Bütün xəbərlər
29 sentyabr, 15:07

Polşanın Varşava Texniki Universitetinin İnşaat mühəndisliyi fakültəsinin İstehsalat mühəndisliyi və inşaat idarəetmə kafedrasının müdiri, azərbaycanlı professor, texniki elmlər doktoru Nəbi İbadov Polşa İnşaat Mühəndisləri və Texnikləri Assosiasiyası tərəfindən təltif olunub.

"Azərbaycan müəllimi" xəbər verir ki, N.İbadov tikinti layihəsi mühəndisliyi sahəsindəki elmi nailiyyətlərinə görə mükafatlandırılıb.

Medal və diplom Qlivitsedə keçirilən 69-cu Krynitsa Elmi Konfransı zamanı ona təqdim olunub.

Məlumat üçün bildirək ki, professor Aleksandr Dyżewski adına Polşa İnşaat Mühəndisləri və Texnikləri Assosiasiyası Mükafatı 1974-cü ildə Assosiasiyanın İdarə Heyəti tərəfindən təsis edilib.

Mükafatın himayədarı görkəmli mühəndis və alim, professor Aleksandr Dyżewskidir (1893-1970). O, Polşada tikinti texnologiyası və təşkilinin elmi əsaslarını qoyub.

Mükafat iki kateqoriyadan ibarətdir: elmi nailiyyətlərə görə və praktik nailiyyətlərə görə

Hər iki kateqoriya üzrə mükafatlar ildə bir dəfə verilir. Bu mükafatlar prestijlidir, inşaat mühəndisləri və elm xadimləri üçün böyük əhəmiyyət daşıyır. Diplomun məzmunu və mükafatın əsaslandırılması Mükafat Komitəsi tərəfindən müəyyən edilir.

Qeyd edək ki, azərbaycanlı professor 2019-cu ildə Polşa Prezidenti tərəfindən elmi kateqoriyada "Uzunmüddətli xidmətə görə" gümüş medalla təltif edilib.

1 /3

Şərhlər

Xəbər lenti

18 oktyabr, 19:52

Türkiyənin aparıcı universitetlərinin təcrübəsi iki ildir Azərbaycanda - Video

18 oktyabr, 14:21

11 azərbaycanlı HTP ilə Türkiyədə təhsil imkanı qazanıb

18 oktyabr, 10:09

“Müəllimlərimizin tərbiyəsi nəticəsində gənclərimiz qəhrəman oldular” – Anar İsgəndərov

18 oktyabr, 10:01

Azərbaycanlı alim ABŞ-də yüksək vəzifəyə təyin olunub

17 oktyabr, 19:15

Naxçıvanda “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

17 oktyabr, 17:43

ADPU-da “Erkən nikaha son” mövzusunda görüş keçirilib

17 oktyabr, 17:34

MDU OSTİM Texniki Universiteti ilə birgə laboratoriyalar yaradacaq

17 oktyabr, 17:27

Təqaüd proqramlarının iştirakçıları üçün ingilis dili təlimi keçirilib

17 oktyabr, 17:09

Türk dünyasının ilk riyaziyyat olimpiadasına qeydiyyat başladı

17 oktyabr, 17:01

Mədəniyyət və Elm və Təhsil nazirliklərinin birgə işçi qrupunun növbəti görüşü keçirilib

17 oktyabr, 16:58

Övladın ev tapşırığını çətinliklə yerinə yetirirsə, necə kömək edə bilərsən?

17 oktyabr, 15:50

Müəllimləri sənaye bilikləri ilə yeniləməyə çalışmaq bizi həmişə geridə saxlayacaq – Andreas Şleyxer

17 oktyabr, 15:33

Azərbaycanda ali təhsilin müddəti azaldıla bilərmi?

17 oktyabr, 15:17
17 oktyabr, 15:13

ADPU-nun yeni oxu zalı açılıb

17 oktyabr, 14:38

NDU-da elmi-praktik konfrans keçirilib

17 oktyabr, 14:34

BSU-nun ixtisaslarının əmək bazarına uyğunluğu müzakirə edilib

17 oktyabr, 14:30

Monitorinq mütəxəssisləri üçün təlim təşkil olunub

17 oktyabr, 14:27

Qəbələdə peşə məktəbinin tələbələri təlim dərslərində iştirak ediblər

17 oktyabr, 14:07

Elon Mask məni ruhlandırdı Tələbələrimiz dünyanın ən yaxşıları sırasında

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.