
“Elmi işlərin nüfuzunu yalnız sadə istinad sayı ilə ölçmək dövrü bitib. İndi süni intellekt böyük məlumat kütlələrində gizlənən qeyri-adi istinad nümunələrini sanki “psixodelik alqoritmləri” üzə çıxarır və keyfiyyət kəmiyyətdən üstün tutulur".
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu “Times Higher Education” (THE)-nin qlobal əlaqələr üzrə baş direktoru Fil Bati Bakıda keçirilən “THE Avrasiya Universitetləri Sammiti”ndə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, THE illərdir tədqiqatların nüfuzunu qiymətləndirmək üçün “fərqli metrikalar səbəti” üzərində işləyir və bu yanaşma sadə istinad sayından çox daha dərinə enir.
Fil Bati qeyd edib ki, kompleks analizlər tədqiqatın real təsir gücünü üzə çıxarır. O, ABŞ-nin Baylor Universiteti tərəfindən hazırlanmış “İnteqrasiya indeksi”nin də mövcud qiymətləndirmə metodlarında mümkün riskləri göstərdiyini vurğulayıb.
F.Bati bildirib ki, THE akademik ictimaiyyətlə birgə yeni metrikalar və metodologiyalar üzərində işləməyə davam edəcək və elmi qiymətləndirmənin şəffaflığını və etibarlılığını daha da gücləndirəcək.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər