Azərbaycan Texniki Universitetinin (AzTU) (keçmiş Azərbaycan Politexnik İnstitutu) 1970-ci il məzunları ilə görüş keçirilib.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, görüş məzunların universiteti bitirməklərinin 55 illiyinə həsr olunub.
Toplantıda AzTU-nun rektoru Vilayət Vəliyev və Karyera və Məşğulluq Mərkəzinin müdiri Ülviyyə Rəsulova iştirak edib.
Qeyd olunub ki, görüş keçmiş Avtomatika və hesablama texnikası fakültəsinin elektron cihazlar ixtisasının qrup (665) nümayəndəsi Abil Əliyev tərəfindən təşkil olunub.
Rektor Vilayət Vəliyev AzTU ilə məzunlar arasında mövcud münasibətlərə diqqət çəkib. Bildirib ki, AzTU məzunları universitet üçün çox dəyərlidir və onlarla əlaqələr hər zaman davam etdiriləcək. Rektor AzTU-da məzunlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün həyata keçirilən layihələrdən danışıb.
Məzunlar isə öz növbəsində universitet illərindən xatırladıqları ən maraqlı hadisələri bölüşüblər.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)