Bütün xəbərlər
18 noyabr, 14:27

“Bizim məqsədimiz yalnız yerli səviyyədə deyil, eyni zamanda beynəlxalq miqyasda əməkdaşlıq edərək, təhsilin yaşıllaşdırılmasına dəstək verməkdir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev COP29 çərçivəsində "İnsan inkişafı və iqlim dayanıqlılığı üçün yaşıl təhsil mövzusunda nazirliklərarası dəyirmi masa - Yaşıl təhsil tərəfdaşlığı'nın 2-ci illik toplantısı"nda çıxışı zamanı bildirib.

UNESCO, OECD və digər beynəlxalq tərəfdaşlarla birgə çalışaraq, təhsil sistemlərini daha dayanıqlı və davamlı etmək üçün müxtəlif təşəbbüslər həyata keçiririk. Bu məqsədlə tədris proqramlarının və məktəblərin yaşıllaşdırılması, iqlim dəyişikliyi mövzusunda maarifləndirmə səviyyəsini artırmağa kömək edir.

Əlavə olaraq, COP29-da biz iqlim dəyişikliyinin PISA qiymətləndirmələrinə daxil edilməsi ilə bağlı təklif verdik. Bu layihə tələbələrin iqlim mövzusuna yanaşmalarını və bu mövzuda nə dərəcədə maraq göstərdiklərini anlamağa kömək edəcək.

Təhsil sistemimizdə iqlim dəyişikliyinin əhəmiyyəti artmalı, dezinformasiya ilə mübarizə və doğru tədris strategiyaları ilə gəncləri gələcək çətinliklərə hazırlamaq üçün effektiv yanaşmalar təqdim edilməlidir.

Dünya miqyasında iqlim təhsilini inkişaf etdirmək və gəncləri bu sahədə liderliyə hazırlamaq üçün daha çox işlər görülməlidir. Hazırda yalnız 50%-dən az ölkə tədris proqramlarında iqlim dəyişikliyini əhatə edir, amma bu statistikada ciddi dəyişikliklərə ehtiyac var.

Məqsədimiz hər bir tələbəni iqlim hərəkətində liderliyə təşviq etməkdir. Uşaqlarımız yalnız sabahın liderləri deyil, bu günün dəyişdiriciləridir. Onlara lazım olan alətləri və dəstəyi təqdim etməklə, hər birini müsbət dəyişikliklər yaratmağa yönəltməliyik.

Bu istiqamətdə tərəfdaşlıqlarımızı gücləndirərək, təhsilin davamlı və ədalətli gələcəyin qurulmasında mühüm rol oynamağa davam edəcəyik. Təhsilin və bu mühüm təşəbbüslərin önəmini bir daha vurğulayaraq, hər kəsi bu vacib işdə əməkdaşlıq etməyə çağırıram. Birlikdə daha yaşıl və davamlı gələcək üçün addımlar atmağa davam edəcəyik.

Xəbər lenti

5 fevral, 15:30

NASA: Yeni yanacaq texnologiyası ilə Marsa cəmi 45 günə gedilə bilər

5 fevral, 15:19

Şuşada STEAM Mərkəzi fəaliyyətə başlayıb

5 fevral, 15:11

Ayın iki nəhəng kanyonu 10 dəqiqədən az bir vaxtda formalaşıb

5 fevral, 14:52

Mil-Muğan regionunda 2 yeni məktəb binası istifadəyə veriləcək

5 fevral, 14:31

Mingəçevirdə dərs zamanı halı pisləşən məktəbli vəfat edib

5 fevral, 14:21

Şagirdlərin peşə bacarıqlarının inkişafında yaradıcı düşüncənin rolu

5 fevral, 14:06

“Fevral məruzələri 2025: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” adlı konfrans başlayıb

5 fevral, 14:02

Keçmiş və müasirlik bir arada - Hənifə kənd məktəbində bir gün

5 fevral, 13:56

İdmanda gender ayrı-seçkiliyi yoxdur - Altıqat Azərbaycan çempionu 

5 fevral, 12:47

Eksternat imtahanlarının nəticələri bəlli olub

5 fevral, 11:48

"Azərbaycan məktəbi" jurnalı alim və tədqiqatçıları əməkdaşlığa dəvət edir

5 fevral, 11:30

Çağdaş təhsildə təşkilatlanma: yeni nəsil tərbiyəsi

5 fevral, 11:25

Fil Bati: Azərbaycan universitetləri öz tədqiqat fəaliyyətlərini əhəmiyyətli dərəcədə artırır

5 fevral, 11:02

Mingəçevir Gənclər Evində uğur və ilham dolu günlər - REPORTAJ

5 fevral, 10:51

İcma əsaslı məktəbəqədər təhsil xidməti göstərən 188 qrant layihə həyata keçirilir

5 fevral, 10:16

Azərbaycanlı tələbələr layihələrini Niderlandda təqdim ediblər

5 fevral, 10:09

Agentlikdə yeni təyinatlar olub

5 fevral, 10:05

BSU-da Tələbə Məşvərət Şurasının iclası keçirilib

5 fevral, 09:45

Bakı Avrasiya Universitetləri Sammitinə ev sahibliyi edəcək

5 fevral, 09:32

Ölkəmizdə ilk dəfə “Biotəhlükəsizlik və biomühafizə” fənni tədris olunacaq

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.