
NASA ilə Hindistanın kosmik agentliyi ISRO-nun birlikdə hazırladığı NISAR adlı peyk kosmosda rekord ölçülü antenasını uğurla açıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, peyk 30 iyulda Hindistandan buraxılıb və avqustun ortalarında 12 metrlik antena tam açılaraq istifadəyə hazır olub. Bu proses "çiçək açması" adlandırılıb.
Bu antena sayəsində peyk Yerin səthində baş verən dəyişiklikləri çox dəqiq izləyə biləcək. O, dağların hərəkətini, buzlaqların əriməsini, torpağın sürüşməsini və digər prosesləri incəliklə qeydə alacaq. NISAR hər 12 gündə Yer üzünü iki dəfə skan edəcək.
Peyk həm NASA-nın, həm də ISRO-nun xüsusi radar sistemlərindən istifadə edir. Bu radarlar buludların, meşələrin və qarın altını belə görə bilir. Toplanan məlumatlardan alimlər Yerin dəyişikliklərini 3D formatda izləyə biləcəklər.
NISAR-ın elmi müşahidələrə bu ilin payızında başlaması gözlənilir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər