Bütün xəbərlər
23 mart, 09:20

23 mart 1945-ci ildə “Azərbaycan müəllimi” qəzetində redaktor müavini vəzifəsində çalışmış, yazıçı-jurnalist,  publisist, pedaqoq, professor Nurəddin Babayevin doğum günüdür.

“Biz övladlarımıza nəcib xüsusiyyətlər, zərif insani keyfiyyətlər aşılamağa çalışmalıyıq. Burada ailə ilə məktəb əlbir olmalıdır. Valideyn düşünə bilməz ki, qoy uşaqlar evdə necə böyüyürsə-böyüsün, məktəbdə hər şey düzələcək, müəllimlər və ictimai təşkilatlar onu yaxşı tərbiyə edib, düz yoluna salarlar. Məktəb isə hər şeyi valideynin üzərinə yıxmaqla sakitləşə bilməz. Demək, birgə səy, birgə hərəkət lazımdır. 
Məktəb təkcə bilik mənbəyi deyildir. Məktəb eyni zamanda tərbiyə ocağıdır. 

Hər bir müəllim uşağın zəkasının elm nuru ilə işıqlandırmaqla kifayətlənə bilməz. O, eyni zamanda uşağın qəlbinə gözəl insani duyğuların toxumunu səpməyi də bacarmalıdır. Çünki layiqli vətəndaş olmaq istəyən kəs, hər şeydən əvvəl, ləyaqətli insan olmalıdır. İnsanlıq böyük vəzifədir. Biz övladlarımızı bu vəzifənin ifasına səbirlə, təmkinlə hazırlamalıyıq. Bu yolda məktəbin, müəllimin əlində olan imkanlar hüdudsuzdur”.

Nurəddin Həsən oğlu Babayev 1921-ci il mart ayının 23-də Gəncə şəhərində anadan olub. Orta məktəbi Bakı şəhərində 132 nömrəli məktəbdə bitirib, 1944-1949-cu illərdə ADU-nun (indiki BDU) filologiya fakültəsində təhsil alıb. Ədəbiyyata 1939-cu ildə gəlib, müxtəlif qəzetlərdə məqalə, oçerk və hekayələri dərc olunub.

Nurəddin Babayevə o dövrün məşhur ədibləri, mütəfəkkirləri dərs deyib. Bu dahi pedaqoqlardan Mir Cəlal Paşayev, Cəfər Xəndan, Həmid Araslı, Muxtar Hüseynzadə, Abbas Zamanov və s. Nurəddin müəllimin həyatında rolu olduqca güclü olub. Hətta zaman keçdikcə bu tələbə-müəllim münasibətləri çox dərin, gözəl ailəvi dostluq münasibətlərinə çevrilib. Əlbəttə ki, bütün bunlar Nurəddin Babayevin həyatında fundamental rol oynayıb. 

Nurəddin müəllimin yaxın dost və silahdaşları Mir Cəlal Paşayev, Aslan Aslanov, Nəsir İmanquliyev, Şıxəli Qurbanov, Bəxtiyar Vahabzadə, Qulu Xəlilov, Famil Mehdi və s. dahi yazıçı, pedaqoq, mütəfəkkirlər olmuşlar. Bu dostluq Nurəddin Babayevin yaradıcılığında öz güclü əksini tapıb, 1940-1941-ci illərdə jurnalistlik fəaliyyətinə “Azərbaycan pioneri” qəzeti redaksiyasında ədəbi işçi kimi başlayıb.

1941-1943-cü illərdə II Dünya müharibəsi dövründə ön cəbhədə döyüşən orduda olub, vuruşlarda yaralanıb və baş leytenant rütbəsi ilə Bakıya qayıdıb.

1943-1945-ci illərdə “Kommunist” qəzeti redaksiyasında şöbə müdiri, 1945-ci ildə “Azərbaycan müəllimi” qəzetində redaktor müavini, 1953-cü ildə “Uşaqgəncnəşr”də baş redaktor vəzifələrində çalışıb.

“Əbədi qəhrəmanlıq” adlı ilk kitabı 1945-ci ildə çap olunub. 1954-cü ildən AYB-nin üzvü seçilib. 1958-ci ildə “Azərbaycanda bədii oçerkin inkişafı” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi, daha sonra filologiya elmləri doktoru alimlik dərəcəsini, 1981-ci ildə professor elmi rütbəsini alıb. 1969-cu ildə tanınmış alim və yazıçılarımız, o cümlədən Nurəddin Babayevin səyləri nəticəsində jurnalistika fakültəsi yaradılıb.
50 illik elmi-pedaqoji və ədəbi-jurnalistik fəaliyyəti dövründə indiki BDU-da Jurnalistika kafedrasının müdiri, Jurnalistika şöbəsinin müdiri, fakültənin ilk dekanı kimi vəzifələrdə çalışıb.

Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində müxtəlif məzmunlu mühazirələrlə çıxış edib. Elmi əsərlərin jurnalistika seriyasının və “Jurnalist” tədris qəzetinin təşkilatçısı olub. Bundan başqa Jurnalistlər İttifaqının təşkil olunmasında da onun xidmətləri əvəzsizdir.

Ömrünün sonunadək dövrünün ən çox çap olunan yazıçısı olub. Onun “Qızıl qələm” mükafatına layiq görülmüş “Oğluma məktublar” əsəri Bolqarıstanda “Ədəbiyyat” dərsliyinə daxil edilib.

20-dən çox kitabı çapdan çıxıb, Azərbaycanda Ədəbiyyat və İncəsənət arxivinin təşkilində çox böyük rol oynayıb, arxiv xəzinəsinə qiymətli materiallar verib.

1961-1981-ci illərdə SSRİ döyüş medalları və Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif edilib, 1982- ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. Əmək və müharibə veteranı idi.

Nurəddin Babayev 1991-ci il sentyabr ayının 25-də Bakıda vəfat edib, II Fəxri Xiyabanda dəfn edilib.

Allah rəhmət eləsin!

Şərhlər

Xəbər lenti

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Narkomanlığın profilaktikası məqsədilə məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

18 sentyabr, 10:03

Narkotik və psixotrop maddələr haqqında məlumatlılığın artırılması məqsədilə məktəblərdə seminarlar keçiriləcək

18 sentyabr, 09:57

AzMİU-da xaricdə yaşayan elm adamları ilə görüş keçirilib

18 sentyabr, 09:44

Bülbül, Qara Qarayev, Niyazi müəllimliyi necə görürdü? – Qəzetin arxivindən

17 sentyabr, 19:51

Emin Əmrullayev Bahçeşehir Kıbrıs Universitetinin İdarə Heyətinin sədri ilə görüşüb

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:53

MDU-nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

17 sentyabr, 15:31

Gənc müəllimlərə konkret yardımı necə təşkil etməli? – Qəzetin arxivindən

17 sentyabr, 15:20

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

17 sentyabr, 15:11

AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17 sentyabr, 14:57

Yeni Zelandiyada yeni kurikulum təsdiqlənib: AI və STEM fənləri tədris olunacaq

17 sentyabr, 13:56

BDU "QS Biznes magistr proqramları reytinqi"nə daxil olub

17 sentyabr, 13:56

Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.