Bütün xəbərlər
15 mart, 11:35

Martın 14-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) distant Çin dili üzrə tədrisin növbəti mərhələsinin açılışı keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva, Çin Xalq Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao, universitetin müəllim və tələbələri iştirak ediblər.

Tədbirin açılışında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov qonaqları salamlayaraq, tələbələr adından Leyla Əliyeva və Arzu Əliyevaya təşəkkürünü bildirib.

Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao çıxışında Azərbaycanla Çin arasında münasibətlərin hər sahədə uğurla inkişaf etdiyini vurğulayıb.

“Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində Çin dili distant tədris mərkəzinin açılışında iştirak etməkdən böyük məmnunluq duyuram. Çin Xalq Respublikasının Sədri Si Cinpin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Çin-Azərbaycan əlaqələri sürətlə inkişaf etməkdədir. Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Azərbaycan Dillər Universiteti nəzdində Konfutsi İnstitutu çərçivəsində distant Çin dili kursları 2019-cu ildən etibarən fəaliyyətə başlayıb. Bu günə qədər 500-dən çox tələbə bu kurslarda iştirak edib. Heydər Əliyev Fondu bu 7 il ərzində milli ruhun qorunmasında və iqtisadi-sosial inkişafda əvəzsiz rol oynayıb, Azərbaycanın qürurverici vizit kartına çevrilib. Fond Çinin Azərbaycandakı səfirliyi ilə sıx əməkdaşlıq edir və hər iki xalqın rifahının yaxşılaşdırılmasına yönəlmiş layihələr həyata keçirir. Eyni zamanda, iki ölkə arasında strateji əməkdaşlığa mühüm töhfələr verib”, - deyə Din Tao əlavə edib.

Sonra o, iştirakçıları Novruz bayramı münasibətilə təbrik edib.

Daha sonra tədbirə virtual formatda qoşulan Pekin Xarici Dillər Universitetinin (PXDU) Asiya fakültəsi Azərbaycan dili kafedrasının müdiri, konfransın təşəbbüskarı və sədri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev bildirib ki, Çin dili distant tədris mərkəzi illər əvvəl fəaliyyətə başlayıb. “Leyla Əliyevanın bu gün Çin dili distant kurslarının açılışında şəxsən iştirak etməsi hamı üçün böyük motivasiyadır. Özüm və tələbələrim adından sizə böyük minnətdarlığımı bildirirəm. Əgər 5 il əvvəl kurslara qoşulan tələbələr bu kurslara bir hobbi kimi baxırdısa, bu gün artıq akademik biliklər və karyeralarında inkişaf üçün bu dərsləri hədəf kimi görən tələbələrin sayı artmaqdadır. Azərbaycanda Çin dili, Çində isə Azərbaycan dilinə maraq ildən-ilə artır”, - deyə o əlavə edib.

Çıxışlardan sonra Leyla Əliyeva və Arzu Əliyeva UNEC-in kitabxanasında təqdim edilən sərgi ilə tanış olublar. Həmçinin burada təqdim olunan Çin mədəniyyətinin nümunələrinə baxıblar.

Sonda tələbələr Leyla Əliyeva və Arzu Əliyevaya xoş arzularını ifadə edib və təşəkkürlərini çatdırıblar.

Qeyd edək ki, UNEC-də Çin dili üzrə distant tədris Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2019-cu ildən təşkil edilir.

Heydər Əliyev Fondu, UNEC, Azərbaycan Dillər Universitetinin (ADU) nəzdindəki Konfutsi İnstitutu və Pekin Xarici Dillər Universitetinin birgə tərəfdaşlığı ilə keçirilən tədris dil səviyyəsi başlanğıc və orta olmaqla hər mərhələ üzrə 3 ay davam edir.

Tədris zamanı Çində nəşr olunmuş dərsliklərdən istifadə edilir. Hər bir dərsin tərkib hissəsinə tələffüz qaydaları, yeni sözlər, mətn, qrammatika, dialoqlar, oxu təlimləri, tərcümə, heroqliflər üzrə çalışmalar daxildir. Bundan əlavə, mövzuya uyğun olaraq, tələbələrə Çin mədəniyyəti haqqında da geniş məlumatlar verilir.

Hazırda dərs proqramı digər illərlə müqayisədə daha da optimallaşdırılıb. Yeni dərs proqramı tamamilə HSK (Çin dili səviyyə imtahanı) yönümlüdür. Distant dərsləri uğurla bitirən tələbələr beynəlxalq Çin dili səviyyə imtahanında iştirak edə bilərlər.

1 /13

Şərhlər

Xəbər lenti

16 sentyabr, 10:25

Vəfa Yaqublu: “Artıq şagirdin gündəliyinə də ehtiyac qalmayacaq” 

16 sentyabr, 10:24

AzMİU və Atatürk Universitetinin birgə təşəbbüsü ilə qlobal dialoq qurulub

16 sentyabr, 10:18

Zərdabda müəllimin məktəbə yola düşən 6 övladı – FOTO

16 sentyabr, 10:07

Rektor: Bu il universitetdə əcnəbi tələbə qəbulunun coğrafiyası genişlənib

16 sentyabr, 09:56

Minimal bal toplaya bilməyən məzunun diplomuna görə universitet məsuliyyət daşıyır – Nazir

16 sentyabr, 09:55

MÜTDA: İş dəftərlərinin alınması heç bir halda məcburi xarakter daşımamalıdır

16 sentyabr, 09:51

Peşə təhsilində təhsilalanların köçürülməsi başlayıb

16 sentyabr, 09:50

Nazir: Böyük Qayıdış çərçivəsində fəaliyyət göstərən məktəblərdə hazırda müəllim çatışmazlığı yoxdur

16 sentyabr, 09:42

Emin Əmrullayev: Şagird sıxlığını azaltmaq üçün yeni məktəblər açılır, resursların istifadəsi optimallaşdırılır

16 sentyabr, 09:37

"Azad edilmiş ərazilərdə məktəblərin bərpası və köçkün məktəblərinin inteqrasiyası planlı şəkildə aparılır" - Nazir

16 sentyabr, 09:30

Nazir: Qarabağ Universiteti Xankəndidə elmi-tədqiqat və tələbə potensialını gücləndirir

16 sentyabr, 09:29

Müəllimlərin maaşlarına əlavələr edilməyə başlanılıb

16 sentyabr, 09:23

Direktorların işə qəbulu qaydalarının detalları AÇIQLANIB

15 sentyabr, 17:32

Ağcabədi və Ağdam rayonlarında yeni məktəb binaları istifadəyə verilib

15 sentyabr, 17:21

Cənubda 2 yeni məktəb binası istifadəyə verilib

15 sentyabr, 17:20

Bir valideynin “Bilik günü”

15 sentyabr, 17:11

ADNSU-da “Bilik günü” qeyd edilib

15 sentyabr, 16:56

NDU-da yeniliklər: ingilisdilli bağça, imtahan mərkəzi, tibb kampusu açılacaq

15 sentyabr, 16:50

“Danışır təcrübə” layihəsinin budəfəki qonağı professor Rafiq Əliyev olub

15 sentyabr, 16:24

Nazir: Muxtar respublikada bütün məktəblər yeni tədris ilinə hazırdır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.