Bütün xəbərlər
18 yanvar, 10:20

Rövşən Məmmədov: “Jurnalistikaya daxil olanda ağlamışam. Çünki hüquqşünas olmaq istəyirdim. Amma bu gün öz sənətimin deyərdim ki, pik nöqtəsindəyəm”.

“Məktəbdə...” layihəsinin növbəti görüşü paytaxtdakı 49 nömrəli “İntellekt” məktəb-liseyində keçirildi. 

“Azərbaycan müəllimi” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan və informasiya dəstəyi “Kaspi” qəzeti olan layihənin qonağı “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) sədri Rövşən Məmmədov oldu. 

“Bir anlıq özümü məktəbli kimi hiss edirəm”

“Sizin əhatənizdə bir anlıq özümü məktəbli kimi hiss edirəm. Bu, mənim üçün şərəfdir”, - deyə Rövşən Məmmədov orta təhsilini Sumqayıtda aldığını söylədi: “Sonra universitetin jurnalistika fakültəsinə daxil olmuşam. Jurnalistikaya daxil olanda ağlamışam. Çünki hüquqşünas olmaq istəyirdim. Amma bu gün öz sənətimin deyərdim ki, pik nöqtəsindəyəm. Bir sənətkar balası sıravi jurnalistikadan Azərbaycan Dövlət Televiziyasının sədri vəzifəsinə qədər yüksəldi. Buna görə təbii ki, Allahıma və bir də bu şəraiti yaradan Cənab Prezidentimə minnətdaram. Mən hazırda Dövlət İdarəçilik Akademiyasında müəllim kimi də çalışıram.

Hər dərs mənə nə isə öyrədir. İnsan ömür boyu öyrənməlidir. Həyatda uğur qazanmaq üçün nəzəri biliklərlə yanaşı, praktik bacarıqlara da yiyələnmək zəruridir. Mənim üçün praktika həmişə önəmlidir. 46 yaşım var. Atam sənətkar olub. Sizin yaşınızda olanda onunla çalışmışam. İlk maaşımı da atam verib. Uşaqlıqdan əməyi sevmişəm”.

Qonaq hekayəsinə davam etdi: “Bir insan öz arzusunun pik nöqtəsinə necə çata bilər? Həyatda layiqli vətəndaş olmaq, maddi və mənəvi baxımdan kamilliyə çatmaq üçün hansı addımları atmaq lazımdır suallarına cavab verə bilməlisiniz. Bunun üçün bir neçə mərhələ var. İlk növbədə siz kimsiniz, bacarığınız, qabiliyyətiniz hara qədərdir, hansı dilləri bilirsiniz, hansı kitabları oxumusunuz, bunları müəyyənləşdirməlisiniz. Növbəti mərhələdə fiziki, psixoloji, mənəvi, əqli, intellektual hazırlığınıza diqqət yetirməlisiniz. Fiziki hazırlıq çox önəmlidir. Çünki sizi həyatda tək xoş sözlər gözləmir. Sizi “həyat” adlı müəllim də gözləyir. O, çox qəddardır. Onunla görüşə hazırsınızmı? O, sizin məktəb müəllimlərinizdən fərqlənir. Sizi döyür, danlayır, sınağa çəkir, sonra öyrədir. Həyatda hər şey şirin olmur”. 

“Kim zərərli vərdişlərin aludəçisidirsə...” 

R.Məmmədov qeyd etdi ki, güclü xarakterin formalaşmasında mənəvi-psixoloji amillərin rolu  önəmlidir: “Kim zərərli vərdişlərin aludəçisidirsə, fiziki baxımdan zəifdir. İdman sizə təkcə güc deyil, həm də mübarizlik xarakteri verir. Həyat döyüşməyi, mübarizləri sevir”. AzTV sədri psixoloji hazırlığın vacibliyini belə izah etdi: “Sizə “bu yolu gedə bilməyəcəksən”, “bu uğuru əldə edə bilməyəcəksən, səndə alınmayacaq” deyə mane olanlara əhəmiyyət verməyin. Öz yolunuzu gedin. Həyat uğur qazananlarındır. Uğur qazananları isə çox adam sevmir. Çünki bəyənməyənlərin o bacarıqları yoxdur. Məqsəd sağlamdırsa, hədəfinizə çatacaqsınız”. 

“Akademiklər var ki, efirdə fikirlərini ifadə edə bilmirlər” 

AzTV sədri bildirdi ki, həyatda uğur qazanmağın vacib şərtlərindən biri də öz Ana dilini səlis bilmək, fikirlərini düzgün ifadə etməkdir: “Əgər Azərbaycan dilini səlis bilirsinizsə, fikirlərinizi dəqiq ifadə etməkdə çətinlik çəkmirsinizsə, uğur qazanmaqda çətinlik çəkməyəcəksiniz. Bunu mütaliə etməklə əldə etmək olar. Başqa dilləri - ingilis, alman, italyan, rus dillərini bilmək öz yerində, amma ilk növbədə Ana dilinizi bilməlisiniz. Mən rus və ingilis dillərində kitablar oxuyuram ki, bu dilləri daha yaxşı öyrənim, amma ilk növbədə öz ana dilimdir. Akademiklər var ki, efirə dəvət edəndə öz fikirlərini ifadə edə bilmirlər. Çünki nitqləri üzərində işləməyiblər”.

R.Məmmədov “nitqinizi formalaşdırmaq üçün daim öz üzərinizdə işləyin. Əvvəlcə çətin olacaq, amma sonra istədiyinizə nail olacaqsınız”, - deyə məktəblilərə nitqlərinin formalaşması ilə bağlı praktika da keçdi: “Kral danışır” bioqrafik filmini izləyin. O filmdə bir fikir var: “Asta danışıq sürətli danışıqdan daha inamlıdır”. Fikirlərinizi ifadə edəndə heç vaxt tələsməyin”. 

Televiziya sosial şəbəkələrə uduzur

R.Məmmədov efirlərdə yayımlanan bayağı verilişlər, qeyri-peşəkar aparıcılarla bağlı mövzulara da toxundu: “Biz istəyirik ki, insanlar AzTV-yə baxsınlar. Burada 2000-ə yaxın insan çalışır. Biz həm də dövlətin verdiyi vəsaitdən əlavə də pul qazanmaq istəyirik. Hazırda auditoriyanın çoxu sosial şəbəkələrdədir. Bu gün televiziyanın sosial şəbəkə adlı bir rəqibi var. Bu problem təkcə Azərbaycanda deyil. Biz sosial şəbəkələrə uduzuruq. Çünki o platformalarda çərçivə yoxdur. Bizdə isə çərçivələr mövcuddur. Bizim konkret ideologiyamız var. Biz döyüşürük. Biz Azərbaycan dilinin saflığını qoruyuruq.

Düzdür, bayağı müğənnilər və verilişlər bəzi efirləri başına alıb. O telekanallara reytinq lazımdır. Özəl telekanalların işinə müdaxilə edəndə “bəs biz necə dolanaq”, “400-500 işçinin əmək haqqını necə verək” deyirlər. Ona görə də bayağı verilişlər meydana çıxır. Azərbaycanda Audiovizual Şura fəaliyyət göstərir və telekanalların yayımına nəzarət var. Bu nəzarət olmasa, daha betər olar...”

R.Məmmədov efirlərin qeyri-peşəkar aparıcı probleminə də münasibət bildirərək bütün sahələrdə qeyri-peşəkarların olduğunu dedi: “Eləcə də jurnalistikada qeyri-peşəkarlıq baxımından çox səbəb axtarmaq olar. Burada məktəbin, müəllimin, valideynin səhvləri var. AzTV-nin Teleradio Akademiyasında gənclərə altı ay pulsuz dərs keçilir. İmtahan edib yoxladıqdan sonra onlardan işə götürdüklərimiz olur. Biz yaxşı jurnalist axtarışındayıq”.

R.Məmmədov insanların sosial şəbəkələrə marağına da toxundu: “Bu günlərdə bir neçə TikToker tutuldu. İnsanlar onların paylaşımlarını daha çox “layk” edir, onlara daha çox baxırlar. Bu platformalar ucuz şoulara, təhqirlərə, bayağı mövzulara meyl edir.  Ancaq siz də bilin ki, ciddi kontent telekanallarda, kitablardadır. Ona görə daha çox mütaliə edin, biliklərə yiyələnin”.

Şərhlər

Xəbər lenti

15 sentyabr, 17:32

Ağcabədi və Ağdam rayonlarında yeni məktəb binaları istifadəyə verilib

15 sentyabr, 17:21

Cənubda 2 yeni məktəb binası istifadəyə verilib

15 sentyabr, 17:20

Bir valideynin “Bilik günü”

15 sentyabr, 16:56

NDU-da yeniliklər: ingilisdilli bağça, imtahan mərkəzi, tibb kampusu açılacaq

15 sentyabr, 16:50

“Danışır təcrübə” layihəsinin budəfəki qonağı professor Rafiq Əliyev olub

15 sentyabr, 16:24

Nazir: Muxtar respublikada bütün məktəblər yeni tədris ilinə hazırdır

15 sentyabr, 16:06

Prezident: Xankəndi tələbələr şəhəri olacaq

15 sentyabr, 16:03

İş yerini qarşılıqlı dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

15 sentyabr, 16:00

Elm və təhsil naziri Xıdırlı kənd tam orta məktəbində olub

15 sentyabr, 15:57

İlham Əliyev Xocalıda bir neçə kəndin sakinləri ilə görüşüb

15 sentyabr, 15:56

Şirvan və Biləsuvarda məktəb açılışları olub

15 sentyabr, 15:54

Göyçay rayonu Qarabaqqal kənd məktəbinin açılışı olub

15 sentyabr, 15:50

BSU-nun təqaüd qalibləri beynəlxalq mübadilə imkanı qazanıblar

15 sentyabr, 15:28

Mingəçevir Dövlət Universitetində “Bilik günü” tədbiri keçirilib  

15 sentyabr, 15:10

Nazir müavini Saray qəsəbəsi 1 nömrəli tam orta məktəbdə “Bilik günü”ndə iştirak edib

15 sentyabr, 14:48

Rektor: MDU-da 20 tələbəyə birdəfəlik təqaüd ayrılıb

15 sentyabr, 14:40

“NEQSOL Holding” məktəb tikdi, görməyə valideynlər də gəldi – REPORTAJ

15 sentyabr, 13:47

Yenilənən Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə “Bilik günü” qeyd olunub – FOTOLAR

15 sentyabr, 13:15

Somali vətəndaşları ilk dəfə HTP çərçivəsində Azərbaycanda təhsil alacaqlar

15 sentyabr, 13:08

ARTİ “Dərsdinləmə vərəqi”nin nümunəsini təqdim edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.