Bütün xəbərlər
1 oktyabr, 09:43

İqlim dəyişikliyi 21-ci əsrin ən ciddi qlobal problemlərindən biridir. Artan istilik, qeyri-sabit hava şəraiti, su qıtlığı və ekosistemlərin zərər görməsi bəşəriyyətin gələcəyini təhlükə altına alır. Bu böhranın qarşısını almaq üçün yalnız texnologiya və qanunlarla kifayətlənmək mümkün deyil. İnsanların şüurunda dəyişiklik yaratmaq da vacibdir və məhz burada təhsilin rolu ön plana çıxır. Bəs təhsil iqlim dəyişikliyi ilə mübarizədə hansı rolu oynayır?

“Ekoloji şüurun formalaşdırılması və tərbiyə edilməsi mütləqdir”

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə açıqlama verən Azərbaycan Memarlıq və İnşaat Universitetinin Ekologiya kafedrasının müdiri professor Fəqan Əliyev bildirib ki, iqlim dəyişikliyi təhsil, elm və mədəniyyət sahələrində mühüm rol oynayan, insanlığın gələcəyini birbaşa müəyyən edən amildir: “İqlim dəyişikliyi ilə bağlı maarifləndirməni məktəblərimizdən, universitetlərimizdən, elmi araşdırmalardan, yazıçılarımızın əsərlərindən gözləyirik. Bu işə güclü təkan verilməli, istiqamət daha da genişləndirilməlidir. Əgər bu sahəyə diqqət artırılsa, iqtisadiyyatımız da daha güclü və dayanıqlı olacaq. Bunun üçün gənclərimizi, həm oğlanları, həm də qızları bu sahədə ixtisaslaşdırmaq vacibdir. Ekoloji şüurun formalaşdırılması və tərbiyə edilməsi mütləqdir. İnsanın xoşbəxtliyi onun təbiəti sevməsi, onu anlaması və öz həyatını təbiətlə uyğunlaşdırmasındadır. Ali məktəblər bu istiqamətdə daha çox iş görməli, tələbələrə şərait yaratmalıdır. 
Hazırda ölkəmizdə təkrar emala da böyük ehtiyac var. Biz pambıq istehsal edirik, lakin onu təkrar emal etmirik. Halbuki bu, həm tullantıların azalmasına, həm də iqtisadi faydaya səbəb ola bilər”.

“Maarifləndirmə aparan şəxslər insanlarda inam yaratmalı, ekoloji düşüncəni addım-addım aşılamalıdırlar”

Fəqan Əliyev qeyd edib ki, uşaqlarda iqlim dəyişikliyi ilə bağlı düzgün təsəvvür formalaşdırsaq, onların əxlaqı, dünyagörüşü və vətən sevgisi də güclü olar: “Bu isə məktəbdən və ailədən başlayır. Maarifləndirmə aparan şəxslərin üzərinə böyük vəzifə düşür. Onlar insanlarda inam yaratmalı, ekoloji düşüncəni addım-addım aşılamalıdırlar. Çünki ekologiya ilə yaşamaq, təbiəti qorumaq həyatımızın təməl prinsipi olmalıdır. Unutmaq olmaz ki, təhsil nadanlığı aradan qaldıran yeganə vasitədir. Təhsilin olduğu yerdə nadanlıq ola bilməz. Deməli, iqlim dəyişikliyi ilə mübarizədə əsas gücümüz də təhsil olmalıdır. Təhsil insana bilik verir, məsuliyyət hissi formalaşdırır və bizi daha sağlam, daha yaşıl gələcəyə aparır”. 

O, həyatının böyük bir hissəsini məhz bu mövzuya həsr etdiyini qürur hissi ilə vurğulayıb: “1988-ci ildən bəri Günəş Elmi-İstehsalat Assosiasiyasını və Beynəlxalq Ekoenergetika Akademiyasını yaratdıq. 30 il ərzində hər iki ildən bir “Energetika, Ekologiya, Ekonomiya” adlı beynəlxalq konqreslər təşkil etdik. Həmin dövrdə neft öz əsrini yaşayırdı və Avropanın, Amerikanın, Yaponiyanın iri neft şirkətləri, həmçinin elm adamları bu məsələlərə böyük diqqət yetirirdilər. Konqreslərdə günəş və külək enerjisindən istifadə, neft məhsullarından düzgün yararlanma, torpaqların və su hövzələrinin çirklənmədən qorunması kimi məsələlər əsas müzakirə mövzuları olurdu. Abşeron yarımadasında aparılan müşahidələr göstərirdi ki, neft hasilatı torpaqları və suları ciddi şəkildə çirkləndirib. Vaxtilə burada 800-ə yaxın göl mövcud idi, lakin onların əksəriyyətində canlı həyat demək olar ki, yox idi. Biz bu problemləri qaldıraraq, gördüyümüz işlərlə bütün dünyada səs saldıq”.

Onun sözlərinə görə, bu gün də Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universitetində yetişən çoxsaylı mütəxəssislər bu istiqamətdə fəaliyyət göstərirlər: “Unutmaq olmaz ki, Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə Bakıda Günəş kollektorları zavodunun inşa olunması ölkəmizdə alternativ enerji texnologiyalarına marağın göstəricisi idi. Bu gün isə Prezident İlham Əliyevin təşəbbüsü ilə COP29 çərçivəsində yaşıl enerji və onun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Yeni dövrün tələbi budur ki, günəş enerjisindən, Xəzər dənizinin enerji potensialından, kiçik çaylardan və biokütlələrdən geniş istifadə edək. Məqsəd yaxın gələcəkdə günəş enerjisinin istehsaldakı payını 30-40 faizədək artırmaqdır. Bu hədəfə çatmaq üçün isə təkcə texnologiya kifayət etmir. Təhsil, elm və maarifləndirmə həlledici amilə çevrilməlidir”.

Şərhlər

Xəbər lenti

16 oktyabr, 13:01

2026-cı ilə qədər Füzuli və Şuşa peşə təhsili mərkəzləri istifadəyə veriləcək

16 oktyabr, 12:56

Gələn ilin sonunadək 6000 nəfər peşə təlimlərinə cəlb ediləcək

16 oktyabr, 12:22

Gənc ixtiraçıların yarış həyəcanı – Naxçıvanda SAF-a hazırlıq

16 oktyabr, 12:08

Qısamüddətli peşə təlimlərini bitirmiş müdavimlərə sertifikat təqdim olunub

16 oktyabr, 11:56

MDU türk dünyası universitetləri ilə mübadilə imkanlarını genişləndirir 

16 oktyabr, 11:54

Kokand Universitetinin müəllimi AzMİU-da olub

16 oktyabr, 11:17

UNEC-in Startap İnkubasiya Mərkəzi beynəlxalq akkreditasiyadan keçib

16 oktyabr, 11:13

“Azad Mirzəcanzadə İnkişaf Proqramı”nın məlumat sessiyası keçirilib

16 oktyabr, 10:54

ADNSU-da vakansiyalar: Əməkhaqqı 3000 manatdan yüksəkdir

16 oktyabr, 10:50

“Rəqəmsal kommunikasiya və peşəkar imic” mövzusunda seminar keçirilib

16 oktyabr, 10:42

Elmi məqalə yazanda süni intellektdən istifadə edilsə, elm bitər - Əcnəbi professorla MÜSAHİBƏ

16 oktyabr, 10:13

ADPU-nun Strateji İnkişaf Mərkəzi vakansiya elan edir

16 oktyabr, 10:04

Professor: Rəqəmsal texnologiyalar və süni intellekt dilçilik tədqiqatlarını genişləndirir

15 oktyabr, 17:52

Dövlət bağçasına gedən uşaqlar dövlət hesabına özəl bağçada təhsil ala bilərmi?

15 oktyabr, 17:39

Vüsalə Əliyeva: Valideynlər bağçalarla bağlı qayda pozuntusu müşahidə edirlərsə, müraciət etsinlər

15 oktyabr, 17:35

Dövlət-özəl maliyyələşmə modeli ilə bağçalara qəbul üçün tarix açıqlanıb

15 oktyabr, 17:30

Bəzi bağçalar qrant müsabiqəsində iştirak edə bilmək üçün təhsil haqlarını endiriblər 

15 oktyabr, 17:27

Sabahdan hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

15 oktyabr, 17:24

Bu il 5000-dən artıq uşaq qrant hesabına məktəbəqədər təhsilə cəlb ediləcək

15 oktyabr, 17:04

BSU-da maarifləndirici təlim keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.