Bütün xəbərlər
17 mart, 09:36

Martın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin ikinci mövsümünün birinci mərhələsi üzrə test imtahanları keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, ADPU və onun filiallarının bakalavriat və magistratura səviyyəsində təhsil alan tələbələr üçün təşkil olunan “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin keçirilməsində əsas məqsəd universitetin istedadlı tələbələrini aşkar edərək, onların peşəkar inkişafına dəstək olmaq və gələcək kadr bankını formalaşdırmaqdır. Müsabiqə artıq ikinci dəfədir təşkil olunur.

“bp Azərbaycan” şirkəti “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin sponsorudur.

Qeydiyyatdan keçən 800-dək tələbədən 600 nəfərdən çoxu müsabiqədə iştirak hüququ qazanıb, onlardan 400 nəfərdən çoxunun iştirak etdiyi birinci mərhələnin imtahanında iştirakçıların ümumi dünyagörüşü səviyyəsini yoxlayan suallar təqdim olunub. Burada dünya və Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti, müasir trendlər, hüquq və iqtisadi həyat, eləcə də ali təhsil sistemi və Pedaqoji Universitetlə bağlı mövzular yer alır.

ADPU-nun rektoru professor Cəfər Cəfərov, sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri, müsabiqənin İşçi qrupunun sədri Turan Kərimli və İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri, layihə rəhbəri Taleh Mirzəyev imtahanların gedişini izləyərək iştirakçıların təəssüratlarını öyrəniblər.

“Sən də bacararsan!” şüarı ilə keçirilən müsabiqənin 10 qalibinin hər birinə ADPU tərəfindən 1000 AZN məbləğində pul mükafatı və “bp”dən dəyərli hədiyyələr, eləcə də Təşkilat Komitəsinin təyin etdiyi mentorlarla 1 illik peşəkar inkişaf proqramı (proqramın sonunda müvafiq referans məktubu veriləcək) və kadr bankına əlavə olunma imkanı təqdim olunur. Mentorlar universitet rəhbərliyi və tərəfdaş qurumların rəhbər şəxsləri arasından seçiləcək.

Qeyd edək ki, ümumilikdə 4 mərhələdən ibarət olan müsabiqənin növbəti mərhələsində iştirakçıların analitik və məntiqi təfəkkürləri, eyni zamanda, informasiya ilə iş bacarıqları yoxlanılacaq. Sonra isə yarımfinal və final mərhələsində fərdi və komanda daxilində liderlik, strateji yanaşma, komanda ilə iş, ünsiyyət bacarıqları, eləcə də layihə idarəetməsi üzrə bacarıqları qiymətləndirən qiymətləndirmə konfransları formasında keyslər həyata keçiriləcək.

Fevral ayından start verilən müsabiqə ümumilikdə may ayına qədər davam edəcək.

1 /4

Şərhlər

Xəbər lenti

2 aprel, 20:00

Gələcəyə fokuslanmış riyaziyyat kurikulumları: 21-ci əsr üçün şagirdlərin gücləndirilməsi

2 aprel, 19:00

Avropada erkən uşaqlıq təhsili: 2025-ci il üçün əsas göstəricilər

2 aprel, 18:00

Məktəbəqədər yaşlı uşaqlarda oyunlar vasitəsilə riyazi bacarıqların inkişafı

2 aprel, 17:44

İngiliscə danışır, mükəmməl fiqurlar düzəldir – Autizmli Nurlan bunlara necə nail olub?

2 aprel, 17:30

Çin süni intellektdə zirvəyə necə yüksəldi?

2 aprel, 17:19

“Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib

2 aprel, 17:11

Avropanın üç nüfuzlu universitetinə qəbul oldu

2 aprel, 17:10

Ali təhsilin maliyyələşməsi: problemlər və həll yolları

2 aprel, 17:07

SABAH tələbələri Rumıniyada beynəlxalq mübadilə proqramında iştirak ediblər

2 aprel, 16:57

Bakı məktəblisi beynəlxalq marafonda I yerə layiq görülüb

2 aprel, 16:42

Tələbələrin əmək bazarına inteqrasiyası asanlaşdırılır

2 aprel, 16:39

RFO-nun final mərhələsinin tarixləri açıqlanıb

2 aprel, 16:33

Prezident Azərbaycan və Somali arasında təhsil sahəsindəki əməkdaşlıq sazişini təsdiqləyib

2 aprel, 16:32

ADMİU-nun tələbələri Moda həftəsində maraqlı kolleksiya ilə çıxış ediblər

2 aprel, 16:09

ADA Məktəbi 10-cu sinfə sənəd qəbulu elan edir

2 aprel, 16:05

Uşaq hüquqlarının monitorinqi üzrə meyarlar təsdiq edilib

2 aprel, 16:03

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində təhsil almaq üçün sənəd qəbulu aparılır

2 aprel, 16:00

AzMİU ilə Beynəlxalq Final Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

2 aprel, 15:15

V Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb

2 aprel, 14:33

IDEA və ICESCO birgə beynəlxalq təcrübə proqramı elan edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.