Bütün xəbərlər
4 aprel, 11:58

Bu gündən etibarən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin elektron sənəd qəbulu mərhələsinə start verilib.  

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, müsabiqədə dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında fasiləsiz olaraq 3 tədris ili çalışan şəxslər iştirak edə bilərlər.  

Qeyd olunur ki, təhsilverənlərin sertifikatlaşdırılması (test və müsahibə mərhələsində uğur qazananlar), müəllimlərin işə qəbulu müsabiqəsi və ya diaqnostik qiymətləndirmədə iki və ya daha çox iştirak edən müəllimlər üstünlük verdikləri balla müsabiqəyə qatılmaq hüququna malikdirlər.  
Müəllimlərə qeydiyyatdan keçərkən və sənədləri yükləyərkən diqqətli olmaq tövsiyə edilir.  
Müsabiqə şərtlərinə uyğun olaraq, sosial amillərlə bağlı elektron ərizəyə yüklənilməli sənədlər: 
- Əri və ya arvadı hərbçi olduqda: 
- Nikah haqqında şəhadətnamənin surəti;  
- Ər və ya arvadın hərbçi olduğunu təsdiq edən vəsiqə və ya arayışın surəti.  

- Şəhid ailəsi üzvü olduqda:
- Şəhid ailəsi üzvü olduğunu təsdiq edən sənəd və ya vəsiqənin (doğum haqqında şəhadətnamənin) surəti.  

- İş yerini faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirdikdə: 
 - Həmin ərazidə yaşadığını və ya qeydiyyatda olduğunu təsdiq edən sənədin surəti.  

- Yuxarıda qeyd olunan şərtləri ödədikdə:
 - Sosial amilləri təsdiq edən bütün sənədlərin surəti.  

Qeyd olunan sənədlərin hər biri bir vahid faylda toplanaraq elektron ərizəyə yüklənməlidir.  

Müəllimlər 10 aprel saat 11:00-dək https://www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müsabiqədə iştirak üçün qeydiyyatdan keçə bilərlər. Elektron ərizələrin qəbulu mərhələsi başa çatdıqdan sonra müsabiqənin növbəti – vakansiya seçimi mərhələsi barədə ictimaiyyətə məlumat veriləcək.  

Daha ətraflı məlumat üçün müsabiqəyə dair sual-cavabla https://www.miq.edu.az/yerdeyishme/faq tanış ola bilərsiniz.

Şərhlər

Xəbər lenti

10 aprel, 10:16

Təhsil İnstitutunda elmi seminar keçirilib

10 aprel, 10:05

İki ali təhsil müəssəsində tələbələrə maarifləndirci tədbirlər keçirilib

10 aprel, 09:33

BSU-nun rektoru Albaniyanın Tirana Universitetində tələbələrlə görüş keçirib

10 aprel, 09:27

Emin Əmrullayev Türkiyənin yeni səfiri ilə görüşüb

10 aprel, 08:50

Fərid Qayıbov Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri ilə görüşüb

9 aprel, 17:50

SABAH.HUB-ın təşkilatçılığı ilə növbəti "Demo Day" keçirilib

9 aprel, 17:27

Ölkədə süni intellekt ekosisteminin formalaşması xeyli sürətlənib

9 aprel, 17:25

Qərbi Azərbaycana qayıdış mövzusu Sumqayıtda müzakirə edildi

9 aprel, 17:22

Cənab Prezidentin etimadı qarşıya yeni vəzifələr qoyur

9 aprel, 17:12

III “Maarifçi” tələbə-məzun təcrübə proqramına qeydiyyat başlayır

9 aprel, 17:07

Rəqəmsal və nəqliyyat naziri İsrailin elm və texnologiya naziri ilə görüşüb

9 aprel, 16:46

ADNSU və Dövlət Su Ehtiyatları Agentliyi arasında əməkdaşlıq görüşü keçirilib

9 aprel, 16:41

Ağstafada şagird məktəb yoldaşına xəsarət yetirib

9 aprel, 16:15

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kimdir? – Tərcümeyi-hal

9 aprel, 16:10

Mingəçevir Dövlət Universitetinə rektor təyin edildi – SƏRƏNCAM

9 aprel, 16:05

Alimlərimizdən zəlzələ ilə bağlı mühüm tədqiqat

9 aprel, 16:03

Paytaxt məktəbliləri Avropada çempion oldular

9 aprel, 15:43

RFO-nun final turunda iştirak hüququ qazananların NƏZƏRİNƏ!

9 aprel, 15:41

Paytaxt məktəblərində anonim qutular yaradılıb – VİDEO

9 aprel, 15:24

Nicat Məmmədli: Bəzi ixtisasların tədris müddətinin azaldılması müzakirə olunur

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.