Bütün xəbərlər
6 mart, 13:07

Martın 3-də Elm və Təhsil Nazirliyinin İctimai Şura üzvləri ilə İqtisadiyyat Nazirliyinin İqtisadi Zonalar Agentliyinin Peşə Tədris Mərkəzinin İctimai Şura üzvləri arasında görüş keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, əvvəlcə Peşə Tədris Mərkəzinin rəhbəri Kənan Bağırov qonaqlara mərkəzdə görülən işlər barədə ətraflı məlumat verib. Daha sonra iştirakçılar mərkəzin fəaliyyəti ilə tanış olublar. Görüş zamanı peşə təhsilinin inkişafı, əmək bazarının tələblərinə uyğun kadr hazırlığı, dövlət və özəl sektorun bu prosesdəki rolu və qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin Peşə Tədris Mərkəzində tətbiq edilən yeniliklər, tələbələrin praktik biliklərinin artırılması və işəgötürənlərlə əlaqələrin gücləndirilməsi kimi vacib məsələlərə toxunulub.  

İctimai Şura üzvləri mövcud çətinliklər və onların həlli yolları barədə fikir mübadiləsi apararaq müxtəlif təkliflər irəli sürüblər. Müzakirələrdə peşə təhsilinin cəlbediciliyinin artırılması, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və regionlarda peşə təhsilinə marağın artırılması məsələləri də gündəmə gətirilib.

Görüş qarşılıqlı əməkdaşlığın davam etdirilməsi və birgə layihələrin həyata keçirilməsi istiqamətində razılıqla yekunlaşıb.

1 /6

Şərhlər

Xəbər lenti

19 oktyabr, 16:09

BSU-da “Müstəqil Azərbaycanın memarı: Heydər Əliyev” mövzusunda görüş keçirilib

18 oktyabr, 19:52

Türkiyənin aparıcı universitetlərinin təcrübəsi iki ildir Azərbaycanda - Video

18 oktyabr, 14:21

11 azərbaycanlı HTP ilə Türkiyədə təhsil imkanı qazanıb

18 oktyabr, 10:09

“Müəllimlərimizin tərbiyəsi nəticəsində gənclərimiz qəhrəman oldular” – Anar İsgəndərov

18 oktyabr, 10:01

Azərbaycanlı alim ABŞ-də yüksək vəzifəyə təyin olunub

17 oktyabr, 19:15

Naxçıvanda “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

17 oktyabr, 17:43

ADPU-da “Erkən nikaha son” mövzusunda görüş keçirilib

17 oktyabr, 17:34

MDU OSTİM Texniki Universiteti ilə birgə laboratoriyalar yaradacaq

17 oktyabr, 17:27

Təqaüd proqramlarının iştirakçıları üçün ingilis dili təlimi keçirilib

17 oktyabr, 17:09

Türk dünyasının ilk riyaziyyat olimpiadasına qeydiyyat başladı

17 oktyabr, 17:01

Mədəniyyət və Elm və Təhsil nazirliklərinin birgə işçi qrupunun növbəti görüşü keçirilib

17 oktyabr, 16:58

Övladın ev tapşırığını çətinliklə yerinə yetirirsə, necə kömək edə bilərsən?

17 oktyabr, 15:50

Müəllimləri sənaye bilikləri ilə yeniləməyə çalışmaq bizi həmişə geridə saxlayacaq – Andreas Şleyxer

17 oktyabr, 15:33

Azərbaycanda ali təhsilin müddəti azaldıla bilərmi?

17 oktyabr, 15:17
17 oktyabr, 15:13

ADPU-nun yeni oxu zalı açılıb

17 oktyabr, 14:38

NDU-da elmi-praktik konfrans keçirilib

17 oktyabr, 14:34

BSU-nun ixtisaslarının əmək bazarına uyğunluğu müzakirə edilib

17 oktyabr, 14:30

Monitorinq mütəxəssisləri üçün təlim təşkil olunub

17 oktyabr, 14:27

Qəbələdə peşə məktəbinin tələbələri təlim dərslərində iştirak ediblər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.