Bütün xəbərlər
9 aprel, 17:50

Bu gün Azərbaycan İnnovasiyalar Mərkəzində SABAH.HUB-ın təşkilatçılığı ilə Baku ID tədbiri çərçivəsində növbəti “Demo Day” baş tutub.  

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirin məqsədi müxtəlif komanda layihələrinin investorlar qarşısında təqdim olunması və innovativ ideyaların paylaşılması olub.

Tədbir açılış və təqdimat hissəsi ilə başlayıb. Birinci blokda 6, ikinci blokda isə 4 komanda öz startap layihələrini təqdim edib.

SABAH.HUB-un PR rəhbəri Nurcan Baxşıyeva bildirib ki, Baku ID və onun çərçivəsində keçirilən tədbirlər regionun innovasiya ekosistemini bir araya gətirən və gələcək əməkdaşlıqlara imkan yaradan önəmli platformadır. Onun sözlərinə görə, seçilmiş 10 startap gün ərzində layihələrini yerli və xarici investorlar qarşısında təqdim edərək vacib əlaqələrin qurulmasına nail olublar.

Tədbirdə Qazaxıstan, Özbəkistan, Estoniya, Türkiyə və Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrdən investorlar iştirak ediblər. Onların arasında Startup Wise Guys, White Hill Capital, MyVentures, IT Park Ventures, Caucasus Ventures, INMerge Ventures və SABAH.fund kimi nüfuzlu fondların nümayəndələri də yer alıblar.

Təqdim olunan layihələr sırasında “Invnex”, “Lazy Lunch”, “Bonpara”, “Snackpack” və “Canscreen” kimi startaplar yer alıb. Bu layihələrin ideyaları, bazar potensialı və texnoloji həlləri investorlar tərəfindən maraqla qarşılanıb.

Tədbirin sonunda investorlarla komandalar arasında fərdi görüşlər təşkil olunacaq və ilkin əməkdaşlıq müzakirələri aparılacaq. 

Nurcan Baxşıyeva qeyd edib ki, bu cür tədbirlər startapların həm daha geniş auditoriyaya çıxışını təmin edir, həm də real investisiya imkanları yaradır. Təqdimatçılardan biri, “LazyLunch” layihəsinin komandası adından çıxış edən Ramil Rəhimzadə bildirib:

“Biz şirkətlərə daha münasib qiymətə və yüksək keyfiyyətli nahar xidməti təqdim etmək məqsədilə fəaliyyət göstəririk. Bunun üçün müxtəlif iaşə şirkətləri ilə əməkdaşlıq edirik və onların idarə olunmasını öz üzərimizə götürürük. Hədəfimiz şirkətlərə keyfiyyətli, vaxtında və münasib qiymətə nahar xidməti təqdim etməkdir”.

O, çatdırılma xidmətinin texnoloji həllərlə optimallaşdırıldığını, keyfiyyətə nəzarət və müştəri məmnuniyyətinə xüsusi diqqət yetirildiyini də vurğulayıb. 

Komanda hazırda layihəni genişləndirmək üçün 200 min ABŞ dolları investisiya cəlb etməyi planlaşdırır. Bu vəsait mobil tətbiqin hazırlanması, xidmət keyfiyyətinin artırılması və əməliyyatların genişləndirilməsi üçün istifadə olunacaq.

Tədbirdə maraqla qarşılanan startaplardan biri də Türkiyədən qatılan Pamir Birlikin təqdim etdiyi layihə olub. Layihə onlayn alış-veriş təcrübəsini daha effektiv və şəffaf etmək məqsədi daşıyır. Süni intellekt əsaslı platforma istifadəçilərin alış-veriş vərdişlərini təhlil edir, fərdiləşdirilmiş təkliflər təqdim edir və həm istifadəçi təcrübəsini, həm də satış göstəricilərini artırır.

Pamir Birlik qeyd edib ki, layihə ilkin istifadəçi qrupu arasında sınaqdan keçirilib və nəticələr ümidvericidir. Onun sözlərinə görə, layihə gələcəkdə beynəlxalq bazarlarda da rəqabət apara biləcək potensiala malikdir.

1 /4

Şərhlər

Xəbər lenti

9 may, 17:56

Gəncə məktəbliləri LEGO turnirində iki kubok qazandılar

9 may, 17:06

Riyaziyyat fənni üzrə RFO-nun qalibləri elan edildi

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da Kembric Resurs Mərkəzi yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.