Bütün xəbərlər
18 mart, 16:00

Yeni təhsil proqramları ilə bağlı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Mədəniyyət ixtisasları üzrə İşçi qrupu tərəfindən magistratura səviyyəsində ixtisaslar üzrə ixtisaslaşmalar müəyyən edilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, bununla bağlı martın 17-də keçirilən iclasda müvafiq ali təhsil müəssisələrinin təmsilçiləri və əmək bazarının nümayəndələrinin iştirakı ilə iclas keçirilib.

Mədəniyyət ixtisasları üzrə İşçi Qrupunun həmsədrləri – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Ceyran Mahmudova və Azərbaycan Dövlət Akademik Milli Dram teatrının bədii rəhbəri Mehriban Ələkbərzadənin sədrliyi ilə keçirilən iclasda əmək bazarı nümayəndələrindən “Altun kitab” nəşrlər evinin direktoru Rafiq İsmayılov, “Nərimanfilm” kinostudiyasının baş direktoru Nəriman Məmmədov, Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının direktoru Elçin Abbasov, “Digital Media” MMC baş direktoru, “Mediamaster” MMC-nin təsisçisi Rüstəm Əliyev, H.Əliyev adına Sarayın direktoru İlham Qasımov, Bakı Media Mərkəzinin prodüsseri Fariz Əhmədov və “Yevlax TV” MMC-nin baş direktoru İqbal Məmmədəliyev iştirak ediblər.

Eyni zamanda, ADMİU-nun Tədris işləri üzrə prorektoru Nigar Rüstəmova, AMK-ın Elmi işlər üzrə prorektoru Lalə Hüseynova, ADRA-nın Tədris işləri üzrə prorektoru Afət Aslanova, BMA-nın Tədris işləri üzrə prorektoru Nərminə Quliyeva və başqa ali təhsil müəssisələrinin nümayəndələri təmsil olunublar.

Həmsədr Ceyran Mahmudova iştirakçıları salamlayaraq bildirib ki, yeni təhsil proqramlarının hazırlanması ilə bağlı olaraq magistratura səviyyəsində hər bir ixtisas və ixtisaslaşmalarla bağlı ayrıca iclaslar keçirilib, müvafiq ali təhsil müəssisələrinin nümayəndələrinin rəyləri dinlənilib və uzun müzakirələrdən sonra ortaq nəticələr əsasında Mədəniyyət ixtisasları üzrə İşçi qrupu tərəfindən magistratura səviyyəsində ixtisaslar üzrə ixtisaslaşmaların yekun versiyaları müəyyən edilib. Bu iclasda isə həmin ixtisaslaşmalar əmək bazarı nümayəndələrinə təqdim olunub və onların rəyi nəticəsində lazımi redaktələr aparılacaq.

İclasın gedişatında müvafiq ali təhsil müəssisələrinin və əmək bazarının nümayəndələrinin gərgin və geniş müzakirələri əsasında beynəlxalq təcrübəni və əmək bazarının müasir tələblərini nəzərə almaqla təkliflər hazırlanıblar.

Ölkəmiz üçün vacib və əhəmiyyətli olan ixtisaslaşmaların müəyyən edilməsi prosesi gənclərimizin geniş seçim imkanlarını təmin edəcək.

1 /6

Şərhlər

Xəbər lenti

9 may, 17:06

Riyaziyyat fənni üzrə RFO-nun qalibləri elan edildi

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

8 may, 14:28

Sertifikasiyaya hazırlaşan müəllimlər üçün metodika və pedaqogika mövzuları

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.