Bütün xəbərlər
14 aprel, 15:36

Ölkə başçısının “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq sərəncamına əsasən, bir sıra elmi-tədqiqat institutları struktur baxımından optimallaşdırılır. Sərəncamda bəzi elmi müəssisələrin bazasında yeni institutların yaradılması, 3 istehsalat birliyinin ləğvi nəzərdə tutulur. Birləşdirilən elmi müəssisələrin əsasında bir neçə publik hüquqi şəxs yaradılacaq.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Tamam Cəfərova “Azərbaycan müəllimi”nə bildirib ki, elm sahəsində aparılan struktur islahatları zaman-zaman öz effektini verib. Bütün dünyada elm təşkilatları zamanın tələbinə uyğun rasionallaşdırılır. 

Azərbaycan Milli Elmlər Akademiyasının bəzi institutlarının bir müddət əvvəl Elm və Təhsil Nazirliyinin, daha sonra bəzi elmi müəssisələrin universitetlərin tabeliyinə verilməsi ali məktəb və tədqiqat müəssisələri arasında elmi inteqrasiyanın güclənməsinə təkan  verib: 

“Məsələn, son 5 ildə "Scopus" və "Web of Science" bazalarında indeksləşən məqalələrin əhəmiyyətli qismi məhz ölkəmizin elmi müəssisələrin alimlərinin tədqiqatlarının nəticələridir”.

T.Cəfərova qeyd edib ki, Riyaziyyat və Mexanika, Fizika, Kimya Problemləri, Tarix və Arxeologiya institutları elmi ənənələri ilə seçiliblər: 

“Prezident İlham Əliyevin ETN-nin tabeliyindəki elmi müəsissələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyin artırılması ilə bağlı sərəncamı elmin gələcək inkişafına hesablanıb. İslahat xarakteri daşıyan sərəncam çərçivəsində əməkdaşların sosial rifahı, həyat səviyyəsi və elmi yaradıcılığı üçün daha yaxşı şəraitin yaradılması əsas prioritetlərdəndir. Düşünürəm ki, institutların birləşdirilməsi elmi tədqiqatlara yeni nəfəs verəcək. Alimlərimiz arasında əməkdaşlığı dərinləşdirəcək. Onların tədqiqatlarının sinergetik mahiyyətini dəyişəcək. İnstitutların səmərəliliyi artdıqca gənc tədqiqatçılar üçün yeni imkanlar yaranacaq, Azərbaycan elminin beynəlxalq aləmdə nüfuzu daha da artacaq. Bunlar hər birimizin istəyidir”.

Şərhlər

Xəbər lenti

23 avqust, 20:34

Milli Qəhrəmanın oğlu tələbə oldu

23 avqust, 19:46

Hazırlığa getmədən 637 bal yığmışdı - Hüquqşünas olacaq

23 avqust, 18:09

“Azərbaycan müəllimi” milli müsabiqəsinin qalibləri mükafatlandırılıb

23 avqust, 15:04

BSU-da qəbul planı 99.3% yerinə yetirilib

23 avqust, 11:00

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı" günü keçirilib

23 avqust, 10:55

Talış və Sus məktəblərinin bütün məzunları tələbə adını qazandılar

22 avqust, 22:40

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri elan edildi

22 avqust, 22:29

Ali məktəblərə ixtisas seçiminin nəticələri AÇIQLANDI

22 avqust, 22:18

Milyonlarla uşağın oynadığı bu oyun bir çox ölkədə qadağan edildi

22 avqust, 17:46

MDU-nun yeni korpus və hoteli tikiləcək 

22 avqust, 17:01

“Böyük Qayıdış” üçün növbəti təlimlər başa çatdı – 23 nəfər peşə sertifikatı aldı

22 avqust, 16:49

Beynəlxalq Məşqçilik Kursuna ilk dəfə azərbaycanlı qəbul olub

22 avqust, 16:44

Naxçıvanda MİQ üzrə müsahibə mərhələsi yekunlaşıb

22 avqust, 16:06

Kollecə qəbul olanlar üçün qeydiyyat müddəti uzadılıb 

22 avqust, 15:44

"Qarabağda təhsil almaq mənim üçün qürurdur" – İki olimpiada medalçısının seçimi

22 avqust, 15:33

TİF ilə İş adamları Cəmiyyətinin Milli Assosiasiyası arasında görüş keçirilib

22 avqust, 15:08

NDU-da innovasiya və davamlı inkişafla bağlı elmi konfrans keçiriləcək

22 avqust, 14:55

“Bizim üçün “Maarifçi” gələcəyin təhsil idarəçisidir” – Mentorlar üçün təlim

22 avqust, 14:21

ADNSU məzunu “Social Hackathon Umbria 2025”də birinci yerin qalibi olub

22 avqust, 13:35

Gəncə və Göygöldə yeni fəaliyyətə başlayacaq liseylərə müəllim qəbulu başlayır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.