Bütün xəbərlər
10 aprel, 09:33

Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev "Yeni dövrün Azərbaycanı" mövzusunda Albaniyanın Tirana Universitetinin Tarix və Filologiya Fakültəsində təhsil alan yerli tələbələrlə görüş keçirib. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildiirlib ki, tədbirdə Azərbaycanın Albaniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Hüseynov, Tarix və Filologiya Fakültəsinin akademik heyəti və müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr iştirak ediblər.

BSU-nun rektoru Anar Nağıyev “Yeni dövrün Azərbaycanı” mövzusunda çıxış edərək, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini vurğulayıb. Rektor Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın formalaşması və inkişafı istiqamətindəki xidmətlərindən bəhs edərək, onun rəhbərliyi ilə 1993-cü ildən sonra ölkənin hüquqi bazasının təkmilləşdirilməsi və 1995-ci ildə ilk Konstitusiyanın qəbul edilməsi prosesindən danışıb. A.Nağıyev Azərbaycanın dövlət quruculuğu, beynəlxalq əlaqələri, müasir dünyada Azərbaycanın rolundan bəhs edib. O, xüsusilə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin qorunması və güclü dövlət qurulması istiqamətində həyata keçirilən fundamental islahatlar barəsində ətraflı məlumat verib.

Rektor çıxışında Heydər Əliyevin azərbaycançılıq ideologiyasının əsasını qoyduğunu və bu ideologiyanın milli-mənəvi dəyərlərin qorunmasına xidmət etdiyini qeyd edib. O, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın suverenliyinin tam bərqərar olmasının, işğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması, yeni dövrün Azərbaycanının daha böyük uğurlara hədəfləndiyini diqqətə çatdırıb.

Görüş zamanı rektor Azərbaycanın geosiyasi əhəmiyyətindən və Avropanın enerji təhlükəsizliyində ölkəmizin mühüm rolundan bəhs edib. O, həmçinin Azərbaycanın multikultural dəyərlərini vurğulayaraq, müxtəlif xalqların sülh şəraitində birgə yaşamasının ən gözəl nümunələrindən birinin məhz Azərbaycanda müşahidə olunduğunu bildirib.

A.Nağıyev Bakı Slavyan Universiteti və Tirana Universiteti arasında əməkdaşlıq çərçivəsində tələbə və müəllim mübadiləsi, birgə elmi konfranslar nəzərdə tutulduğunu, əməkdaşlığın azərbaycanşünaslıq, balkanşünaslıq və albanologiyaya böyük töhfələr verəcəyini vurğulayıb.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.

1 /1

Şərhlər

Xəbər lenti

18 aprel, 10:03

“Ən böyük motivasiyam anamın mənim üçün keçirdiyi həyəcan olub”

18 aprel, 09:59

AzMİU-da “Qərbi Azərbaycan memarlıq irsinin tədqiqi” laboratoriyası fəaliyyətə başlayıb

18 aprel, 09:47

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin NƏZƏRİNƏ!

18 aprel, 09:45

Mədəniyyət və incəsənət sahəsində süni intellektin tətbiqi məsələləri müzakirə olunur

18 aprel, 09:36

Hər üç fəndən yüksək nəticəm olduğuna inanmadım - Laçın məktəblisi

18 aprel, 09:29

“Arzulara qanad verək” adlı qanvermə aksiyası keçirilib

17 aprel, 19:28

Şagirdlərinin 90 faizi repetitor yanına getmədən yüksək bal topladı

17 aprel, 19:05

ATU-da zərərli vərdişlər ilə bağlı maarifləndirici tədbir keçirilib

17 aprel, 18:10

Azərbaycan və Çin universitetləri ilkə imza atdı 

17 aprel, 17:49

Azərbaycan İƏT-in ali təhsil üzrə ekspert görüşündə təmsil olunub

17 aprel, 17:30

“İmtahan suallarını asanlıqla yazdım” – Region birincisi

17 aprel, 17:24

Naxçıvanın 2 şagirdi buraxılış imtahanında 300 bal topladı

17 aprel, 17:13

“Balımı öyrənəndə bütün əziyyətlərim gözümün önündən keçdi” – Bakı məktəblisi

17 aprel, 16:59

“Sosial şəbəkələrə çox vaxt ayırmamaq lazımdır” -  Ən yüksək bal toplayan məktəbli

17 aprel, 16:52

300 bal toplayan şagird: Ən böyük arzum cərrah olmaqdır

17 aprel, 16:50

“Uğur qazanmaq üçün dayanmadan çalışmaq lazımdır” – Maksimum nəticə göstərən Zümrüd

17 aprel, 16:19

Məqsədim həkim kimi ölkəmə xidmət etməkdir  – Region birincisi

17 aprel, 16:00

Qərbi Azərbaycan məktəbləri: Bala Məzrə məktəbinin təhsil tarixi – ARAŞDIRMA

17 aprel, 15:46

Beş paytaxt məktəblisi buraxılış imtahanında maksimum nəticə göstərib

17 aprel, 15:45

“Uşaqların tələbi həyatın tələbidir” – QƏZETİN ARXİVİNDƏN

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.