Bütün xəbərlər
30 yanvar, 12:18

30 yanvar tarixindən etibarən Respublika Fənn Olimpiadalarında iştirak üçün qeydiyyatdan keçən şagirdlər https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsinə daxil olaraq buraxılış vərəqələrini yükləyə və çap edə bilərlər.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.

Qeyd edək ki, Respublika Fənn Olimpiadalarının yarımfinal turu informatika fənni üzrə 8-9-cu siniflər üçün fevralın 15-də, 10-11-ci siniflər üçün fevralın 16-da, digər fənlər üzrə isə fevralın 23-də keçiriləcək.

Şagirdlər buraxılış vərəqələrinin şəxsi kabinet vasitəsilə əldə edilməsi ilə bağlı yaranan hər hansı çətinliklə əlaqədar təhsil aldıqları ümumtəhsil müəssisələrinə müraciət edə bilərlər.

Nəzərinizə çatdıraq ki, Respublika Fənn Olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə keyfiyyətli təhsilalma, biliklərə marağı artırmaq və özünə inam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafını təşkil etmək istiqamətində tədbirlər müəyyənləşdirmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdan ibarətdir.

Respublika Fənn Olimpiadaları “Birbank”ın baş sponsorluğu ilə təşkil edilir.

Xəbər lenti

30 yanvar, 22:34

Bakı və ətraf ərazilərdəki təhsil müəssisələrində iş qrafiki dəyişəcək

30 yanvar, 21:28

Paytaxtdakı təhsil müəssisələrinin nəqliyyat sıxlığına təsiri qiymətləndiriləcək

30 yanvar, 21:25

Bakıda məktəb avtobuslarından istifadəyə başlanılacaq

30 yanvar, 18:15

Nazirlik: Doktorantura təhsilinin birpilləli sistemə keçirilməsi müzakirə edilir

30 yanvar, 17:40

Bu il Ayda ilk data mərkəzi yaradılacaq

30 yanvar, 17:24

“Yenidən təhsil alsam, seçimim yenə də SABAH olardı” – Tələbələrlə söhbət 

30 yanvar, 17:14

XXI əsrin təhsili və müasir dünya tələbləri 

30 yanvar, 16:55

Təhsil françayzinqi nədir?

30 yanvar, 16:45

Ənənəvi təhsil metodları və müasir yanaşmalar

30 yanvar, 16:39

Əlilliyi olan tələbələrin universitetə hazırlığının artırılması yolları

30 yanvar, 16:20

Ev tapşırığını kim etsin: şagird, yoxsa süni intellekt?

30 yanvar, 15:52

Olimpiadada sualları səhvsiz yazacağıma inanırdım - Region birincisi 

30 yanvar, 15:50

“Müəllimlər, psixoloqlar və digər təhsil işçiləri kiberzorakılıqla bağlı məlumatlı olmalıdırlar”

30 yanvar, 15:40

Çankaya Universitetinin prorektoru ADPU-da olub

30 yanvar, 15:35

Təhsilin ömrü nə qədər uzatdığı hesablanıb

30 yanvar, 14:40

18 nömrəli məktəbdə yeni antibullinq layihəsi tətbiq ediləcək

30 yanvar, 14:27

Elm və təhsil naziri Qvineya Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb

30 yanvar, 14:02

Naxçıvanda kimya dərsi: “Firon ilanı”, “Nilin qana bulanması”… – MÜSAHİBƏ

30 yanvar, 13:20

Latviyada şagirdlərin şəxsi əşyaları yoxlanılacaq

30 yanvar, 13:10

Universal dizaynın inteqrasiyası ilə inklüziv siniflərin yaradılması

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.