
29 aprel tarixində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə “Elsevier” şirkəti arasında əməkdaşlıq çərçivəsində “Necə mükafat qazanan tədqiqatçı olmaq olar?” mövzusunda növbəti vebinar təşkil olunub.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə ölkənin müxtəlif elm və təhsil müəssisələrini təmsil edən gənc tədqiqatçılar və elmi fəaliyyətlə məşğul olan şəxslər olmaqla, 200-dən çox iştirakçı yer alıb.
Üç əsas istiqamət üzrə keçirilən vebinarda iştirakçılara aşağıdakı mövzularda məlumat verilib:
• Elmi biliklərin gücləndirilməsi: Elmi düşüncə tərzinin inkişafı, effektiv araşdırma metodları və sahəyə dair aktual yanaşmalar;
• Elmi nəticələrin dərc olunması: Nüfuzlu elmi jurnallarda dərc olunmaq üçün strateji yanaşmalar;
• Akademik görünürlüyün artırılması: Tədqiqatçıların beynəlxalq elmi məkanda tanınması yolları.
Vebinar çərçivəsində iştirakçılara praktiki nümunələr təqdim olunub, sonda isə sual-cavab sessiyası keçirilib.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər