Bütün xəbərlər
6 fevral, 10:00

Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələrinin, kurikulum hazırlayan mütəxəssislərin və müxtəlif sahələr üzrə işəgötürənlər, sənaye ekspertləri, mühəndis-pedaqoji heyətin də iştirakı ilə dəyirmi masalar təşkil edilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.

Belə ki, yanvarın 29-da "Qablaşdırma və etiketləmə maşınlarının operatoru", "Qazanxana maşinisti", "Satış və marketinq üzrə menecer" və "Tədbirlərin təşkili və idarəedilməsi" ixtisasları, yanvarın 31-də “Elektrik sayğac quraşdırıcısı”, “Yeraltı qaz kəmərlərinin təmiri və istismarı üzrə çilingər”, “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları üzrə operator”, “Neft-qaz çıxarma operatoru”, “Avtomatik darvaza üzrə usta”, “Traktor və yol inşaat maşınlarının təmiri üzrə çilingər”, “Asfalt döşəyən maşın operatoru” ixtisasları, fevralın 4-də isə "Torna və frezer dəzgahı operatoru", "Sementləmə aqreqatının maşinisti" və "Yanacaq nasoslarının təmiri" ixtisasları üzrə müzakirələr aparılıb.

Tədbirdə 10 peşə ixtisası üzrə təhsil proqramlarının strukturu və məzmunu müzakirə olunub. İşəgötürənlər tərəfindən əmək bazarının tələblərinə uyğun hazırlanan təhsil proqramlarının praktik və effektiv olması üçün təkliflər də səsləndirilib.

Görüşün əsas məqsədi müvafiq ixtisasların kurikulumlarını təhlil edərək müasir əmək bazarının tələblərinə uyğunlaşmalarını təmin etmək olub. Dəyirmi masaların nəticələrinə görə müvafiq dəyişikliklər aparılacaq və işəgötürənlərin tövsiyələri nəzərə alınaraq yeni yanaşmalar tətbiq ediləcək.

Şərhlər

Xəbər lenti

14 mart, 10:23

İsveç məktəblərində smartfonlardan istifadə qadağan ediləcək

14 mart, 09:56

Qazaxıstanlı tələbələr ADNSU-da təcrübə keçiblər

14 mart, 09:48

Tələbələr dağ-mədən sənayesində inşaat mühəndisliyinin rolu barədə məlumatlandırılıb

13 mart, 21:23

Emin Əmrullayev Turin Politexnik Universitetinin rektoru ilə görüşüb

13 mart, 19:52

Universitetlərarası Azərbaycan Çempionatının qalibləri müəyyənləşdi

13 mart, 17:31

“Mexanika mühəndisliyində rəqəmsal simulyasiya texnikaları” mövzusunda təlim keçirilib

13 mart, 17:20

Xarici dildə təhsil: Gələcək üçün şans, yoxsa ailə üçün çətinlik?

13 mart, 16:47

Ölkə üzrə 530-a yaxın məcburi köçkünün peşə bacarıqları artırılır

13 mart, 16:30

MDU-da Təhsil ixtisasları üzrə işçi qrupun iclası keçirilib

13 mart, 16:25

Rumıniyanın ali təhsil müəssisələrinə təqaüd proqramı elan edilir

13 mart, 16:20

Gəncədə 100 məcburi köçkün peşə təliminə cəlb edilib

13 mart, 16:08

“Sabahın alimləri” XIV Respublika Müsabiqəsinin II günü – FOTOLAR

13 mart, 15:05

Ənənə və müasirliyi birləşdirən təhsil ocağı – Şəki məktəbindən REPORTAJ

13 mart, 14:45

Xankəndi şəhərində solo konsert keçirilib

13 mart, 13:58

34 ildən sonra – Xankəndi məktəbinin bir dərs günü  

13 mart, 13:40

Xankəndidə suverenlik mövzusunda ilk tədbir keçirilib

13 mart, 12:32

“Nə? Harada? Nə zaman?” – Qalib komanda bu gün seçilir

13 mart, 11:55

Ben Sauter: Azərbaycanın ali təhsil sisteminin beynəlxalq məkanda tanınması artıb

13 mart, 11:43

İşğaldan azad edilmiş ərazilərdə işləyən müəllimlərin sayı açıqlanıb

13 mart, 11:38

ADNSU tələbələri üçün “Effektiv kommunikasiya” mövzusunda təlim keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.