.jpg)
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan psixoloq vəzifəsinə işə qəbul müsabiqəsinə start verilir.
“Azərbaycan müəllimi” xəbər verir ki, psixoloq vəzifəsi üzrə işə qəbul olmaq istəyən psixologiya üzrə ali təhsilli namizədlər 10 oktyabr tarixindən 31 oktyabr 2025-ci il tarixinədək şəxsiyyət vəsiqəsinin, diplomun, əmək kitabçasının surətlərini (namizəd şəhid ailəsinin üzvüdürsə vəsiqənin surətini) yaşadıqları ərazi üzrə təhsil şöbələrinə təqdim edərək qeydiyyatdan keçə bilərlər.
Müsabiqə 4 mərhələdən (qeydiyyat, test, müsahibə və vakant yer üzrə yerləşdirmə mərhələsi) ibarətdir.
Müraciət edənlərin şəxsi məlumatlarının uyğunluğu yoxlandıqdan sonra namizədlər test mərhələsinə buraxılacaqlar. Test mərhələsində hər bir namizədə vəzifə proqramına aid 25, informasiya və kommunikasiya texnologiyalarına, məntiqi təfəkkürün və dünyagörüşünün yoxlanılmasına aid isə hər birindən 5 olmaqla, ümumilikdə 40 test tapşırığı təqdim ediləcək. Test suallarının 70 faiz və daha çoxunu düzgün cavablandırmış namizədlər müsahibə mərhələsində iştirak hüququ qazanacaqlar.
Müsahibədə namizədlərin vəzifə bilikləri, peşəkar kompetensiyaları, psixoloji hazırlığı və dünyagörüşü müvafiq meyarlar əsasında 5 ballıq şkala ilə müvafiq komissiya tərəfindən yoxlanılacaq. Namizədlər meyarlar üzrə ortalama 2,5 bal topladıqda bu mərhələni uğurla keçmiş sayılacaqlar.
Müsabiqə şərtləri ilə bağlı məlumat https://l24.im/PR9hB7 linkində, proqramla bağlı məlumat https://l24.im/1fVBdkZ linkində vakant olan vəzifələrlə bağlı məlumat isə https://l24.im/MZE5 linkində yerləşdirilib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər