi ilə formalaşdıracaq və öz ideyalarını təsirli həllərə çevirməyə təşviq edəcək.

Şərhlər

Xəbər lenti

17 avqust, 12:19

Ekspert: Müəllimlərdən əvvəl onları hazırlayan müəllimlər sertifikasiya olunmalıdır

16 avqust, 12:45

Qarabağ Universiteti “Enactus Azərbaycan” Milli Yarışının qalibi olub

16 avqust, 12:40

“Qafqazinfo” 15 yaşını qeyd edir

16 avqust, 12:28

BANM-in 34 məzunu Dövlət Proqramına qəbul olunub

16 avqust, 11:07

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir 

15 avqust, 23:17

Gəncə məktəbliləri "AROVC 2025" yarışının qalibi olublar

15 avqust, 18:59

ADNSU ilə Çin universitetləri arasında təhsil və elm sahəsində əməkdaşlıq müzakirə edilib

15 avqust, 18:16

Peşə təhsili üzrə boş qalan plan yerlərinə tələbə qəbulunun vaxtı açıqlandı 

15 avqust, 18:10

Peşə təhsili müəssisələrinə qəbul imtahanının nəticələri AÇIQLANDI 

15 avqust, 17:16

Yerdəyişmə imtahanla aparılan lisey və gimnaziyalara qəbul başlayır

15 avqust, 17:02

SDU ilə Bayburt Universiteti arasında əməkdaşlıq qurulur

15 avqust, 16:57

“Mərkəzi Asiya+ Akselerasiya” proqramı çərçivəsində “bootcamp” keçirilir

15 avqust, 16:40

Stenford araşdırması: Müəllimlər süni intellektə “tədris tərəfdaşı” kimi baxırlar

15 avqust, 16:21

Tələbələr sahibkara çevrilirlər – Qəbələdə başlayan layihə Bakıda davam edəcək

15 avqust, 15:36

Təhsilə ayrılan investisiya açıqlanıb

15 avqust, 14:54

Hansı universitetlər müəllimlik ixtisaslarına qəbulu dayandırdı? 

15 avqust, 14:50

Ən bahalı universitetlərimiz: illik təhsil haqqı nə qədərdir? – SİYAHI

15 avqust, 14:11

Ali məktəblərdə pedaqoji ixtisasların təhsil haqları nə qədər artıb? – ARAŞDIRMA

15 avqust, 14:02

Gəncədə beynəlxalq şahmat festivalı keçiriləcək

15 avqust, 13:35

Türkiyə III yerdə: 25 DP iştirakçısı təhsil üçün bu ölkəni seçib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.