
“Süni intellekt sahəsi yeni strategiyada ayrıca bir bənd kimi yer alacaq”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev bu gün jurnalistlərə açıqlaması zamanı deyib .
O əlavə edib ki, 2027–2030-cu illəri əhatə edəcək strateji sənəddə süni intellektin təhsil müəssisələrində tətbiqi xüsusi olaraq vurğulanacaq.
Nazirin sözlərinə görə, hazırda həyata keçirilən “Rəqəmsal məktəb” layihəsi çərçivəsində də bu istiqamətdə işlər aparılır:
“Xüsusilə Azərbaycan tarixi və Azərbaycan dili kimi fənlər üzrə çatbotun hazırlanması üzərində çalışırıq. Bu sistem şagirdlərin suallarına cavab verə biləcək şəkildə qurulacaq və ilin sonuna qədər təqdim ediləcək. Bu addımlar təhsildə keyfiyyətin artırılması və şagirdlərə fərdi yanaşmanın təmin olunmasına xidmət edir”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər