
Abdurahman Khamidullayev Özbəkistan Respublikasının Daşkənd Maliyyə İdarəçiliyi və Texnologiyaları üzrə Beynəlxalq Universitetinin (TİFT) “İnformasiya texnologiyaları” ixtisasının 3-cü kurs tələbəsidir. Hazırda mübadilə proqramı çərçivəsində Bakı Mühəndislik Universitetində (BMU) təhsil alır.
Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib.
Mübadilə proqramının akademik və şəxsi inkişafında əvəzsiz rol oynadığını deyən özbəkistanlı tələbə BMU-dakı güclü akademik mühitin, təcrübə proqramları və müxtəlif layihələrin ona arzu etdiyi təhsili almağına imkan verdiyini söyləyir: “BMU-da müasir ixtisaslarda özünü inkişaf etdirmək üçün hər cür şərait yaradılıb. Tələbələr yalnız nəzəri biliklər qazanmır, eyni zamanda müxtəlif proqramlar və layihələrdə iştirak edə bilirlər”.
Abdurahman Khamidullayev BMU-da əcnəbi tələbələrə göstərilən diqqətdən də razılıqla danışır: “Xarici tələbə kimi biz burada olduqca rahatıq. Özümüzü həqiqətən qardaş ölkədə, doğma evimizdə hiss edirik. Azərbaycan ilə Özbəkistan mədəniyyəti və insanları arasında çox oxşarlıqlar var. Ənənələrimiz türk xalqlarını birləşdirir. Sizin insanlar çox mehriban, şən və qonaqpərvərdirlər”.
BMU-nun əcnəbi tələbəsi universitetdəki gündəlik həyatını isə belə anladır: “Burada həyatım çox maraqlı keçir. Səhər dərslərə gedirəm. Tədris prosesində qazandığım bilikləri möhkəmləndirirəm. Sonra yataqxanaya qayıdıb nahar edirəm. Günün sonunda isə dostlarımla stolüstü tennis oynayır, oturub söhbət edir və ölkələrimiz haqqında danışırıq. Asudə vaxtlarımda Azərbaycanın tarixi məkanlarını, gözəl yerlərini gəzib görməyə çalışıram”.
BMU-da təhsil almağı hər bir xarici ölkə vətəndaşına tövsiyə edən özbəkistanlı tələbə bildirir ki, burada təhsil almaq yeni həyata başlamaq üçün gözəl təcrübə və fürsətdir: “Müəllimlər dərsləri çox aydın izah edirlər, tələbələr isə mehribandır və bir-birlərinə yeni keçilən mövzuları öyrənməkdə kömək edirlər. Bütövlükdə isə Azərbaycan təhsil sistemini yüksək dəyərləndirirəm”.
Abdurahmanın gələcəkdə magistratura təhsili almaq və s. hədəfləri var. İstəyir ki, BMU-nun magistratura proqramlarında təhsilinə davam etsin. Həmçinin Bakıdakı şirkətlərdə təcrübələrə başlamağı planlaşdırır. Ən böyük arzusu isə “Meta” şirkətində işləməkdir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər