
Dünya Meteorologiya Təşkilatının (WMO) Ozon Bülleteni 2024-cü ildə ozon qatında aşağı səviyyəli deşilmənin müşahidə edildiyini, lakin uzunmüddətli tendensiyanın beynəlxalq səylər nəticəsində azaldığını bildirib.
“Azərbaycan müəllimi” xəbər verir ki, bülleten Ümumdünya Ozon Günü (16 sentyabr) və Vyana Konvensiyasının 40 illiyi münasibətilə dərc olunub. BMT Baş katibi Antonio Quterreş vurğulayıb ki, ölkələrin elmin xəbərdarlıqlarına əsaslanaraq atdığı addımlar nəticəsində ozon qatı bərpa olunur və bu, çoxtərəfli əməkdaşlığın uğurlu nümunəsidir.
Montreal Protokolu sayəsində ozon qatını dağıdan maddələrin 99%-dən çoxunun istehsalı dayandırılıb. Bu prosesin nəticəsində ozon qatının 1980-ci illərin səviyyəsinə bu əsrin ortalarınadək qayıdacağı gözlənilir.
WMO-nun Baş katibi Seleste Saulo qeyd edib ki, ozonun mühafizəsi üzrə aparılan elmi-tədqiqatlar beynəlxalq əməkdaşlıq və açıq məlumat mübadiləsinə əsaslanır: “Bu, dünyanın ən uğurlu ekoloji razılaşmalarından biridir”.
Mütəxəssislər bildirirlər ki, ozon qatının qorunması sağlamlıq, ekosistem və kənd təsərrüfatı baxımından mühüm nəticələr verərək BMT-nin davamlı inkişaf məqsədlərinə də töhfə verir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər