
“Hazırda İtaliya-Azərbaycan Universitetində yeni fakültələrin yaradılması planlaşdırılmır. Bununla belə, mövcud fakültələr çərçivəsində yeni ixtisasların açılması istiqamətində işlər davam etdirilir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Təhsil TV-yə müsahibəsində ADA Universitetinin akademik məsələlər üzrə prorektoru Elkin Nurməmmədov məlumat verib.
Prorektor bildirib ki, Dizayn və memarlıq fakültəsində fəaliyyət göstərən “İnteryer dizaynı” və “Memarlıq” ixtisaslarına əlavə olaraq, artıq “Şəhərsalma” və “Kommunikasiya dizaynı” ixtisasları da tədris planına daxil edilib. Gələcəkdə bu istiqamətdə “Məhsul dizaynı” ixtisasının, magistratura səviyyəsində isə “Landşaft dizaynı” proqramının açılması nəzərdə tutulur.
Elkin Nurməmmədovun sözlərinə görə, universitetin digər fakültələrində də yeni ixtisasların yaradılması istiqamətində müvafiq işlər aparılır və bu proses mərhələli şəkildə həyata keçiriləcək.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər