Bütün xəbərlər
17 aprel, 18:30

Aprelin 17-də Elm və Təhsil Nazirliyinin ( ETN) təşkilatçılığı ilə STEAM İnnovasiya Mərkəzində “Effektiv kommunikasiyanın qurulması ilə bağlı ictimaiyyətlə əlaqələrə məsul şəxslərlə görüş” keçirilib. 

Görüşdə Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Təhsil İnstitutu, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi, Təhsil Tələbə Krediti Fondu, Təhsilin İnkişafı Fondu, Bakı şəhəri və regional təhsil idarələrinin, nazirlik tərəfindən həyata keçirilən innovativ layihələrin PR mütəxəssisləri, eləcə də "Azərbaycan müəllimi” qəzeti və Təhsil TV-nin əməkdaşları iştirak ediblər.

Görüşdə salamlama nitqi ilə çıxış edən ETN-in İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev bildirib ki, görüşün əsas məqsədi nazirlik və onun tabeliyindəki qurumlarda ictimaiyyətlə əlaqələr sahəsində çalışan əməkdaşlar üçün qarşılıqlı fikir mübadiləsi imkanlarını genişləndirmək, mövcud çətinlikləri, gözləntiləri və gələcək planları vahid platformada müzakirə etməkdir.

Səbuhi Rzayev çıxışında qurumlar arasında əməkdaşlıq imkanları barədə məlumat verib. Əlavə edib ki, vahid yanaşma və qarşılıqlı əlaqənin qurulması xüsusi əhəmiyyət kəsb edir. Şöbə müdiri kommunikasiya fəaliyyətinin düzgün təşkili ilə bağlı mühüm məqamlara toxunaraq xüsusilə böhran kommunikasiyasının vacibliyini vurğulayıb. Səbuhi Rzayevin sözlərinə görə, düzgün qurulmuş kommunikasiya həm ictimaiyyətin məlumatlandırılması, həm də qurumun imicinin formalaşması baxımından strateji əhəmiyyət daşıyır.

Daha sonra elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Müasir dövrdə ictimaiyyətlə əlaqələr strukturlarının fəaliyyət istiqamətləri: məqsəd və vəzifələr" mövzusunda çıxış edib. Firudin Qurbanov qeyd edib ki, təhsil sahəsində aparılan islahatların cəmiyyətə düzgün və dolğun şəkildə çatdırılması üçün kommunikasiya işinin müasir yanaşmalara uyğun qurulması vacibdir. İctimaiyyətlə əlaqələr idarəetmənin mühüm funksiyasıdır və bu fəaliyyət təşkilatla ictimaiyyət, eləcə də əməkdaşlar arasında etibarlı münasibətlərin qurulmasına və qorunmasına xidmət edir.

Onun sözlərinə görə, müasir dövr sosial texnologiyalara və ictimai əlaqələrə yeni tələblər irəli sürür. Media vasitəsilə ictimai sabitliyi poza biləcək təsirlərə qarşı adekvat sosial texnologiyaların hazırlanması və tətbiqi olduqca vacibdir. Bu texnologiyalar həm ictimai münasibətlərin tənzimlənməsində, həm də informasiya təhlükəsizliyinin təminində mühüm rol oynayır. Nazir müavini əlavə edib ki, məqsəd nazirliyin informasiya mövqeyini daha da gücləndirməkdir. İctimaiyyət və media ilə dayanıqlı əlaqələrin qurulması, məlumatların düzgün toplanması və yayılması, media nümayəndələri ilə əməkdaşlığın genişləndirilməsi bu sahədə çalışan əməkdaşların əsas vəzifələrindəndir. 

Firudin Qurbanov qeyd edib ki, peşəkar şəkildə hazırlanmış kommunikasiya konsepsiyası yalnız ictimaiyyətlə əlaqələr qurumlarının deyil, bütövlükdə elm və təhsil sisteminin uğurlarını şərtləndirə bilər. Konsepsiyada PR fəaliyyəti hər zaman strateji məqsədlərə yönəlməlidir. 

Çıxış edən digər görüş iştirakçıları da öz fikirlərini və tövsiyələrini bölüşüblər. 

Görüş ümumi müzakirələrlə başa çatıb.

1 /15

Şərhlər

Xəbər lenti

9 may, 17:56

Gəncə məktəbliləri LEGO turnirində iki kubok qazandılar

9 may, 17:06

Riyaziyyat fənni üzrə RFO-nun qalibləri elan edildi

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.