Bütün xəbərlər
19 iyun, 15:03

Bu gün ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırma prosesini izləmək məqsədilə millət vəkilləri və ictimai xadimlər üçün infotur təşkil olunub.

“Azərbaycan müəllimi”nin xəbərinə görə, infotur çərçivəsində iştirakçılar imtahan prosesinin təşkili və gedişi ilə yaxından tanış olublar. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov tədbir iştirakçılarına sertifikatlaşdırma prosesinin məqsədi, əhəmiyyəti və mərhələləri barədə ətraflı məlumat verib.

Onun sözlərinə görə, hazırda sertifikatlaşdırma imtahanlarının ikinci günü keçirilir və bu proses şəffaflıq prinsipləri əsasında təşkil olunub. O qeyd edib ki, imtahanlara ictimai nəzarət təmin olunur, media və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı üçün imkanlar yaradılıb.

Agentliyin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli bildirib ki, imtahanlar ölkə üzrə vahid sistem vasitəsilə izlənilir. Bu sistem müasir texnoloji infrastrukturla təmin olunub və ədalətli, şəffaf və etibarlı imtahan mühiti yaradır. Onun sözlərinə görə, bütün müəllimlərə eyni suallar təqdim olunur və bu suallar yalnız məktəb proqramı əsasında hazırlanır. Bu da obyektiv və ədalətli qiymətləndirmə üçün imkan yaradır.

İnfotur iştirakçıları imtahan prosesini yerində izləyərək şəffaflığın və obyektivliyin təmin olunmasının şahidi olublar. İmtahandan sonra onlar müəllimlərlə söhbət edərək təəssüratlarını öyrəniblər. Müəllimlər imtahan suallarının dərs prosesində istifadə etdikləri mövzulara uyğun olduğunu, təşkilati məsələlərin isə yüksək səviyyədə qurulduğunu bildiriblər.

İnfoturun sonunda Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, MÜTDA-nın direktoru Eşqi Bağırov, MÜTDA və nazirlik əməkdaşları ilə millət vəkilləri arasında dəyirmi masa formatında görüş keçirilib. Görüşdə Aparat rəhbəri Mətin Kərimli bildirib ki, bu proses müəllimlərin ixtisas üzrə əsas kompetensiyalarını müəyyənləşdirməyə imkan verir. Onun fikrincə, tətbiq olunan mexanizm sağlam rəqabət mühiti formalaşdırır və müəllimlərin peşəkar inkişafına təkan verir: “Bu isə təhsilin keyfiyyətinə müsbət təsir göstərir. Ümumi mənzərə onu deməyə əsas verir ki, ictimaiyyət sertifikasiya prosesinin lehinədir”.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov qeyd edib ki, bu fəaliyyətlərin nəticəsi olaraq müəllimlərin əməkhaqqı artırılıb. O əlavə edib:
“Müəllim nüfuzunun artırılması olduqca vacib bir missiyadır. Bu istiqamətdə səylər davam etdirilməlidir. Sertifikasiya müəllimlərin peşəkarlığının və əməkhaqqının artımına səbəb olmaqla yanaşı, nüfuza da müsbət təsir göstərir”.

Millət vəkillərinin imtahan suallarının hazırlanması və əməkdar müəllimlərin iştirakı ilə bağlı suallarını cavablandıran Eşqi Bağırov bildirib ki, suallar asan, orta və çətin səviyyələrə bölünür və bu bölgü müəllimlərin bilik və bacarıqlarının daha dəqiq qiymətləndirilməsinə xidmət edir.

“Sertifikatlaşdırma müəllimlərin peşəkarlıq səviyyəsinin və peşəyə yararlılığının qiymətləndirilməsi məqsədi daşıyır. Suallar peşəkar mütəxəssislər tərəfindən hazırlanır və həmin şəxslər də özləri bu prosesi keçiblər. Onlar arasında aparıcı müəllimlərimiz, dərslik müəllifləri, eyni zamanda ölkədə uzun illər təşkil olunan imtahan proseslərində iştirak edən, təcrübəsi olan peşəkar mütəxəssislərdən ibarət bir komandadır”, – deyə Eşqi Bağırov qeyd edib.

O əlavə edib ki, əməkdar müəllimlər də imtahanda iştirak edib: “Sevindirici haldır ki, imtahanda iştirak edən əməkdar müəllimlər arasında kəsilən olmayıb və nəticələri yüksək olub.

Millət vəkillərinin sertifikasiyadan keçməyən müəllimlərin məşğulluğu ilə bağlı suallarına cavab olaraq bildirilib ki, indiyə qədər 1200 belə müəllim işlə təmin edilib.

Sonda millət vəkilləri sertifikatlaşdırma prosesini dəstəklədiklərini vurğulayıb, bu təhsil islahatına ictimai və siyasi dəstəyin vacibliyini qeyd ediblər.

Görüşdə, həmçinin elm və təhsil sahəsindəki aktual məsələlər, təhsil siyasətinin əsas istiqamətləri və müəllimlərin sertifikatlaşdırma imtahanlarının təşkili ilə bağlı fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib.

1 /4

Şərhlər

Xəbər lenti

15 iyul, 10:51

Aydın Qasımov: İki markerin qiyməti üst-üstə düşməzsə, sistem yazını üçüncü markerə ötürür

15 iyul, 10:00

“Dövlət Proqramı gənclər üçün çox böyük fürsətlər yaradır” – Harvard Biznes Məktəbinin məzunu

15 iyul, 09:45

Bu gündən tələbələrin köçürülməsinə başlanılır

15 iyul, 09:42

“WorldSkills Azerbaijan” elektronika üzrə milli yarışın qalibləri müəyyənləşib

15 iyul, 09:30

ADNSU-nun pedaqoji və inzibati heyəti ilə “TəhsilPlus” kartına dair müzakirə görüşü keçirilib

15 iyul, 09:27

ADNSU tələbəsi beynəlxalq uğura imza atıb

15 iyul, 09:20

“Süni intellekt elmi tədqiqatlarda” mövzusunda elmi seminar keçirilib

15 iyul, 09:18

ADNSU tələbələri Oksford Universitetində yay məktəbinə seçiliblər

14 iyul, 18:00

Uşağa kitab oxuyun

14 iyul, 17:20

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

14 iyul, 16:05

“Narkomaniyaya qarşı mübarizədə məktəbin rolu” mövzusunda seminar keçirilib

14 iyul, 16:02

BMU-da “Yay məktəbi”ndə tədris aparan koreyalı müəllimlərlə görüş olub

14 iyul, 15:45

Bu günədək 119 mindən çox uşağın birinci sinfə qəbulu tamamlanıb

14 iyul, 15:28

Azərbaycanda ötənilki qəbul və buraxılış imtahanlarının təhlilinin müzakirəsi keçirilir

14 iyul, 15:10

GDU-nun tələbəsi Avropa çempionu oldu

14 iyul, 13:59

Məleykə Abbaszadə: Texniki səhvlərlə bağlı müraciətlərə baxmamalıyıq

14 iyul, 13:56

Bağçada tərbiyəçi-müəllim işləmək istəyənlər üçün sənəd qəbulu başlayır

14 iyul, 13:44

Qiymətləndirmələrin süni intellektlə aparılması gündəmdə deyil – Məleykə Abbaszadə

14 iyul, 13:15

DİM sədri: 5 il sonra bəzi ixtisaslar ləğv olunacaq 

14 iyul, 12:55

Məktəblilərimiz 57-ci Beynəlxalq Kimya Olimpiadasında uğur qazanıblar

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.