
“Biz ölkədə təhsil və insan resurslarının inkişafını məzun və tələbələrin yaratdıqları iqtisadi təsir, o cümlədən formalaşdırdıqları startaplar və əldə etdikləri kapital əsasında qiymətləndiririk”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirlər İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov tərəfindən “INMerge” İnnovasiya Sammiti çərçivəsində təşkil olunan “Təhsil və Sənayenin Qovşağında: 4-cü Sənaye İnqilabı üçün Gələcək İstedadların Hazırlanması” panelində səsləndirib.
F.Osmanov həmçinin əlavə edib ki, İRİA yalnız yerli akademik və təhsil müəssisələri ilə deyil, o cümlədən beynəlxalq tərəfdaşlarla da sıx əməkdaşlıq edir.
O vurğulayıb ki, İRİA-nın demək olar ki, bütün beynəlxalq akademik institutlarla tədris proqramları, startap təşəbbüsləri və inkubasiya proqramları üzrə əməkdaşlıq təcrübəsi var. O, “Hire and Training” programının əhəmiyyətini və iştirakçılara yaratdığı real təcrübə imkanını xüsusi olaraq vurğulayıb.
F.Osmanov son üç il ərzində əldə olunan konkret nəticələri də qeyd edib. Belə ki, İRİA-nın proqramlarından məzun olan 10 000 nəfərin 78%-i iş həyatına başlayıb.
Cəvahir Əmrahova
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər