Bütün xəbərlər
7 may, 13:20

Elmi dərəcələrin verilməsi mexanizmləri, onların məqsədi və effektivliyi barədə yanaşmalar dəyişməlidir. Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli bu barədə İctimai Televiziyanın “Sabaha saxlamayaq” proqramında fikirlərini bölüşüb.

“Azərbaycan müəllimi” xəbər verir ki, müşavir hazırkı elmi dərəcə sisteminin səmərəliliyini statistik göstəricilərlə şərh edərək bildirib:

“Azərbaycanda doktoranturaya qəbul olunanların cəmi 10 faizi dissertasiyasını müdafiə edə bilir”.

Nicat Məmmədli qeyd edib ki, dünya praktikasında postdoktorantura və habilitasiya mərhələləri tədqiqat yönümlü fəaliyyətlə xarakterizə olunur, dissertasiya müdafiəsi kimi sərt prosedurlarla deyil. Bir çox ölkələrdə yalnız bir dəfə – PhD səviyyəsində dissertasiya müdafiə olunur, daha sonra alimlər elmi-tədqiqat fəaliyyəti ilə professorluq səviyyəsinə yüksəlirlər:

“Xaricdə elə bir prosedur yoxdur ki, mütləq 250 səhifəlik dissertasiya yazıb onu komissiya qarşısında müdafiə edəsən və yalnız bu əsasla professor adını alasan. Artıq bəzi ölkələrdə PhD dərəcəsi professorluq üçün kifayət edir”.

Onun fikrincə, əsas məqsəd tədqiqat aparmaq olmalıdır, elmi dərəcəyə formal şəkildə sahib olmaq yox:

“Doktorluq dərəcəsini məqsəd yox, vasitə kimi görməliyik. İnsanlara deməliyik: Əgər tədqiqatla məşğul olmaq istəyirsinizsə, buyurun, öyrənin, araşdırın”.

Müşavir hesab edir ki, Azərbaycanda professor adının verilməsi mərkəzləşdirilmiş şəkildə tənzimlənməməlidir. Bu məsuliyyəti ali təhsil müəssisələri özü daşımalıdır:

“Dünyanın heç bir inkişaf etmiş ölkəsində professor adını mərkəzi qurum vermir. Bu, universitetin daxili məsələsidir. Bir universitetdə professor olan şəxs, başqa universitetdə dosent və ya assistent kimi fəaliyyət göstərə bilər. Universitet özü müəyyən etməlidir ki, onun professoru kimdir”.

Nicat Məmmədli əlavə edib ki, müxtəlif universitetlər bu məsələdə fərqli meyarlar tətbiq edə bilər. Bəziləri daha sərt, digərləri isə daha çevik yanaşma sərgiləyə bilər, amma əsas olan elmi fəaliyyət və nəticə yönümlü tədqiqatdır. O, mövcud sistemin köklərinin Alman modelindən qaynaqlandığını və Almaniyanın belə bu iyerarxik strukturu yüngülləşdirdiyini xatırladıb:

“Biz hələ də Sovet dövründən qalma sistemlə işləyirik. Halbuki elm iyerarxiya ilə inkişaf etmir. Elm azadlıq tələb edir. Tədqiqatçı özü qərar verməlidir ki, nəyi necə və harada araşdırmaq istəyir”.

Sonda müşavir vurğulayıb ki, professor adı rəsmi titul yox, universitetin verdiyi elmi nüfuz göstəricisidir. Bu ad bir vəzifə deyil, tədqiqat və nüfuzun göstəricisidir.

Şərhlər

Xəbər lenti

23 avqust, 20:34

Milli Qəhrəmanın oğlu tələbə oldu

23 avqust, 19:46

Hazırlığa getmədən 637 bal yığmışdı - Hüquqşünas olacaq

23 avqust, 18:09

“Azərbaycan müəllimi” milli müsabiqəsinin qalibləri mükafatlandırılıb

23 avqust, 15:04

BSU-da qəbul planı 99.3% yerinə yetirilib

23 avqust, 11:00

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı" günü keçirilib

23 avqust, 10:55

Talış və Sus məktəblərinin bütün məzunları tələbə adını qazandılar

22 avqust, 22:40

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri elan edildi

22 avqust, 22:29

Ali məktəblərə ixtisas seçiminin nəticələri AÇIQLANDI

22 avqust, 22:18

Milyonlarla uşağın oynadığı bu oyun bir çox ölkədə qadağan edildi

22 avqust, 17:46

MDU-nun yeni korpus və hoteli tikiləcək 

22 avqust, 17:01

“Böyük Qayıdış” üçün növbəti təlimlər başa çatdı – 23 nəfər peşə sertifikatı aldı

22 avqust, 16:49

Beynəlxalq Məşqçilik Kursuna ilk dəfə azərbaycanlı qəbul olub

22 avqust, 16:44

Naxçıvanda MİQ üzrə müsahibə mərhələsi yekunlaşıb

22 avqust, 16:06

Kollecə qəbul olanlar üçün qeydiyyat müddəti uzadılıb 

22 avqust, 15:44

"Qarabağda təhsil almaq mənim üçün qürurdur" – İki olimpiada medalçısının seçimi

22 avqust, 15:33

TİF ilə İş adamları Cəmiyyətinin Milli Assosiasiyası arasında görüş keçirilib

22 avqust, 15:08

NDU-da innovasiya və davamlı inkişafla bağlı elmi konfrans keçiriləcək

22 avqust, 14:55

“Bizim üçün “Maarifçi” gələcəyin təhsil idarəçisidir” – Mentorlar üçün təlim

22 avqust, 14:21

ADNSU məzunu “Social Hackathon Umbria 2025”də birinci yerin qalibi olub

22 avqust, 13:35

Gəncə və Göygöldə yeni fəaliyyətə başlayacaq liseylərə müəllim qəbulu başlayır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.