Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi Orxan Güləhmədov “Neylon/MWCNT əsaslı nanokompozitlərin triboelektrik nanogeneratorun çıxış performansına təsiri” adlı elmi seminar keçirib.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, seminarda Elm və Texnologiyada Avropa Əməkdaşlığı (European Cooperation in Science and Technology – COST) proqramının “Qısamüddətli elmi missiya” səfər qrantı çərçivəsində Makedoniyanın Skopye şəhərində yerləşən Ss. Kiril və Methodius Universitetində “Neylon/CNT təbəqələrindən istifadə etməklə triboelektrik nanogeneratorların təkmilləşdirilməsi” mövzusu üzrə apardığı tədqiqat işinin nəticələrini təqdim edib.
BDU-nun gənc tədqiqatçısı bildirib ki, çoxdivarlı karbon nanoboruları doldurucu kimi istifadə olunan zaman onun polimer daxilində yaratdığı əlavə polyar dipollar hesabına triboelektrik nanogeneratorların (TENG) çıxış parametrləri əhəmiyyətli dərəcədə artıb. Bu cür materialların maqnit xassəli nanomateriallarla birgə kombinasiyasından sensor texnologiyasında istifadə etmək mümkündür.
Seminarın sonunda məruzəçi iştirakçıların suallarını cavablandırıb.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)