
""Rəqəmsal bacarıqlar" layihəsi artıq yarım milyon şagirdi əhatə edir".
“Azərbaycan müəllimi” xəbər verir ki, bu sözləri bu gün Bakıda “PAŞA Holdinq”in təşkilatçılığı ilə keçirilən beynəlxalq “INMerge" İnnovasiya Sammitində “Təhsil-sahibkarlıq boru kəməri: biliyin milli inkişafa çevrilməsi” mövzusunda keçirilən panel müzakirəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, Azərbaycanda rəqəmsal bacarıqların tədrisinə artıq orta məktəbin ilk illərindən başlanılır:
“Proqram əsasən, 6-cı sinifdən, yəni uşaqlar 11 yaşına çatanda start götürür. Erkən başlayanlar da var, amma əsasən orta məktəb səviyyəsindən genişlənib".
Nazir əlavə edib ki, bir neçə min şagirdlə başlayan bu təşəbbüs bu gün artıq yarım milyon şagirdi əhatə edir:
“Birinci sinifdən etibarən ən sadə rəqəmsal bacarıqlardan başlayırıq, indi isə “Python” kimi daha mürəkkəb proqramlaşdırma dillərinə keçirik. Proses nəticəsində hazırda minimum 60-70% şagird bu rəqəmsal bacarıqları mənimsəyir və bu, ölkənin gələcək texnoloji inkişafı üçün mühüm baza yaradır", – deyə nazir bildirib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər