Baku TV sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbindən reportaj hazırlayıb.
"Azərbaycan müəllimi"nin məlumatına görə, məktəbin direktoru Tariyel Əkbərov qeyd edib ki, burada 553 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 182 müəllim məşğul olur.
83 sinifdən ibarət olan məktəbdə uşaqlar üçün yeməkxana və yataqxana da fəaliyyət göstərir.
Burada hər bir uşağa xüsusi münasibət göstərildiyini vurğulayan məktəbin direktor müavini Günay Ağayeva söyləyib ki, onlar müəllimlərini öz anaları kimi qəbul edib, sevirlər:
"Müəllimlərimiz onlara ilk dəfə burada işarət dili ilə ana, ata kəlmələrini başa salırlar. Bizim üçün özgə övladı yoxdur. Onların hamısını öz övladımız kimi sevirik. Doğum günlərini də burada qeyd edirik, nə şərait lazımdırsa, yaradırıq".
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)