Bütün xəbərlər
15 may, 14:20

"2019-2024-cü illərdə elmi dərəcə və elmi ad verilməsindən imtina hallarının sayı 1094 olub".

“Azərbaycan müəllimi”  xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində Prezident yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri Famil Mustafayev deyib.

O bildirib ki, imtina halları əsasən plagiat, elmi keyfiyyətin aşağı səviyyədə olması və sənəd tələblərinə uyğun gəlməmək kimi səbəblərlə bağlıdır.

Sədr komissiya tərəfindən elmi dərəcə və ya elmi ad verilməsindən imtina hallarının ümumi müraciətlərin 30 faizdən çoxunu təşkil etdiyini qeyd edib:

“Bu göstərici həm ölkə daxilində, həm də xaricdə – xüsusilə Türkiyə, Ukrayna, Rusiya və İtaliya kimi ölkələrdə elmi dərəcə almış iddiaçıların sənədləri əsasında verilmiş qərarları əhatə edir. Plagiat bu imtinaların başlıca səbəblərindən biridir və bu gün məhz Komissiyanın tətbiq etdiyi çoxpilləli qiymətləndirmə və prinsipial nəzarət mexanizmləri nəticəsində, yalnız ölkə daxilində deyil, həm də xaricdə əldə edilmiş (2019-2024-cü illərdə 42 nəfərin xaricdə əldə edilmiş sənədi tanınmayıb) elmi dərəcələrlə bağlı neqativ halların, o cümlədən plagiatın qarşısının alınması mümkün olur”.

Famil Mustafayev komissiyanın bu istiqamətdə texnoloji və normativ tədbirlər həyata keçirdiyini bildirib:

“Təqdim olunan bütün dissertasiyalar beynəlxalq lisenziyalı plagiat proqramları (StrikePlagiarism, Antiplagiat.ru, Turnitin) ilə yoxlanılır, həmçinin ekspert şuraları vasitəsilə məzmun analizi və açar ifadələrin kontekstual axtarışı aparılır. Bu yanaşma nəticəsində bəzi hallarda texniki plagiat əmsalı sıfır göstərilən dissertasiyalarda belə, plagiat faktları üzə çıxarılır. Eyni zamanda, psevdoelmi nəticələrin təqdim edilməsi, əvvəlki tədqiqatların yeni kimi təqdim olunması, təkrarlanan mövzular və bəzi dissertasiyaların digər şəxslər və ya kommersiya qurumları tərəfindən yazılması halları müəyyən edilir və həmin işlərə ciddi nəzarət tədbirləri tətbiq olunur.

Komissiyanın mövcud hüquqi mexanizmləri çərçivəsində, elmi etika pozuntusu müəyyən edilərsə, yalnız iddiaçıya deyil, elmi rəhbər və opponentlərə də üçillik məhdudiyyət tətbiq edilir. Komissiya bu istiqamətdə fəaliyyətini davam etdirərək yalnız texniki yoxlama ilə kifayətlənməyib, kompleks etik nəzarət sistemini gücləndirməyi və elmi mədəniyyətin formalaşmasına töhfə verməyi hədəfləyir”.

Şərhlər

Xəbər lenti

23 avqust, 20:34

Milli Qəhrəmanın oğlu tələbə oldu

23 avqust, 19:46

Hazırlığa getmədən 637 bal yığmışdı - Hüquqşünas olacaq

23 avqust, 18:09

“Azərbaycan müəllimi” milli müsabiqəsinin qalibləri mükafatlandırılıb

23 avqust, 15:04

BSU-da qəbul planı 99.3% yerinə yetirilib

23 avqust, 11:00

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı" günü keçirilib

23 avqust, 10:55

Talış və Sus məktəblərinin bütün məzunları tələbə adını qazandılar

22 avqust, 22:40

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri elan edildi

22 avqust, 22:29

Ali məktəblərə ixtisas seçiminin nəticələri AÇIQLANDI

22 avqust, 22:18

Milyonlarla uşağın oynadığı bu oyun bir çox ölkədə qadağan edildi

22 avqust, 17:46

MDU-nun yeni korpus və hoteli tikiləcək 

22 avqust, 17:01

“Böyük Qayıdış” üçün növbəti təlimlər başa çatdı – 23 nəfər peşə sertifikatı aldı

22 avqust, 16:49

Beynəlxalq Məşqçilik Kursuna ilk dəfə azərbaycanlı qəbul olub

22 avqust, 16:44

Naxçıvanda MİQ üzrə müsahibə mərhələsi yekunlaşıb

22 avqust, 16:06

Kollecə qəbul olanlar üçün qeydiyyat müddəti uzadılıb 

22 avqust, 15:44

"Qarabağda təhsil almaq mənim üçün qürurdur" – İki olimpiada medalçısının seçimi

22 avqust, 15:33

TİF ilə İş adamları Cəmiyyətinin Milli Assosiasiyası arasında görüş keçirilib

22 avqust, 15:08

NDU-da innovasiya və davamlı inkişafla bağlı elmi konfrans keçiriləcək

22 avqust, 14:55

“Bizim üçün “Maarifçi” gələcəyin təhsil idarəçisidir” – Mentorlar üçün təlim

22 avqust, 14:21

ADNSU məzunu “Social Hackathon Umbria 2025”də birinci yerin qalibi olub

22 avqust, 13:35

Gəncə və Göygöldə yeni fəaliyyətə başlayacaq liseylərə müəllim qəbulu başlayır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.