Bütün xəbərlər
30 iyun, 10:48

Elə uşaqlar var ki, çevik zəkası, yorulmaz enerjisi ilə erkən yaşlarından ətrafdakıların diqqətini çəkməyi bacarırlar. İstedadı, çalışqanlığı və öyrənməyə sonsuz həvəsi ilə seçilən bu uşaqlar gələcəyin uğurlu insanlarına çevriləcəyini elə ilk andan hiss etdirirlər. Nilufər də məhz belə balacalarımızdandır. Onun hekayəsi bizə göstərir ki, məqsədli şəkildə, əzmkarlıq və sevgi ilə çalışanlar üçün heç bir uğur təsadüfi deyil.

Nilufər Sərdarova Bakı şəhəri 263 nömrəli tam orta məktəbinin 2-ci sinif şagirdidir. O, artıq kiçik yaşlarından fərqli dilləri öyrənməyə maraq göstərir, bu maraq isə onun dünyaya baxışını daha da genişləndirir. Lakin Nilufərin təkcə akademik maraqları deyil, idman və yaradıcılıq sahəsində də uğurları var.

2024-cü il Nilufərin idmanda ilk ciddi uğurunu qeyd etdiyi tarix olub. O, "Açıq şəhər birinciliyi üzrə" keçirilən üzgüçülük yarışında sərbəst üsul üzrə layiqli mübarizə apararaq 2-ci yerin sahibi olub. Bu nəticə təkcə onun güc və texnikasının deyil, eyni zamanda iradəsinin və əzmkarlığının göstəricisidir.

Bu il isə onun yaradıcılıq və incəsənət sahəsində özünü göstərdiyi il kimi yadda qalıb. Nilufər 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş rəsm müsabiqəsində rənglərin dili ilə duyğularını ifadə edərək 1-ci yerin qalibi olub. Bu qalibiyyət onun estetik zövqünün və incə dünyagörüşünün parlaq sübutudur.

Nilufərin nailiyyətləri bununla da bitmir. O, bu ilin 22 iyununda keçirilən "Yay kuboku"na həsr olunmuş Gimnastika üzrə açıq çempionatında isə Nilufər yenidən özünü sınayıb və burada da yüksək nəticə göstərərək 2-ci yerə layiq görülüb.

Böyük arzular və məqsədyönlü zəhmət kiçik yaşdan insanı irəli aparır. Nilufərin hekayəsi də bunun canlı sübutudur.

Hələ qarşıda onu gözləyən fəth edəcəyi çoxlu zirvələr, qalib olacağı neçə-neçə yarışlar, medal kolleksiyasına əlavə edəcəyi uğurlar var. O, indidən böyük həvəs və inamla, addım-addım öz uğur yolunu qurur.

Qaliblər də məhz uğur, iradə və zəhmətin birləşdiyi yerdə doğulurlar.

Amma bu, hələ başlanğıcdır…

Şərhlər

Xəbər lenti

1 avqust, 19:53

BDU və Yerusəlim İbrani Universiteti birgə ikili diplom proqramına qəbul elan edir

1 avqust, 19:48

BDU “Ərəb dili ayı”nın açılış həftəsinə ev sahibliyi edəcək

1 avqust, 19:32

Türkiyənin Azərbaycandakı səfiri BDU-da olub

1 avqust, 17:57

Avropada tam ştatlı məcburi təhsildə tövsiyə edilən illik tədris müddəti 2024/2025

1 avqust, 17:43

Yaşlıların təhsili üzrə tendensiyalar

1 avqust, 17:03

Kimyanı sevdirən müəllimlər: Onlar buna necə nail olurlar?

1 avqust, 16:37

“NEQSOL Holding” ”Parla"ya görə beynəlxalq mükafat aldı

1 avqust, 16:05

“Maarifçi”lər üçün “Rifah strategiyaları: sağlam və effektiv həyat tərzi” təlimi keçirilib

1 avqust, 15:57

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

1 avqust, 15:45

Emin Əmrullayev Ukraynanın ölkəmizdəki səfiri ilə görüşüb

1 avqust, 15:34

Gümüş medal, yüksək ballar və fərqlənmə attestatları – 90 yaşlı məktəbin uğurları 

1 avqust, 14:23

Nadir Məmmədli: Süni intellektlə əldə etdiyimiz sözlərin hamısı lüğətə daxil edilməyəcək

1 avqust, 13:19

Ali Məhkəmə işdən çıxarılan direktorun iddiasını təmin etməyib

1 avqust, 12:59

Strategiya müzakirələri başladı: Peşə təhsilində dəyişikliklər gündəmdə

1 avqust, 12:34

Bakıdan Salyana dərs keçməyə gedən müəllim: Sinifdə bütün problemlərimi unuduram

1 avqust, 12:32

Sabahın hava proqnozu açıqlanıb

1 avqust, 11:18

İxtisasını özün necə düzgün seçə bilərsən? – Ekspert açıqlayır 

1 avqust, 10:27

Qobustanda peşə təhsili müəssisəsi fəaliyyətə başlayacaq

1 avqust, 10:18

Magistrlər üçün təhsil krediti: Bal tələbi varmı?

1 avqust, 10:04

Magistraturaya elektron sənəd qəbulunun vaxtı uzadıldı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.