.jpeg)
“Əsas məsələ yalnız bilik əldə etmək deyil, həm də həmin biliklərin ölkənin milli inkişafına çevrilməsi prosesidir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu sözləri bu gün Bakıda “PAŞA Holdinq”in təşkilatçılığı ilə keçirilən beynəlxalq “INMerge" İnnovasiya Sammitində (INMerge Innovation Summit 2025) “Təhsil-sahibkarlıq boru kəməri: Biliyin milli inkişafa çevrilməsi” mövzusunda təşkil edilmiş panel müzakirə zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir qeyd edib ki, innovasiya və sahibkarlıq yalnız proqramlarla məhdudlaşmamalıdır, bunun mədəniyyət və təhsil sistemi ilə dərin bağlılığı vardır. “Biz, ilk növbədə, yanlış yanaşmalardan uzaq durmalı, düzgün metodları müəyyən etməliyik. Təhsil sahəsində innovasiya yalnız məktəblərə deyil, həm də geniş ictimaiyyətə təsir etməlidir”, – deyə o vurğulayıb.
Emin Əmrullayev əlavə edib ki, ölkədə innovasiya mühiti yalnız texnologiya və proqramlar ilə qurulmur, eyni zamanda gələcək nəsillərin yetişdirilməsi və cəmiyyətin ümumi inkişafına töhfə verəcək mədəniyyətin formalaşdırılması ilə bağlıdır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər