Bütün xəbərlər
27 may, 10:50

2024-cü ildə dövlət büdcəsindən təhsil bölməsi üzrə xərc edilmiş vəsaitin 3 567,9 milyon manatı və ya 81,3 faizi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin payına düşüb.

“Azərbaycan müəllimi” “Report”a istinadən xəbər verir ki, bununla bağlı məsələ "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində öz əksini tapıb.

Qeyd edilib ki, iqtisadi təsnifata uyğun olaraq nazirlik üzrə ayrılmış vəsaitin 2 733,3 milyon manatı və ya 76,6 faizi əməyin ödənişi xərclərinə, 539,4 milyon manatı və ya 15,1 faizi malların (işlərin və xidmətlərin) satın alınması xərclərinə, 94 milyon manatı və ya 2,6 faizi subsidiyalar, qrantlar, dövlət sifarişi, dövlət öhdəlikləri və sosial ödənişlərə, 201,2 milyon manatı və ya 5,7 faizi isə tikili və avadanlıqların, qeyri-maddi və qeyri-maliyyə aktivlərinin alınması ilə bağlı xərclərin maliyyələşdirilməsinə sərf olunub.

Hesabat ilində həmin xərclərdən:

- “Məktəbəqədər təhsil” köməkçi bölməsi üzrə Elm və Təhsil Nazirliyinin tabeliyində 34 416 nəfər (o cümlədən pedaqoji heyətin sayı 14586 nəfər) işçi ilə 100 737 nəfər uşağın təlim-tərbiyəsinə xidmət göstərən 1673 məktəbəqədər təhsil müəssisəsinin və 24000 nəfərdən çox uşağın cəlb olunduğu icma əsaslı məktəbəqədər təlim qruplarının fəaliyyəti ilə bağlı xərclər üçün 415,9 milyon manat vəsait sərf olunub;

- “Ümumi təhsil” köməkçi bölməsi üzrə 2 280,8 milyon manat vəsait istifadə olunmaqla 4 023 müəssisədə çalışan 206 534 nəfər işçinin (o cümlədən 152 695 nəfər pedaqoji heyətin) əməkhaqlarının və digər xərclərin, o cümlədən 5 yaşlı 87 000 nəfər uşağın məktəbəhazırlıq təhsili ilə əhatə olunması məqsədilə dövlət ümumi təhsil məktəblərində məktəbəhazırlıq qruplarının fəaliyyəti ilə bağlı xərclərin ödənilməsinə sərf edilib;

- “Peşə təhsili” köməkçi bölməsi üzrə ayrılmış 74,8 milyon manat vəsait 76 peşə təhsili müəssisəsində çalışan 5924 nəfər işçinin (o cümlədən 1735 nəfər müəllim) əməkhaqlarının və digər xərclərinin ödənilməsinə yönədilib.

Şərhlər

Xəbər lenti

1 avqust, 19:53

BDU və Yerusəlim İbrani Universiteti birgə ikili diplom proqramına qəbul elan edir

1 avqust, 19:48

BDU “Ərəb dili ayı”nın açılış həftəsinə ev sahibliyi edəcək

1 avqust, 19:32

Türkiyənin Azərbaycandakı səfiri BDU-da olub

1 avqust, 17:57

Avropada tam ştatlı məcburi təhsildə tövsiyə edilən illik tədris müddəti 2024/2025

1 avqust, 17:43

Yaşlıların təhsili üzrə tendensiyalar

1 avqust, 17:03

Kimyanı sevdirən müəllimlər: Onlar buna necə nail olurlar?

1 avqust, 16:37

“NEQSOL Holding” ”Parla"ya görə beynəlxalq mükafat aldı

1 avqust, 16:05

“Maarifçi”lər üçün “Rifah strategiyaları: sağlam və effektiv həyat tərzi” təlimi keçirilib

1 avqust, 15:57

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

1 avqust, 15:45

Emin Əmrullayev Ukraynanın ölkəmizdəki səfiri ilə görüşüb

1 avqust, 15:34

Gümüş medal, yüksək ballar və fərqlənmə attestatları – 90 yaşlı məktəbin uğurları 

1 avqust, 14:23

Nadir Məmmədli: Süni intellektlə əldə etdiyimiz sözlərin hamısı lüğətə daxil edilməyəcək

1 avqust, 13:19

Ali Məhkəmə işdən çıxarılan direktorun iddiasını təmin etməyib

1 avqust, 12:59

Strategiya müzakirələri başladı: Peşə təhsilində dəyişikliklər gündəmdə

1 avqust, 12:34

Bakıdan Salyana dərs keçməyə gedən müəllim: Sinifdə bütün problemlərimi unuduram

1 avqust, 12:32

Sabahın hava proqnozu açıqlanıb

1 avqust, 11:18

İxtisasını özün necə düzgün seçə bilərsən? – Ekspert açıqlayır 

1 avqust, 10:27

Qobustanda peşə təhsili müəssisəsi fəaliyyətə başlayacaq

1 avqust, 10:18

Magistrlər üçün təhsil krediti: Bal tələbi varmı?

1 avqust, 10:04

Magistraturaya elektron sənəd qəbulunun vaxtı uzadıldı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.