Bütün xəbərlər
9 aprel, 12:25

Azərbaycan Nazirlər Kabinetinin 2024-cü il 2 dekabr tarixli 503 nömrəli Qərarı ilə ali təhsilin bakalavriat, magistratura, əsas (baza ali) tibb təhsili və rezedentura səviyyələri üzrə ixtisasların yeni təsnifatı təsdiq edilib. Təsnifatda aparılan dəyişikliklər müvafiq olaraq yeni təhsil proqramlarının hazırlanmasını tələb edir və bu proqramlar işəgötürənlərin tələblərinə uyğun olmalıdır. 

Bu səbəbdən işəgötürənlər də bu prosesdə aktiv iştirak etməlidirlər. Son dövrlərdə yeni texnologiyaların və modellərin geniş yayılması iqtisadiyyatda ciddi dönüş yaradıb. Süni intellekt, maşın öyrətməsi, böyük göstəricilərin analizi, əşyaların interneti, robotlaşma, additiv və biotexnologiyalar təkcə radikal şəkildə ənənəvi zahiri görünüşə transformasiya olunmur, həm də yeniliklərin ortaya çıxmasına səbəb olur. Nəticədə əmək bazarında əsaslı sıçrayışlar yaranır, xeyli ixtisaslar keçmişdə qalır, yeni kompetensiyalara təlabat artır. 

Dünya təhsil sistemi üçün “təhsil proqramlarının dizayneri” anlayışı yeni anlayış olsa da, artıq inkişaf etmiş ölkələrin təhsil sistemində çox geniş istifadə olunur. Və bu anlayış orta təhsil proqramlarımızın yenilənməsində xüsusi rol oynaya bilər. Əslində ölkəmizin təhsil sistemində mövcud paradiqmalar öyrənilir və tətbiq edilir. Azərbaycanın bir neçə rayonunda yerləşən məktəbliseylərdə STEAM kabinetlər formalaşıb. STEAM: S-science (təbiət elmləri), T-technology (texnologiyalar), E-engineering (mühəndislik), M-mathematics (riyaziyyat). STEAM təbiət elmləri və texnologiyanı, texniki yaradıcılıq və riyaziyyatı birləşdirən sahələrarası yanaşmadır. STEAM texniki fənlərin populyarlaşdırılması üçün hüdudsuz imkanlara malikdir. 

Haqlı suallar ortaya çıxır: Gələcəkdə hansı ixtisaslara təlabat daha çox olacaq? Tələbələrə nələri öyrətmək lazımdır ki, universitetdən ayrılanda bilik və bacarıqları uzun illər yetərli olsun? 

Tətbiqi riyaziyyat, fizika və elektronika, informatika və biznes-informatika, iqtisadiyyat və maliyyə, menecment, təhsilin idarə olunması, ictimai və humanitar elmlərin tədrisi çağımızın tələblərinə bütövlükdə cavab vermir. İxtisasların kvalifikasiyasına diqqət edəndə ilk baxışdan görürük ki, bunlar uzun illərdir ki, mövcuddur. Lakin son illər yeni məzmuna qoyulan tələblər, həm də yeni istiqamətlərin yaranmasını zəruri edib. Bu istiqamətlərə təlabat ilbəil artır və 5-10 ildən sonra inanılmaz həddə gəlib çatacaq. Dünya Bankının tədqiqatlarına görə, təhsil xidmətərinin qlobal bazarı hər il 10-12 faiz genişlənir. Zərurətlə əlaqədar ali təhsildə idarəetmənin və tədrisin keyfiyyətinin yaxşılaşdırılması tələbinə uyğun olaraq tədqiqatçılar və analitiklər yeni paradiqmaları dərindən öyrənməli və tətbiq etməlidirlər. Ali məktəblərdə idaretmə funksiyası daşıyan mütəxəssislərdə təhsil proqramlarının dizayını bacarıqları formalaşdırılmalıdır. 

Fikrimcə, bu cür bacarıqların formalaşdırılması üçün drayverlər, baryerlər, mütəxəssislərin həll edəcəyi məsələlər və zəruri kompetensiyalar işlənməlidir. 

Drayverlər: Azərbaycanda təhsil proqramları təhsil sistemində qloballaşma və son dərəcə vacib olan rəqabətə davamlılıq zərurətini nəzərə almalıdır, regional səviyyədə ali təhsilin inkişafı və aparıcı ali məktəblərə dövlətin əsaslı dəstəyi vacibdir, onlayn-təhsilin inkişafı və s. 

Zəruri kompetensiyalar: Pedaqoji dizayn və modelləşmə metodlarının öyrənilməsi, rəqəmsal texnologiyaların təhsil sistemindəki rolunun anlaşılması, əhalinin təhsil təlabatlarının öyrənilməsi bacarıqları, öyrətmədə motivasiya aspektlərinin anlaşılması, təhsil siyasətində qanunvericilik bazasını bilmək, təhsil proqramlarının effektiv realizə olunmasının qiymətləndirmə metodlarını bilmək, layihə və analitik sənədlərin hazırlanmasını bacarmaq və s.

Bəs burada tyutorların rolu nədən ibarət olacaq? Tyutor təhsil proqramlarının və tədris planlarının işlənməsini təşkil edir və ən əsası isə təhsil prosesindəki münaqişələrdə mediator rolunu oynayır. 

Drayverlər: Fasiləsiz təhsil konsepsiyasının inkişafı, bir sıra intellektual peşələrdə əmək bazarı və ali təhsil sahəsində qloballaşmanın əhəmiyyəti, onlayn formatda proqram və kursların sayının sürətlə artırılması, özəl təhsil sisteminin inkişafı.

Zəruri kompetensiyalar: Təhsil prosesinin planlaşdırılması və monitorinqinin aparılması bacarıqları, təhsil texnologiyaları haqqında bilgilər, tədris-metodik ədəbiyyatlarla işləmək bacarığı, şagird müəllim və valideyn münasibətlərinin sağlam mühitdə inkişafı, rəqəmsal və distant öyrətmə vasitələri ilə işləmək bacarıqları. 

Düşünürəm ki, “gələcəyin ixtisasları”nın atlasını yaratmaq üçün tədris proqramlarının rasional dizaynerlərə təlabat var və bu prosesdə tyutorların rolu danılmazdır.

Samir Vəliyev
Milli Məclisin deputatı

Şərhlər

Xəbər lenti

17 oktyabr, 19:15

Naxçıvanda “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

17 oktyabr, 17:43

ADPU-da “Erkən nikaha son” mövzusunda görüş keçirilib

17 oktyabr, 17:34

MDU OSTİM Texniki Universiteti ilə birgə laboratoriyalar yaradacaq

17 oktyabr, 17:27

Təqaüd proqramlarının iştirakçıları üçün ingilis dili təlimi keçirilib

17 oktyabr, 17:09

Türk dünyasının ilk riyaziyyat olimpiadasına qeydiyyat başladı

17 oktyabr, 17:01

Mədəniyyət və Elm və Təhsil nazirliklərinin birgə işçi qrupunun növbəti görüşü keçirilib

17 oktyabr, 16:58

Övladın ev tapşırığını çətinliklə yerinə yetirirsə, necə kömək edə bilərsən?

17 oktyabr, 15:50

Müəllimləri sənaye bilikləri ilə yeniləməyə çalışmaq bizi həmişə geridə saxlayacaq – Andreas Şleyxer

17 oktyabr, 15:33

Azərbaycanda ali təhsilin müddəti azaldıla bilərmi?

17 oktyabr, 15:17
17 oktyabr, 15:13

ADPU-nun yeni oxu zalı açılıb

17 oktyabr, 14:38

NDU-da elmi-praktik konfrans keçirilib

17 oktyabr, 14:34

BSU-nun ixtisaslarının əmək bazarına uyğunluğu müzakirə edilib

17 oktyabr, 14:30

Monitorinq mütəxəssisləri üçün təlim təşkil olunub

17 oktyabr, 14:27

Qəbələdə peşə məktəbinin tələbələri təlim dərslərində iştirak ediblər

17 oktyabr, 14:07

Elon Mask məni ruhlandırdı Tələbələrimiz dünyanın ən yaxşıları sırasında

17 oktyabr, 13:57

Dərslə tam vəhdətdə olmaq vəziyyəti

17 oktyabr, 13:43

İnnovativ tədris yanaşmalarını özündə birləşdirən HP IDEA təlimləri davam edir

17 oktyabr, 13:39

AzMİU-da “Tarix Yazan 44 Gün” adlı rəsm sərgisi keçirilib

17 oktyabr, 13:35

ETN vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.