Bütün xəbərlər
14 may, 12:14

Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən III “Maarifçi” tələbə-məzun təcrübə proqramına qəbulun ilkin mərhələsinin nəticələri elan olunub. 

“Azərbaycan müəllimi” xəbər verir ki, 3542 nəfərin iştirak etdiyi qeydiyyat prosesində müsabiqə şərtlərinə cavab verən 2037 namizəd test imtahanında iştirak şansı qazanıb. 

İmtahan 17 may saat 11:00-da “Microsoft Teams” platforması üzərindən onlayn formatda həyata keçiriləcək. Test imtahanında namizədlərə məntiq, dünyagörüşü, informasiya texnologiyaları, davranış səriştələrinin yoxlanılması üçün situasiya tipli mövzuları əhatə edən 60 sual təqdim olunacaq. İlkin mərhələdə seçdiyi sahəyə əsasən keçid balını toplayan namizədlər müsahibə mərhələsinə buraxılacaqlar. 

Qeyd edək ki, 4 ay davam edəcək “Maarifçi” proqramının məqsədi tələbə və yeni məzun olmuş gənclərə təcrübə imkanı yaratmaq, onların bilik və bacarıqlarını artırmaq, nəzəri biliklərini real iş mühitində tətbiq etmələrinə və peşəkar vərdişlər qazanmalarına dəstək olmaqdır. Seçilmiş iştirakçılar Elm və Təhsil Nazirliyinin müxtəlif struktur bölmələri və tabe qurumlarında, regional təhsil idarələrində, eləcə də Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində təcrübə keçmək imkanı əldə edəcəklər. 

Xatırladaq ki, I və II “Maarifçi” tələbə-məzun təcrübə proqramı çərçivəsində 24 iştirakçı Elm və Təhsil Nazirliyinin tabe qurumlarında, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində işlə təmin olunub.

1 /1

Şərhlər

Xəbər lenti

14 may, 18:02

Abşeronun iki məktəbində mülki müdafiə məşqləri keçirilib

14 may, 17:50

Monitorinqdə VI sinif şagirdlərinin bilikləri bu mövzular üzrə qiymətləndiriləcək

14 may, 17:47

Müəllimlərin fənlər üzrə sertifikatlaşdırmada iştirak qrafiki BƏLLİ OLDU

14 may, 17:35

ARTİ doktoranturaya qəbul elan edir

14 may, 17:25

ADNSU-nun startapı beynəlxalq sərgidə maraqla qarşılanıb

14 may, 16:42

Fuad Nəcəfli: Macarıstanla elm və təhsil sahəsində yaxşı əməkdaşlıq perspektivləri var

14 may, 16:34

Məktəblilər Beynəlxalq Riyaziyyat və İnformatika Olimpiadasında 6 medal qazandılar

14 may, 16:34

II və III ixtisas qrupları üzrə imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ

14 may, 16:00

Bu il 215 əcnəbi NDU-nun məzunu olacaq

14 may, 16:00

AzMİU və Ege Universiteti arasında elmi əməkdaşlıq seminarı keçirilib

14 may, 15:59

“Milli Proqram” çərçivəsində növbəti 7500 nəfər təlimlərə başlayıb

14 may, 15:51

ADNSU-da Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda infosessiya keçirilib

14 may, 15:45

Uşaqlar niyə yalan danışırlar?

14 may, 15:28

Monitorinqlərlə bağlı tez-tez verilən SUALLARA CAVAB

14 may, 15:21

Azərbaycan nümayəndə heyəti PISA-nın iclasında iştirak edib

14 may, 15:00

Təqdimat bacarığı: Şagirdlər Heydər Əliyevi necə təqdim etdilər?

14 may, 14:53

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

14 may, 14:25

Sabaha olan hava proqnozu açıqlanıb 

14 may, 13:31

“Astronomiya və astrofizikanın aktual problemləri” mövzusunda respublika konfransı keçiriləcək

14 may, 13:25

İş dünyasına açılan qapı: Tələbə və işəgötürənlər bir arada - REPORTAJ

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.