Bütün xəbərlər
9 aprel, 17:27

Prezident İlham Əliyev tərəfindən Süni İntellekt Strategiyasının qəbulundan sonra bu sahədə ciddi irəliləyiş və canlanma müşahidə olunur. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, istiqamət üzrə infrastruktur qurulur (iki Superkompüter Mərkəzi qurulur), bir neçə universitetdə (AzTU, UNEC, ADA və s.) elmi və tədris müstəvisində əhəmiyyətli addımlar atılır, AI Akademiyalar və ixtisaslaşmış kurslar formalaşır, həmçinin özəl sektorun da fəallığı nəzərəçarpacaq dərəcədə artır. Süni intellekt sahəsində startapların sayı getdikcə çoxalır və bu sahəyə maraq genişlənir.

"Yeri gəlmişkən, bu gün KOBİA-da Startap Şəhadətnaməsinin verilməsi üzrə Ekspertlər Şurasında Azərbaycanın çox maraqlı bir süni intellekt startapının təqdimatı da keçirilib. Bütün bunlar onu göstərir ki, artıq ölkəmizdə bu sahədə innovativ təşəbbüslər formalaşmağa başlayıb. Ehtiyac var ki, strategiyanın icrasına cavabdeh qurumlar, İRİA, investorlar və fondlar bu tip təşəbbüslərə diqqəti daha da artırsınlar.  

Bu kontekstdə mühüm addımlardan biri də Azərbaycan Texniki Universitetində atılıb. 

“AI-MED Baku 2025: Süni İntellekt və Biotibbi İnnovasiyalar üzrə Azərbaycan-Almaniya Strateji Tərəfdaşlıq Forumu” çərçivəsində universitetdə yüksək səviyyəli işgüzar görüş keçirilib və “AI-MED LAB” adlı ixtisaslaşmış laboratoriyanın açılışı baş tutub.

Yeni yaradılan “AI-MED LAB” laboratoriyası AzTU-nun Biotibbi Mühəndislik İnstitutunun nəzdində fəaliyyət göstərəcək və burada süni intellekt alqoritmlərinin səhiyyə və biotibbi mühəndislik sahəsində tətbiqinə yönəlmiş qabaqcıl elmi-tədqiqatlar həyata keçiriləcək. Bu təşəbbüs təkcə elmi inkişaf baxımından deyil, həm də süni intellekt sahəsində kadr potensialının yetişdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Bütün bunların da Azərbaycanda süni intellekt sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına real töhfə verəcəyini proqnozlaşdırmaq olar", - deyə o yazıb.

Şərhlər

Xəbər lenti

17 aprel, 19:28

Şagirdlərinin 90 faizi repetitor yanına getmədən yüksək bal topladı

17 aprel, 19:05

ATU-da zərərli vərdişlər ilə bağlı maarifləndirici tədbir keçirilib

17 aprel, 18:10

Azərbaycan və Çin universitetləri ilkə imza atdı 

17 aprel, 17:49

Azərbaycan İƏT-in ali təhsil üzrə ekspert görüşündə təmsil olunub

17 aprel, 17:30

“İmtahan suallarını asanlıqla yazdım” – Region birincisi

17 aprel, 17:24

Naxçıvanın 2 şagirdi buraxılış imtahanında 300 bal topladı

17 aprel, 17:13

“Balımı öyrənəndə bütün əziyyətlərim gözümün önündən keçdi” – Bakı məktəblisi

17 aprel, 16:59

“Sosial şəbəkələrə çox vaxt ayırmamaq lazımdır” -  Ən yüksək bal toplayan məktəbli

17 aprel, 16:52

300 bal toplayan şagird: Ən böyük arzum cərrah olmaqdır

17 aprel, 16:50

“Uğur qazanmaq üçün dayanmadan çalışmaq lazımdır” – Maksimum nəticə göstərən Zümrüd

17 aprel, 16:19

Məqsədim həkim kimi ölkəmə xidmət etməkdir  – Region birincisi

17 aprel, 16:00

Qərbi Azərbaycan məktəbləri: Bala Məzrə məktəbinin təhsil tarixi – ARAŞDIRMA

17 aprel, 15:46

Beş paytaxt məktəblisi buraxılış imtahanında maksimum nəticə göstərib

17 aprel, 15:45

“Uşaqların tələbi həyatın tələbidir” – QƏZETİN ARXİVİNDƏN

17 aprel, 15:40

ADA Universiteti “Sərhədsiz riyaziyyatçılar” üçün qeydiyyata başlayıb

17 aprel, 15:30

Azərbaycan Tibb Universiteti tədris planlarını yeniləyəcək

17 aprel, 15:25

Azərbaycanda tanınmış İT proqramları üzrə tədrisə başlanılıb

17 aprel, 14:33

Buraxılış imtahanı ilə bağlı Apellyasiya Komissiyası fəaliyyət göstərəcək

17 aprel, 14:30

11 nəfərin buraxılış imtahanı nəticəsi ləğv olunub

17 aprel, 14:28

Buraxılış imtahanında maksimal bal toplayanların sayı açıqlandıSİYAHI 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.