Bütün xəbərlər
19 may, 12:44

“Azərbaycan müəllimi” qəzeti, 5 dekabr 1956-cı il, №49

Son zamanlarda qəzetlərdə və xüsusilə gənclərə məxsus mətbuatda yeniyətmələrin tərbiyəsinə dair məqalələrə geniş yer verilir. Gənc nəslin tərbiyəsi üçün həmin tədbirin əhəmiyyəti olduqca böyükdür. Uzunmüddətli təcrübəmə əsaslanaraq, gənclərin tərbiyəsi haqqında fikrimi qısaca olaraq deyəcəyəm.

Nə üçün bizim bəzi uşaqlarımızın tərbiyəsində nəzərə çarpacaq dərəcədə mühüm nöqsanlar özünü göstərir? Bunun səbəbləri nədir?

Bizcə, uşaqların tərbiyəsinə pis təsir edən əsas səbəblərdən biri onları ərköyün böyütmək və düşünmədən hər cür tələb və arzularına əməl etməkdir. Övladı sevmək lazımdır, lakin onları azğınlaşdırmaq, qaba demiş olsaq, qudurtmaq, həm cəmiyyətimiz üçün, həm də ailə üçün ləyaqətsiz üzv yetişdirmək deməkdir. Belə uşaqlar ata-anaya yuxarıdan baxır, hətta onları təhqir də edərlər.

Uşağı sevməklə yanaşı olaraq, onun müvafiq olmayan tələblərinin bir çoxunu rədd etmək, yəni mehribanlıqda qənaətkar olmaq lazımdır. Bu cür tərbiyə prosesində uşağı başa salmaq lazımdır ki, onların bəzi tələblərini yerinə yetirmək olmaz, onlar istədiklərini edə bilməzlər. Böyük öz yerini, kiçik öz yerini bilməlidir.  

Mən sizə keçmişdən belə bir əhvalat danışmaq istəyirəm.

Şamaxıda çox varlı bir şəxs vardı. Onun ilk övladı olan A.-nı o qədər ərköyün böyütmüşdülər ki, o, tələbinin rədd edilməsini heç təsəvvürünə belə gətirmirdi. O, dəfələrlə atasından külli miqdarda “xərclik” alıb laübali həyat keçirərdi. Hər bir tələbinin ödənildiyini görən uşaq atasının qarşısında daha böyük tələblər qoyur. Atası onun bu tələbini ödəyə bilməyəcəyini söylədikdə oğlu öz tüfəngini götürüb atasını vurur.

Uşaq təzəcə dil açarkən onun valideyn və yaxın qohumları şadlıq edirlər. Onlar uşağın “bala bir atana söy”, ya da “ananın başına bir qapaz vur görüm” deməsi uşağın hələ kiçik ikən əxlaqını pozur. Nəticədə ata-anasını söyən uşaq başqalarını da təhqir etməyə başlayır. Bu cür uşağı “düzəltmək” həm ailə üçün, həm də məktəb üçün çox çətindir.

Uşaqların tərbiyəsinin bünövrəsini ilk günlərdən qoymaq lazımdır. 

Məktəbdə istedadlı və yaxşı oxuyan uşağı da ərköyün kimi azdırmaq olmaz. Onu başa salmaq lazımdır ki, yaxşı oxumaq onun əsas vəzifəsidir. Yaxşı oxumaqla o, heç kəsin boynuna minnət ola bilməz. Ona görə də nə yoldaşlarına, nə də müəllimlərə qarşı azğınlıq etməməlidir. 

Çalışqan olmayan uşaqların təmayül və marağını öyrənmək və sevdiyi işlə onu məşğul etmək məsləhətdir. 

Uşağa elmi, zəhməti və kitabı sevdirmək lazımdır. Elmi, kitabı və sənəti sevən uşaq şuluqluq etməyə vaxt tapmaz. 

Uşaqların tərbiyəsinə pis təsir edən səbəblərdən biri də onları nəzarətsiz buraxmaq, “qoy nə istəyirsə etsin, könlünə dəymə” kimi tərbiyə üsullarıdır.

Nəzarətsiz qalmış belə uşaqlar istədiklərini edir, nə valideynini, nə də müəllimlərini tanımaq istəmirlər. Belə hal bəzən valideynin çox işi olmasından irəli gəlir. İşində məsuliyyət daşıyan valideyn unutmamalıdır ki, övlad tərbiyəsi də məsul və ağır vəzifədir. O da dövlət işidir. Valideyn unutmamalıdır ki, uşağı özbaşına buraxmaq olmaz. Uşaqlar üçün rejim tərtib edilsə, uşağın bu rejimə necə riayət etdiyini valideynin nəzarəti altında olsa uşaq pis hərəkətlərini tez ləğv edər.

Uşaqların tərbiyəsinə təsir edən səbəblərdən biri də onlara həddindən artıq pul verib, həmin pulun nəyə sərf edildiyini yoxlamamaqdır. Bəzi uşaqlar pulu yaramaz yerə xərcləyir, özünü başqalarının yanında çox pullu göstərir, lovğalanır, pulu qurtardıqda isə pis yollarla pul əldə etmək niyyətinə düşürlər. Nəticəsi isə gözlənilməz olur…

Bizcə, uşaqlara pul verərkən haqq-həsabını nəzərdə tutmaq, onlara pulu qənaətlə vermək lazımdır. Bu, əlbəttə, uşaqlardan əsirgəmək yox, onlara yaxşılıq etməkdir. Uşaqların hər cür nazı ilə oynamaq, “qadan ürəyimə düşsün, başına dönüm, sənə qurban olum” kimi sözlərlə yalvarmaq da onların tərbiyəsinə pis təsir edir. Belə uşaqlar öz yoldaşlarından, hətta müəllimlərindən də bu cür rəftar tələb etməyə çalışırlar. 

Bunu görmədikdə isə onlar küsür, acıqlanır, yoldaşlarını və müəllimlərini özlərindən incidirlər. Beləliklə də yoldaşlıq və dostluq pozulur, müəllimlərlə rəftar pisləşir, həya-hörmət aradan gedir.

Bizim borcumuz ağıllı, düşüncəli, öz Vətənini, öz xalqını, ailəsini sevən vətəndaşlar yetişdirməkdir. Bunun üçün ailə ilə məktəbin, məktəbdəki ictimai təşkilatlarla ailənin sıx və qırılmaz əlaqəsi əsas şərtdir. Belə olmazsa biz uşaqlarımızı tərbiyə edə bilmərik.

Cəmo CƏBRAYILBƏYLİ,
Əməkdar müəllim

Şərhlər

Xəbər lenti

10 sentyabr, 11:41

Bakı elm paytaxtına çevrilir: THE-nin sammitinə sayılı günlər qaldı

10 sentyabr, 11:37

Müəllimlər birgə dərs modelini necə qiymətləndirirlər?

10 sentyabr, 11:27

“Müəllimlərin qiymətləndirmə materiallarını bölüşmələrini dəstəkləmirəm” – Dərslik müəllifi

10 sentyabr, 11:09

Tələbələrin hüquqi bilikləri və həmrəyliyi müzakirə olunub

10 sentyabr, 11:05

Mil-Muğan regionunun şagirdlərinə 307 minə yaxın dərslik paylanacaq

10 sentyabr, 11:02

Peşə ixtisasları üzrə nəzəri biliklər qiymətləndirilib

10 sentyabr, 10:59

Payız fəslinin Azərbaycana daxil olacağı vaxt açıqlanıb

10 sentyabr, 10:44

Həyat bilgisi fənninin dərs saatı artırılıb – Yeni dərslikdə nələr var?

10 sentyabr, 10:43

Eksternat imtahanla arzusuna qovuşdu: 652 balla universitetə qəbul oldu

10 sentyabr, 10:17

Naxçıvan məktəbi “İnnovativ məktəb” layihəsinin qalibi olub

10 sentyabr, 09:52

MDU-da fəaliyyətə başlayan yeni müəllimlərlə görüş keçirilib

10 sentyabr, 09:50

Xeyirxahlıq təcəssümünə çevrilən məktəb: Houbada şagirdlər Azərbaycanın yardımını minnətdarlıqla xatırlayırlar

10 sentyabr, 09:37

Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasına seçmə imtahanı keçirilib

10 sentyabr, 09:22

Tələbələr yay düşərgəsində bir araya gəliblər  

10 sentyabr, 08:45

Kolleclərə əlavə yerləşdirmə üzrə qeydiyyat başladı

9 sentyabr, 18:46

“Huawei” ADNSU tələbələri üçün beynəlxalq müsabiqədə iştirak imkanı yaradıb

9 sentyabr, 18:37

NDU-nun rektoru beynəlxalq təqaüd proqramının qalibləri ilə görüşüb

9 sentyabr, 18:05

MİQ müsahibələri ilə bağlı apellyasiyanın nəticələri açıqlanıb

9 sentyabr, 17:33

Özbəkistan 12 illik təhsil modelinə keçməyə hazırlaşır

9 sentyabr, 17:19

ADNSU-da beynəlxalq səviyyəli yeni tədris proqramı təqdim olunur

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.