
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Nəqliyyat və logistika kafedrasında növbəti elmi seminar keçirilib.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, kafedranın baş müəllimi Bulud Bağırov “Klinker kərpicinin ultradispers əlavələrlə modifikasiyası” mövzusunda geniş təqdimatla çıxış edib. Tədqiqatın əsas məqsədi yerli polimineral gillər və alümosilikat tərkibli ultradispers əlavələr əsasında klinker kərpicinin şixta tərkibi, alınma texnologiyasının işlənməsi və xassələrinin tədqiqi olub.
Məruzəçi Bulud Bağırov tədqiqat işində ilk dəfə yerli asanəriyən gillər və alümosilikat tərkibli ultradispers əlavələr əsasında yüksək texniki xassələrə malik klinker kərpici alınmasının texnoloji prinsipləri və keramik materialın quruluşunun formalaşmasının qanunauyğunluğu müəyyən edib.
Tədqiqat nəticəsində əldə olunan klinker kərpicləri Xırdalan şəhərində yerləşən “Keramika və dulusçuluq” fabrikində istehsalat şəraitində sınaqdan keçirilib. Aparılan təcrübələr göstərib ki, yeni texnologiyanın tətbiqi ilə istehsal olunan klinker kərpicləri ГОСТ 32311-2012 standartlarının tələblərinə tam cavab verir və yüksək dayanıqlılıq nümayiş etdirir. Bundan əlavə, təhlillər göstərib ki, bu texnologiya ilə əldə edilən klinker kərpiclərinin istehsal xərcləri xaricdən idxal olunan analoji məhsullarla müqayisədə iki dəfə daha aşağıdır, bu da yerli inşaat sektorunda iqtisadi cəhətdən səmərəli alternativ yaradır.
Seminar sual-cavab sessiyası ilə davam edib, iştirakçılar klinker kərpicinin tərkibinin modifikasiyası, onun fiziki-mexaniki xassələrinin yaxşılaşdırılması və yerli istehsal potensialı barədə geniş fikir mübadiləsi aparıblar.
Sonda dissertasiya işi müvafiq elmi tələblərə uyğun hesab olunub və müdafiə uğurla yekunlaşıb.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər