
"Səhvlərdən öyrənmək və açıq müzakirə vacibdir. Dəyişimin ən mühüm şərtlərindən biri insanların münasibətlərinin dəyişməsidir".
“Azərbaycan müəllimi” xəbər verir ki, bu sözləri bu gün Bakıda “PAŞA Holdinq”in təşkilatçılığı ilə keçirilən beynəlxalq “INMerge İnnovasiya Sammiti 2025”-də “Təhsil-Sahibkarlıq boru kəməri: Biliyin milli inkişafa çevrilməsi” mövzusunda keçirilən panel müzakirəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, səhvlərə qarşı daha tolerant olmaq, uğursuzluqlardan dərs çıxarmağı öyrənmək, səhv etməkdən qorxmamaq cəmiyyətin inkişafı üçün əsas mədəni dönüşü təmin edir:
“Daha çox sevmək, səhvlərə meyilli olmaq, səhvlərdən və uğursuzluqlardan öyrənmək, uğursuzluqdan qorxmamaq – bunlar sadə görünür, amma əslində dərin mədəni dəyişiklik tələb edir".
O qeyd edib ki, riyaziyyatda, elmdə istedadlı insanlar həmişə olacaq, amma onların bu “daxili mədəniyyət”ə sahib olmaması inkişafı məhdudlaşdıra bilər.
“Sadə bir nümunə – satış mədəniyyəti. Bizdə nəyisə kiməsə satmaq çox vaxt bir qədər utancverici qəbul edilir. Halbuki qədim şəhərdə güclü ticarət ənənəmiz var. Mədəniyyətin bu cür tərəfləri barədə açıq danışmaq və onları qəbul etmək vacibdir".
Nazir vurğulayıb ki, mədəniyyət dəyişdirilə bilən bir dərs deyil, bu proses yalnız açıq müzakirə və zamanla formalaşan dəyərlərlə mümkündür.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər