Bütün xəbərlər
9 aprel, 16:03

Paytaxt məktəbliləri beynəlxalq idman yarışlarında çempion adına layiq görülüblər.  

“Azərbaycan müəllimi” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 153 nömrəli tam orta məktəbin IX sinif şagirdi Xədicə Mürsəlova İtaliyanın Lignano Sabbiadoro şəhərində 14-15 yaşlı yeniyetmələr arasında keçirilən Şotokan katare-do üzrə Avropa çempionatında birincilik əldə edib. 4 döyüşdə qalib gələrək finalda rumıniyalı rəqibini məğlub edən X.Mürsəlova birinci yerə layiq görülərək Azərbaycan bayrağını ucaldıb.

Bu, Xədicənin ilk uğuru deyil. Bundan əvvəl də məktəbli ölkədaxili və beynəlxalq yarışlarda uğur qazanıb. Ötən il Serbiyada 14-15 yaşlılar arasında keçirilən karate üzrə Dünya çempionatında I yerə layiq görülüb.

Paytaxtdakı 32 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Zəhra Salmanlı isə Serbiyada keçirilən Gimnaziyada İdman Oyunlarında parabadminton üzrə yarışda ən yüksək pilləyə layiq görülüb. İki mərhələnin qalibi olan Z.Salmanlı final raundunda beninli idmançını üstələyərək qızıl medalın sahibi olub.

Məktəbli idmançıları təbrik edir, onlara sonsuz mübarizə əzmi və daha parlaq qələbələr arzulayırıq.

1 /2

Şərhlər

Xəbər lenti

17 aprel, 19:28

Şagirdlərinin 90 faizi repetitor yanına getmədən yüksək bal topladı

17 aprel, 19:05

ATU-da zərərli vərdişlər ilə bağlı maarifləndirici tədbir keçirilib

17 aprel, 18:10

Azərbaycan və Çin universitetləri ilkə imza atdı 

17 aprel, 17:49

Azərbaycan İƏT-in ali təhsil üzrə ekspert görüşündə təmsil olunub

17 aprel, 17:30

“İmtahan suallarını asanlıqla yazdım” – Region birincisi

17 aprel, 17:24

Naxçıvanın 2 şagirdi buraxılış imtahanında 300 bal topladı

17 aprel, 17:13

“Balımı öyrənəndə bütün əziyyətlərim gözümün önündən keçdi” – Bakı məktəblisi

17 aprel, 16:59

“Sosial şəbəkələrə çox vaxt ayırmamaq lazımdır” -  Ən yüksək bal toplayan məktəbli

17 aprel, 16:52

300 bal toplayan şagird: Ən böyük arzum cərrah olmaqdır

17 aprel, 16:50

“Uğur qazanmaq üçün dayanmadan çalışmaq lazımdır” – Maksimum nəticə göstərən Zümrüd

17 aprel, 16:19

Məqsədim həkim kimi ölkəmə xidmət etməkdir  – Region birincisi

17 aprel, 16:00

Qərbi Azərbaycan məktəbləri: Bala Məzrə məktəbinin təhsil tarixi – ARAŞDIRMA

17 aprel, 15:46

Beş paytaxt məktəblisi buraxılış imtahanında maksimum nəticə göstərib

17 aprel, 15:45

“Uşaqların tələbi həyatın tələbidir” – QƏZETİN ARXİVİNDƏN

17 aprel, 15:40

ADA Universiteti “Sərhədsiz riyaziyyatçılar” üçün qeydiyyata başlayıb

17 aprel, 15:30

Azərbaycan Tibb Universiteti tədris planlarını yeniləyəcək

17 aprel, 15:25

Azərbaycanda tanınmış İT proqramları üzrə tədrisə başlanılıb

17 aprel, 14:33

Buraxılış imtahanı ilə bağlı Apellyasiya Komissiyası fəaliyyət göstərəcək

17 aprel, 14:30

11 nəfərin buraxılış imtahanı nəticəsi ləğv olunub

17 aprel, 14:28

Buraxılış imtahanında maksimal bal toplayanların sayı açıqlandıSİYAHI 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.